Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-50/2025 04.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilməsi və yaranmış borcun silinməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: aliment öhdəliyindən azad edilməsi və yaranmış borcun silinməsi tələbi ) X11 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilməsi və yaranmış borcun silinməsi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2(035)- 254/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan tutulması qət edilmiş alimenti və yaranmış aliment borcunu ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(035)-254/2022 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış nikahın pozulması, uşaqların cavabdehin (ananın) himayəsində saxlanılması və ondan Nihad və Muradın saxlanılması üçün hər uşağa görə 125 manat, cəmi 250 manat aliment tutulması qət edilmişdir. Cavabdeh uşaqlarla birlikdə Bakı şəhərində yaşamışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh uşaqlarla birlikdə onun yanına qayıtmış, uşaqlar görə cavabdehlə barışıb bir yerdə yaşamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh onu və uşaqları tərk edərək evdən çıxıb getmiş, ona zəng edərək uşaqları onun xalası qızıgilə qiyduğunu və Vəli adlı oğlana ərə getdiyini, onu axtarmamağı bildirmişdir. Özü ATV-də yayımlanan jurnalist Amilin verilişinə çıxaraq cavabdehi axtarmış, həmin verilişdə uşaqlar analarından imtina etmiş, cavabdeh aralarında qalan aliment borcundan və uşaqlardan imtina etdiyini bildirmişdir. Həmin gündən övladlarına özü baxır. Zərdab Rayon Məhkəməsinin 2(035)-356/2024saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən uşaqlar hazırki cavabdehdən alınaraq onun himayəsinə verilmişdir. Uşaqları onun himayəsində olmasına baxmayaraq cavabdeh qarşısında aliment öhdəlikləri və aliment borcu var. Məsələ ilə bağlı ilkin olaraq mediasiyaya müraciət etsə də cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-254/2022 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış nikahın pozulması, uşaqların cavabdehin (ananın) himayəsində saxlanılması və ondan Nihad və Muradın saxlanılması üçün hər uşağa görə 125 manat, cəmi 250 manat aliment tutulması qət edilmişdir. Cavabdeh uşaqlarla birlikdə Bakı şəhərində yaşamışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh uşaqlarla birlikdə onun yanına qayıtmış, uşaqlara görə cavabdehlə barışıb bir yerdə yaşamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh onu və uşaqları tərk edərək evdən çıxıb getmiş, ona zəng edərək uşaqları onun xalası qızıgilə qoyduğunu və Vəli adlı oğlana ərə getdiyini, onu axtarmamağı bildirmişdir. Özü ATV-də yayımlanan jurnalist Amilin verilişinə çıxaraq cavabdehi axtarmış, həmin verilişdə uşaqlar analarından imtina etmiş, cavabdeh aralarında qalan aliment borcundan və uşaqlardan imtina etdiyini bildirmişdir. Həmin gündən övladlarına özü baxır. Zərdab Rayon Məhkəməsinin 2(035)- 356/2024saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən uşaqlar hazırki cavabdehdən alınaraq onun himayəsinə verilmişdir. Uşaqları onun himayəsində olmasına baxmayaraq cavabdeh qarşısında aliment öhdəlikləri və aliment borcu var. Məsələ ilə bağlı ilkin olaraq mediasiyaya müraciət etsə də cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 doğulmuşdur. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-254/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X4 ilə İddiaçı arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 207 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 X2 himayəsində saxlanılması, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 125 manat, cəmi 250 manat aliment tutularaq X3 verilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-356/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 hazırki cavabdeh X1 alınaraq hazırki İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İşdə olan mediator X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024- 01842 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-254/2022 saylı qətnaməsinə əsasən tərəflərin arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 X2 himayəsində saxlanılması, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 125 manat, cəmi 250 manat aliment tutularaq X3 verilməsi qət edilmişdir. Həmin Məhkəmənin 2(035)-356/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 hazırki cavabdeh X1 alınaraq hazırki İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Hazırda uşaqlar iddiaçının (atanın) yanında qalır. Buna baxmayaraq iddiaçının cavabdeh qarşısında Zərdab Rayon Məhkəməsinin 2(035)-254/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən aliment öhdəlikləri və aliment borcu var. Məsələ ilə bağlı ilkin olaraq mediasiyaya müraciət etsə də cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin yuxarıda qeyd olunan hallarını və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 2(035)-254/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ondan xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün İsayeva (Qədimova) Nərmin Abdulrəhim qızının xeyrinə tutulması qət edilən aliment öhdəliyindən xx.xx.2024-cü il tarixdən başlayaraq azad edilməklə, həmin tarixdən yaranmış aliment borcu silinməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumu ödəsə də, həmin məbləğin cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. İddiaçı ondan Zərdab Rayon Məhkəməsinin 2(035)-254/2022 saylı, xx.xx.2022-ci il tarixli qətmaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün İsayeva (Qədimova) Nərmin Abdulrəhim qızının xeyrinə tutulması qət edilən aliment öhdəliyindən xx.xx.2024-cü il tarixdən başlayaraq azad edilsin və həmin tarixdən yaranmış aliment borcu silinsin. İddia ərizəsinə məhkəmədə baxılması üçün köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-50/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-50/2025
04.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver