Məhkəmə qərarları › İş №2(035)-515/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-515/2025

24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-515/2025 24.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı Cavabdeh Nürəddin oğluna qarşı “dəymiş mənəvi ziyana görə pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 24 iyun 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Nürəddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayonu Məlikumudlu kənd tam orta məktəbində çoxsaylı müəllim və şagirdlərin yanında onu heç bir əsas və səbəb olmadan əxlaq normalarına sığmayan küçə söyüşləri ilə söyərək təhqir edərək şərəf və ləyaqətini alçaldaraq ona vurduğu mənəvi ziyana görə 3.000 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 50 manat olmaqla, cəmi 3050 manat pulun cavabdehdən məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə xx.xx.2025ci il tarixli və xx.xx.2025-ci il tarixli məhkəmə bildirişləri göndərilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərərk iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1, 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə görə 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə iddia ərizəsi geri qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 50 manat dövlət rüsumu tam olaraq İddiaçı qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh Nürəddin oğluna qarşı “dəymiş mənəvi ziyana görə pul tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi üzrə İddiaçı tərəfindən xx.xx.2025-ci ildə ödənilmiş (Zərdab Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 50 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Aran Regiaonal maliyyə İdarəsinə həvalə edilsin. İddiaçı iddianın qaytarılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar