Məhkəmə qərarları › İş №2(035)-609/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-609/2023

25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-609/2023 25.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Həsənquliyev İlqam Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən uşaqları xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 220 manat aliment, Əminənin 03 yaşı olana kimi hər ay 150 manat və mediasiyaya ödənilmiş 50 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından bir uşaqları xx.xx.2022-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehin valideynləri ailələrinə müdaxilə etdiklərinə görə cavabdehlə aralarında tez-tez söz-söhbət yaranır. Qızı Əminə doğulduğu gündən anasının himayəsində qalır. Çünki cavabdehin valideynləri uşağın nə onun, nə atasının saxlamasına imkan vermirlər, maddi imkanları olmadığını bildirib, uşağı saxlanması, baxılması üçün valideynlərinə verməyə məcbur etmişlər. Bir ana kimi artıq bu hərəkətlərə dözə bilmir. Hazırda özü də uşağı ilə birlikdə ata evində yaşayır. Cavabdeh könüllü olaraq uşağına maddi köməklik etmir. Məsələ ilə bağlı mediasiyaya müraciət etsə də, razılığa gəlməmişlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından bir uşaqları-xx.xx.2022-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehin valideynləri ailələrinə müdaxilə etdiklərinə görə cavabdehlə aralarında tez-tez söz-söhbət yaranmış, cavabdehin valideynləri maddi imkanlarının çətin olduğunu bəhanə edərək, ona uşağı anasına saxlanması, baxılması üçün verməyi məcbur etmişlər. Ona görə də qızı Əminəyə doğulduğu gündən özünün valideynləri baxmış, nə xərci varsa özləri çəkmişlər. Bir ana kimi artıq bu hərəkətlərə dözməyib, özüdə evindən çıxıb, hazırda valideynlərinin yanında uşaqla birlikdə qalır. Cavabdeh könüllü olaraq uşağına maddi köməklik etmir. Məsələ ilə bağlı mediasiyaya müraciət etsə də, razılığa gəlməmişlər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehdən Əminənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat aliment və Əminənin 03 yaşı olana kimi hər ay 150 manat pulun tutulmasını istəsə də hazırda cavabdehdən uşağa görə 160 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından bir uşaqları-xx.xx.2022-ci il təvəllüdlü X3 doğulmuşdur. İddiaçı hazırda uşaqla birlikdə ata evində yaşayır. Özü Zərdab rayon Əlvənd kənd H.Zərdabi adına tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir və 200 manat əmək haqqı alır. Qızı Əminənin saxlanılması üçün hər ay 160 manat aliment ödəməyə razıdır. İddianın qalan hissədə təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Ağcabədi regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Ağcabədi regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə nikah akt qeydləri kitabında 32 saylı № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Mejdinov, arvada Məmmədli soyadı verilmişdir. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X3 doğulmuşdur. İşdə olan mediator X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞŞ/1/-00581 nömrəli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, İddiaçı və Cavabdeh mediasiya prosesində iştirak etdi və mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı 50 manat tam mediasiya xərcini tək ödəmişdir. İşdə olan Zərdab rayon H.Zərdabi adına Əlvənd kənd tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-ci il tarixdə verilmiş 103 saylı arayışdan görünür ki, Cavabdeh Zərdab rayon Əlvənd kənd H.Zərdabi adına tam orta məktəbində fiziki tərbiyə müəllimi işləməklə 200 manat əmək haqqı alır. İşdə olan məhkəmə baxışı zamanı İddiaçı tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş ərizədən görünür ki, o, cavabdehdən 160 manat aliment tutulmasına razıdır. İşdə olan Cavabdeh tərəflindən məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş ərizədən görünür ki, o, uşağın saxlanması üçün 160 manat aliment ödəməyə razıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından bir uşaqları-xx.xx.2022-ci il təvəllüdlü X3 doğulmuşdur. Tərəflərin arasında olan nikah pozulmamış, lakin tərəflər ayrı yaşayırlar. İddiaçı uşaqla birlikdə ata evində yaşayır. Cavabdeh uşağın saxlanılmasında iddiaçıya könüllü olaraq maddi köməklik etmir. İddiaçı uşağın ehtiyacını tam ödəyə bilmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etsədə də, cavabdehlə qarşılıqlı razılığa gəlməmişlər. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı qismən müdafiə edərək cavabdehdən hər ay hər uşağa görə 160 manat aliment tutulmasını xahiş etmiş, öz növbəsində cavabdeh iddianı qismən qəbul edərək uşağa görə 160 manat aliment ödəməyə razı olduğunu, iddianın qalan hissədə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddianın həlli zamanı uşağın mənafeyi üstün tutulmalı və onların normal inkişafı təmin edilməlidir. Bu məqsədlə cavabdehdən uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tutularaq iddiaçıya verilməlidir. Məhkəmə uşaqlara görə cavabdehdən tutulmalı olan alımentin miqdarını müəyyənləşdirərkən iddiaçının cavabdehdən uşağa görə hər ay 160 manat aliment tutulmasını tələb etməsi və cavabdehin həmin miqdarda aliment ödəməyə razı olması barədə iradə ifadələrini nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay uşağa görə 160 manat aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinəəsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinəəsasən qiymətləndirilən iddialar üzrəiddianın qiyməti 1000 manatdan 10000 manadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 160 manat x 12 ay = 1920 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 39.20 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İlkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 39.20 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar