Məhkəmə qərarları › İş №2(035)-638/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-638/2025

13.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-638/2025 13.08.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Cavabdeh İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 246 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə ailə qurmuş, onların nikahlarından bir uşaqları-xx.xx.2013-cü il təvəllüdlü X11 anadan olmuşdur. Cavabdehlə aralarında dəfələrlə yersiz söz-söhbətlər olduğu üçün, hazırda ayrı yaşayırlar. Cavabdeh uşağı ilə maraqlanmır, heç bir yardım göstərmir. İlkin olaraq məsələnin mediasiya vasitəsi ilə həll edilməsi üçün fərdi fəaliyyət göstərən mediatora müraciət etsə də, məsələnin mediasiya vasitəsilə həlli mümkün olmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2025-ci il tarixdə teleqram göndərərək onun iştirakı olmadan bütün məhkəmə iclaslarının keçirilməsini və iddiasının tam təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, cavabdehlə faktiki nikahlarından bir uşaqları xx.xx.2013-cü il təvəllüdlü X11 doğulmuşdur. Zərdab Rayon Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında xx.xx.2018-ci il tarixli, 11 nömrəli akt qeydi ilə X7 atası hesab edilmiş və atalıq müəyyən edildikdən sonra uşağa Hacızadə soyadı verilmişdir. İddiaçı ilə ayrı təsərrüfatda yaşayırlar. Özü 2015-ci ildə yeni nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan iki uşağı xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X8 doğulmuşdur, üçüncü övladı isə yaxın günlərdə dünaya gələcəkdir. Özü Bakı şəhərində ailəsi ilə birlikdə kirayə mənzildə yaşayır, iki uşağı orta məktəbdə oxuyur, "xxxx" MMC-də sürücü vəzifəsində işləməklə ayda 400 manat əməkhaqqı alır, ailəsini çox çətinliklə dolandırır. Maddi cəhətdən çətinliyi olmasa qızı Ayanın saxlanılması üçün yüksək məbləğdə aliment ödəməyə heç bir etirazı yoxdur, lakin, hazırki vəziyyətdə iddiada tələb olunan aliment məbləğini ödəmək ona çox çətinlik yaradacaqdır. Ayanın saxlanılması üçün hər ay 180 manat aliment verməyə etirazı yoxdur. Məhkəmədən iddianın qalan hissədə təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 524 №-li arayışdan görünür ki, xx.xx.2013-cü ildə Bakı şəhərində İddiaçı doğulmuş X7 atası Cavabdeh hesab edilmişdir. Bu barədə xx.xx.2018-ci il tarixdə Zərdab rayon qeydiyyat şöbəsində 11 № li atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Atalıq müəyyən edildikdən sonra vətəndaşın soyadı Hacıyeva, adı Ayan, atasının adı Tural qızı olmuşdur. İş materiallarında olan Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 525 №-li arayışdan görünür ki, X11 xx.xx.2013-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2018-ci ildə Zərdab rayon qeydiyyat şöbəsində 105 №li doğum haqqında akt qeydi tərtib olunmuş, atası qrafasında atası kimi Cavabdeh, anası qrafasında anası kimi İddiaçı yazılmışdır. İş materiallarında olan Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixlərdə verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh və X2 birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X8 doğulmuşdur. İş materiallarında olan mediator X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞZ/MT050/2025-00035 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin olaraq mediasiya təşkilatına müraciət etsə də, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan İddiaçı tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixdə göndərilmiş teleqramdan görünür ki, o, iştirakı olmadan bütün məhkəmə iclaslarının keçirilməsini və iddiasının tam təmin olunmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflərin nikahlarından bir uşağı xx.xx.2013-cü il təvəllüdlü X11 doğulmuşdur. Tərəflər hazırda ayrı təsərrüfatda yaşayırlar. Ayan iddiaçının (ananın) yanında qalır. İddiaçı iddia ərizəsində cavabdehin uşağın saxlanılmasında ona maddi köməklik etməməsini qeyd etmişdir. Məsələ ilə bağlı ilkin olaraq iddiaçı mediasiyaya müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 2015-ci ildə X5 ilə yeni ailə həyatı qurmuş, onların birgə nikahlarından iki uşağı, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X8 doğulmuşdur. Cavabdeh məhkəmə iclasında iddiaçıya Ayanın saxlanılması üçün müəyyən köməklik etdiyini bildirsə də, buna dair rəsmi sübüt təqdim etməmiş, lakin onun da yeni nikahdan iki uşağının olmasını, Bakı şəhərində kirayə evdə yaşamasını, aylıq 400 manat əməkhaqqı almasını, arvadının hamilə olmasının nəzərə alınmasını xahiş edərək, qızı Ayanın saxlanılması üçün hər ay 180 manat aliment verməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. İddiaçı cavabdehdən uşağa görə 246 manat alimentin tutularaq onun xeyrinə verilməsini tələb etsə də, cavabdehin mütəmadi aylıq qazanca sahib olmasına, geniş maddi imkana, kapitala malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşağın və azyaşlı uşağı təkbaşına saxlamağa məcbur olan ananın mənafeyi üstün tutulmalı, onun hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman iddiaçının (ananın) uşaqları təkbaşına böyütməsini, cavabdehin geniş maddi imkana malik olmasına dair işdə sübutun olmamasını, Cavabdeh yenidıən ailə həyatı qurmasını, yeni nikahından iki azyaşlı uşağının olmasını və cavadehin bildirdiyinə görə yaxın günlərdə növbəti uşağının dünyaya gələcəyini, həmin uşaqların da saxlanılmasının cavabdehin üzərində olmasını və ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1-ci yarımbəndi əlavə edilmiş və 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbini nəzərə almaqla hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 07 iyul 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində (yəni 400 x 0,45= 180 manat) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə verdiyindən məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə görə tutulmalı dövlət rüsumunun məbləği aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyən edilir; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 (bir) faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək vəyuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 180 manat x 12 ay =2160 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq 41,60 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 07 iyul 2025-ci tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar 41,60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar