Məhkəmə qərarları › İş №2(035)-645/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-645/2024

18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-645/2024 18.09.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə (Açar sözlər: aliment tələbi ) X7 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən övladları xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə faktiki olaraq 2010-cu ilin oktyabr ayında ailə qurmuş, faktiki nikahlarından xx.xx.2012-ci il tarixdə X5 doğulmuşdur. Cavabdehlə nikahlarını xx.xx.2012-ci il tarixdə rəsmi qeyd etdirmişlər. 2012ci ilin oktyabr ayından cavabdeh evdən çıxıb getmiş, cavabdehlə həmin vaxtdan ayrı yaşayırlar, ailə münasibətləri tamamilə kəsilmişdir. Uşaq özünün yanında qalır. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Özünün qazancı olmadığı üçün uşağın təminatını ödəməkdə əziyyət çəkir. Cavabdeh Bakı şəhərində muzdla işləyir. Cavabdehin orta aylıq gəliri 600-700 manat təşkil edir. İlkin olaraq mediasiyaya müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehə məxsus ***-***-**-** saylı mobil telefonu ilə katib L.Babayeva məhkəmə dəftərxanasının 6-49-93 saylı xidməti nömrəsi ilə əlaqə yaradaraq, cavabdehi bir uşağın saxlanılması üçün aliment ödəniləməsi üçün məlumatlandırmış, cavabdeh maddi imkanının olmadığına görə məhkəmə iclasına gələ bilmədiyini və uşağın saxlanılması üçün 100 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnaməçəkişməşəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə 2010-cu ilin oktyabr ayında ailə qurmuş, nikahlarını xx.xx.2012-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından bir uşaqları xx.xx.2012-ci il təvəllüdlü X5 doğulmuşdur. 2012-ci ilin oktyabr ayında cavabdeh evdən çıxıb getmiş, həmin vaxtdan cavabdehlə ayrı yaşayırlar. Cavabdeh Bakı şəhərində muzdla işləyir, aylıq gəliri 600-700 manat təşkil edir, lakin uşağına maddi köməklik etmir, uşağı ilə maraqlanmır. Özü heç bir yerdə işləmir, uşağın ehtiyaclarını ödəməkdə çox çətinlik çəkir. Mübahisə ilə əlaqədar ilkin olaraq mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasında Zərdab rayon Qeydiyyat şöbəsində nikah akt qeydləri kitabında 126 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Teymurov, arvada Teymurova soyadı verilmişdir. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X5 doğulmuşdur. İşdə olan mediator X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/1/MT018/2024- 01151 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ailə mübahisəsi ilə mediasiya təşkilatına müraciət etmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan telefonaqramadan görünür ki, cavabdehə məxsus ***-***-**-** saylı mobil telefonu ilə katib L.Babayeva məhkəmə dəftərxanasının 6-49-93 saylı xidməti nömrəsi ilə əlaqə yaradaraq, cavabdehi bir uşağın saxlanılması üçün aliment ödəniləməsi üçün məlumatlandırmış, cavabdeh maddi imkanının olmadığına görə məhkəmə iclasına gələ bilmədiyini və uşağın saxlanılması üçün 100 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər faktiki olaraq 2010-cu ilin oktyabr ayında ailə qurmuş, nikahlarını xx.xx.2012-ci il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından bir uşaqları-xx.xx.2012-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər 2012-ci ilin oktyabr ayından ayrı yaşayırlar. xx.xx.2012-ci il təvəllüdlü X5 iddiaçının (ananın) yanında qalır. Cavabdeh uşağın saxlanılmasında iddiaçıya könüllü olaraq maddi köməklik etmir. İddiaçı uşağın ehtiyacını tam ödəyə bilmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etsədə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. İddiaçı cavabdehdən uşağa görə 235 manat aliment tutulmasını tələb etsə də, cavabdehin geniş maddi imkana, kapitala malik olmasına, mütamadi aylıq qazanca sahib olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehlə yaradılmış tetefon əlaqəsi zamanı cavabdeh uşağın saxlanılması üçün 100 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşağın mənafeyi üstün tutulmalı, onun hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman iddiaçının (ananın) uşağı təkbaşına böyütməsini, həmçinin cavabdehin geniş maddi imkana malik olmamasını nəzərə alır. Məhkəmə araşdırması zamanı iddianın rədd edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadı. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzindəödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 180 x 12 ay =2160 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 41.60 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 41.60 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar