Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-653/2023 03.11.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X6 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində 2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 anadan olmuşdur. Hal hazırda cavbadehlə ayrı yaşayırlar. Cavabdeh könüllü olaraq uşaqlarına maddi köməklik göstərmir. Özü heç bir yerdə işləmir, uşaqların saxlanılmasında maddi cəhətdən əziyyət çəkir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 doğulmuşdur. Cavabdehlə xasiyyətləri tutmamış, aralarında mütamadi olaraq söz-söhbət yaranmışdır. Cavabdehlə aralarında olan nikah pozulmasa da, hazırda cavabdehlə ayrılıqda yaşayırlar. Uşaqlarla birlikdə ata evində qalır. Özü heç bir yerdə işləmir. Uşaqların ehtiyaclarını tam ödəyə bilmir. Cavabdeh isə könüllü olaraq uşaqlarına maddi köməklik göstərmir. Məsələ ilə bağlı mediasiyaya müraciət etsə də, lakin aralarında mediasiya sessiyası nəticəsində barışıq əldə olunmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət emişdir. İddia ərizəsində cavabdehdən hər uşağa görə 220 manat, cəmi 440 manat aliment tutulmasını istəsə də, hazırda məhkəmədən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 100 manat, cəmi 200 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 doğulmuşdur. Uşaqların saxlanılması üçn, hər uşağa görə 100 manat cəmi 200 manat aliment ödəməyə razıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nikah haqqında arayışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X5 Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində nikahı haqqında 11 avqust 2015-ci il tarixdə 201 № li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Şıxəliyev, arvada Şıxəliyeva soyadı verilmişdir. İşdə olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 doğulmuşdur. İşdə olan mediator X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MŞİH-16298 nömrəli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, İddiaçı və Cavabdeh hər iki tərəf mediasiya prosesində iştirak etmiş, tərəflərin təşəbbüsü ilə mediasiya sessiyası nəticəsində barışıq əldə olunmamışdır. İşdə olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, cavabdehdən hər uşağa 100 manat olmaqla, 200 manat aliment tutulmasını istəyir. İşdə olan Cavabdeh tərəflindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, hər uşağa görə 100 manat olmaqla 200 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından iki uşaqları xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 doğulmuşdur. Tərəflərin arasında olan nikah pozulmamış, hazırda tərəflər ayrılıqda yaşayırlar. İddiaçı uşaqlarla birlikdə ata evində qalır. İddiaçı heç bir yerdə işləmir. Uşaqların ehtiyaclarını tam ödəyə bilmir. Cavabdeh isə könüllü olaraq uşaqlarına maddi köməklik göstərmir. İddiaçı məsələ ilə bağlı mediasiyaya müraciət etsə də, lakin aralarında mediasiya sessiyası nəticəsində barışıq əldə olunmamışdır. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı qismən müdafiə edərək cavabdehdən hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat aliment tutulmasını xahiş etmiş, öz növbəsində cavabdeh iddianı qismən qəbul edərək hər uşağa görə 100 manat, cəmi 200 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddianın həlli zamanı uşaqların mənafeyi üstün tutulmalı və onların normal inkişafı təmin edilməlidir. Bu məqsədlə cavabdehdən uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tutularaq iddiaçıya verilməlidir. Məhkəmə uşaqlara görə cavabdehdən tutulmalı olan alımentin miqdarını müəyyənləşdirərkən iddiaçının cavabdehdən hər uşağa görə hər ay 100 manat, cəmi 200 manat aliment tutulmasını tələb etməsi və cavabdehin həmin miqdarda aliment ödəməyə razı olması barədə iradə ifadələrini nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinəəsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinəəsasən qiymətləndirilən iddialar üzrəiddianın qiyməti 1000 manatdan 10000 manadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 100 manat x 2=200 manat x 12 ay = 2400 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 44.00 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 44.00 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-653/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-653/2023
03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver