Məhkəmə qərarları › İş №2(035)-696/2024

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-696/2024

18.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-696/2024 18.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçının nümayəndəsi X2 iştitakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olumuş 5822.82 manat kreditin cavabdehlə bərabər hissələrə bölünməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə 18 oktyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikah dövründə kredit olaraq Maraqlı şəxs ASC-dən götürdükləri 5 745,37 manat pulun bərabər hissələrə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlər əsasında hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından xx.xx.2023cü il tarixli, ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 50 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı qaytarılmalıdır. İddiaçı iddia ərizəsini geri qaytarılmasını xahiş etdiyi üçün məhkəmə hesab edir ki, ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olumuş 5822.82 manat kreditin cavabdehlə bərabər hissələrə bölünməsi tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü ildə ödənilmiş (Zərdab Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 50 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Zərdab rayonu üzrə maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar