Məhkəmə qərarları › İş №2(035)-697/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-697/2025

23.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-697/2025 23.09.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X10 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı illərin artımı nəzərə alınmaqla minimum əmək haqqının 0.70 misli miqdarında alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından üç uşaqları doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-40/2025 saylı qətnaməsinə əsasən lnikahları pozulmuş, uşaqların ikisi anaları Cavabdeh himayəsinə, biri xx.xx.2015-ci il təvəllüdlü X13 özünün himayəsində saxlanılmışdır. Hazırda iki uşağaxx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X11 üçün təyin edilmiş alimenti vaxtlı vaxtında ödəyir. Lakin Cavabdeh onun himayəsində saxlanılan xx.xx.2015-ci il təvəllüdlü X3 olaraq maddi köməklik göstərmir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-40/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən hazırki Cavabdeh ilə aralarında qeyd edilmiş nikahın pozulması, birgə nikahlarından doğulan xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X2 Bəyim Aydın qızının, xx.xx.2015-ci il təvəllüdlü X8 isə onun himayəsində saxlanılması, Aysu və Yağmurun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ondan hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli, cəmi 0.5 misli həddində sabit pul məbləğində alimentin tutularaq hazırki Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin alimenti vaxtlı vaxtında ödəyir. Ondan iki uşağın saxlanılması üçün aliment tutulursa cavabdehdə onun himayəsində qalan uşağına aliment ödəməlidir. Düşünür ki, cavabdeh oğlu Ömərin saxlanılması üçün maddi köməklik etmirsə o da, cavabdehin himayəsində qalan iki uşağa görə deyil, bir uşağa görə aliment ödəməlidir. Hazırda oğlu xx.xx.2015-ci il təvəllüdlü X13 özünün yanında qalır. Cavabdeh Ömərə könüllü olaraq maddi köməklik etmir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddiasının təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X13 doğulmuşdur. İşdə olan mediator X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞZ/MT050/2025/00049 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı övladı xx.xx.2015-ci il təvəllüdlü X13 üçün aliment tələbinə dair ilkin olaraq mediasiya təşkilatına müraciət etmiş, İddiaçı və Cavabdeh mediasiya prosesində iştirak etmiş, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-40/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Zərdab rayonu Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 139 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X11 iddiaçı Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X8 cavabdeh İddiaçı himayəsində saxlanılması, xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli, cəmi 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi ... qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından üç uşaqları-xx.xx.2011-ci il təvəllüdlü X14, xx.xx.2015-ci il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X11 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-40/2025 saylı xx.xx.2025-ciil tarixli qətnaməsinə əsasən tərəflərin arasında Zərdab rayonu Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 139 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X11 iddiaçı Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X8 cavabdeh İddiaçı himayəsində saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli, cəmi 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir... Hazırda xx.xx.2015-ci il təvəllüdlü X13 iddiaçının (atanın) himayəsində qalır. İddiaçı qeyd edir ki, cavabdeh onun himayəsində qalan Ömərin saxlanılması üçün könüllü olaraq maddi köməklik etmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etsədə də, tərəflər qarşılıqlı razılığa gəlməmişlər. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, himayəsində qalan xx.xx.2015ci il təvəllüdlü X1 üçün cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.70 misli həddində sabit pul məbləğində alimentin tutulmasını xahiş etsə də cavabdehin mütamadi aylıq qazanca sahib olmasına, geniş maddi imkana, kapitala malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-40/2025 saylı xx.xx.2025-ciil tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı müəyyənləşdirilərkən həmin iş üzrə cavabdeh olan X6 mütamadi aylıq qazanca sahib olmasına, geniş maddi imkana, kapitala malik olmasına dair işdə hər hansıı bir sübutun olmaması, hazırki Cavabdeh Aydin qızının isə heç bir yerdə işləməməsi, az təminatlı hesab olunması nəzərə alınaraq, Aysu və Yağmurun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli, cəmi 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddianı əsaslandıra bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, hazırda iddianın təmin edilməsi üçün əsaslar yoxdur və iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar