Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-71/2024 19.01.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X9 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən övladları xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat aliment və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 60 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2011-ci il tarixdə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2012-ci il tarixdə rəsmiləşdirmiş, birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X7 anadan olmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-524/2018 saylı qətnamsi ilə cavabdehlə aralarında olan nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 özünün himayəsində saxlanılması və uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 75 manat, cəmi 150 manat aliment tutulması qət edilmişdir. Aliment tələbindən imtina etdiyinə görə Zərdab rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(035)-08/2019 saylı qərardadı ilə Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-524/2018 saylı icra sənədi üzrə icra icraatına xitam verilmişdir. Cavabdeh uşaqların saxlanılmasında iştirak etmir. Övladı xx.xx.2012-ci il təvəllüdlü X1 birinci qrup əlildir, onun köməyənə möhtac olduğundan, özü heç bir yerdə işləyə bilmir. Kiçik övladı Sinan məktəblidir onun da saxlanılması ilə yanaşı təhsil xərcləri də vardır. Bütün bunları tək çatdıra bilmir. İlkin olaraq mediasiyaya müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnaməçəkişməşəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2011-ci il tarixdə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2012-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından iki uşaqları-xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X7 anadan olmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-524/2018 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 özünün himayəsində saxlanılması və uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 75 manat, cəmi 150 manat aliment tutulması qət edilmişdir. Aliment tələbindən imtina etdiyinə görə Zərdab rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(035)-08/2019 saylı qərardadı ilə Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-524/2018 saylı icra sənədi üzrə icra icraatına xitam verilmişdir. Hazırda cavabdeh uşaqların saxlanılmasında iştirak etmir. Oğlu xx.xx.2012-ci il təvəllüdlü X1 birinci qrup əlildir, onun köməyənə möhtac olduğundan, özü heç bir yerdə işləyə bilmir. Kiçik oğlu Sinan məktəblidir onun da saxlanılması ilə yanaşı təhsil xərcləri də vardır. Bütün bunları tək çatdıra bilmir. İlkin olaraq mediasiyaya müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsində cavabdehdən hər uşağa görə 220 manat, 440 manat aliment tutulmasını göstərsə də, hazırda məhkəmədən cavabdehdən hər uşağa görə 100 manat, cəmi 200 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X7 doğulmuşdur. İşdə olan Zərdab Rayon Məhkəməsinin2(035)-524/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, hazırki Cavabdeh ilə hazırki iddiaçı X8 arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 65 № ilə qeydə alınmış nikahın ləğv edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 cavabdeh X3 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 75 manat, cəmi 150 manat aliment tutularaq X4 verilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 8(035)-08/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadın surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-524/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşdə olan mediator X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞŞ/1/MT018/2023- 02520 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan qəbzlərindən görünür ki, İddiaçı 1 X5 60 manat pul ödəmişdir. İşdə olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, hər uşağa görə 100 manat, cəmi 200 manat aliment tutulmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2011-ci il tarixdə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2012-ci il tarixdə rəsmiləşdirmiş, birgə nikahlarından xx.xx.2012ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X7 anadan olmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-524/2018 saylı qətnaməsinə əsasən tərəflərin aralarında olan nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 hazırki iddiaçının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hazırki cavabdehdən hər ay hər uşağa görə 75 manat, cəmi 150 manat aliment tutulması qət edilmişdir. İddiaçı aliment tələbindən imtina etdiyinə görə Zərdab rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(035)-08/2019 saylı qərardadı ilə Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-524/2018 saylı icra sənədi üzrə icra icraatına xitam verilmişdir. Hazırda cavabdeh uşaqların saxlanılmasında iştirak etmir. İddiaçı uşaqların ehtiyaclarını tam ödəyə bilmir. İddiaçı ilkin olaraq mediasiyaya müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddianın həlli zamanı hər bir halda uşaqların mənafeyi üstün tutulmalı və onların normal inkişafı təmin edilməlidir. Bu məqsədlə cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddianın həlli zamanı uşaqların mənafeyi üstün tutulmalı və onların normal inkişafı təmin edilməlidir. Bu məqsədlə cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment tutularaq iddiaçıya verilməlidir. Məhkəmə uşaqlara görə cavabdehdən tutulmalı olan alımentin miqdarını müəyyənləşdirərkən alıment tələb etmək hüququna malik olan hazırkı iddiaçının cavabdehdən hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat alımentin tutulmasını tələb etməsinə dair iradə ifadəsi əsas götürür. Məhkəmə araşdırması zamanı iddianın rədd edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadı. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzindəödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 100 manat x 2 = 200 manat; 200 x 12 ay =2400 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 44.00 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 44.00 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev.
Məhkəmə qərarları › İş №2(035)-71/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-71/2024
19.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver