Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-724/2023 15.12.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyinə xitam verilməsinə” dair mülki iş üzrə (Açar sözlər: aliment öhdəliyinə xitam verilməsi tələbi) X11 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı oğunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilməsinə” dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Məhkəməsinin 2(035)-419/2022 saylı, xx.xx.2022-ci il tarixli, qətnaməsinə əsasən cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan tutulması qət edilmiş alimenti və yaranmış aliment borcunu ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından iki uşaqları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hazırki cavabdehlə aralarındakı nikah cavabdehin iddiasına əsasən pozulmuş, uşaqlar-Kəmalə və Rza cavabdehin himayəsində saxlanılmışlar. Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan uşaqları Kəmalə və Rzanın saxlanılması üçün hər uşağa görə 100 manat, cəmi 200 manat aliment tutulması qət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan Zərdab Rayon Məhkəməsinin 2(035)- 438/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Kəmalə və Rzanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay sabit pul məbləğində 130 manat, cəmi 260 manat aliment tutularaq hazırki cavabdehə verilməsi qət edilmişdir. Çətinliklə də olasa təyin edilən alimenti vaxtlı vaxtında ödəmişdir. Uşaqları ilə cavabdehin icazəsi ilə ünsiyyətdə olmuşdur. Qızı Kəmalə onunla qalmaq istəmişdir. Buna onu məcbur etməmişdir, Kəmalə öz istəyi ilə onun yanında xx.xx.2023-cü il tarixdən qalmışdır. Bununla əlaqədar Zərdab Rayon Məhkəməsinə uşaq tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən qızı Kəmalə hazırki cavabdehdən alınaraq onun himayəsinə verilmişdir. Hazırda Kəmalə özünün yanında qalır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından iki uşaqları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hazırki cavabdehlə aralarındakı nikah cavabdehin iddiasına əsasən pozulmuş, uşaqlar-Kəmalə və Rza cavabdehin himayəsində saxlanılmışlar. Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan uşaqları Kəmalə və Rzanın saxlanılması üçün hər uşağa görə 100 manat, cəmi 200 manat aliment tutulması qət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan Zərdab Rayon Məhkəməsinin 2(035)- 438/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Kəmalə və Rzanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay sabit pul məbləğində 130 manat, cəmi 260 manat aliment tutularaq hazırki cavabdehə verilməsi qət edilmişdir. Çətinliklə də olasa təyin edilən alimenti vaxtlı vaxtında ödəmişdir. Uşaqları ilə cavabdehin icazəsi ilə ünsiyyətdə olmuşdur. Qızı Kəmalə onunla qalmaq istəmişdir. Buna onu məcbur etməmişdir, Kəmalə öz istəyi ilə onun yanında xx.xx.2023-cü il tarixdən qalmışdır. Bununla əlaqədar Zərdab Rayon Məhkəməsinə uşaq tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən qızı Kəmalə hazırki cavabdehdən alınaraq onun himayəsinə verilmişdir. Hazırda Kəmalə özünün yanında qalır. Məhkəmənin diqqətinə çatdırır ki, aliment uşaqların saxlanması üçün tutulmalıdır. Lakin hazırda Kəmalə onunla yaşadığı üçün hesab edir ki, alimenti ödəməkdən azad olunmalıdr. Məsələnin mediasiya qaydasında hell edilməsi üçün müraciət etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən Zərdab Rayon Məhkəməsinin 2(035)-419/2022 saylı, xx.xx.2022-ci il tarixli, qətnaməsinə əsasən cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan tutulması qət edilmiş alimenti və yaranmış aliment borcunu ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, hazırda qızı Kəmalə iddiaçının (atanın) yanında, oğlu Rza isə özünün yanında qalır. Cavabdeh tərəfindən Kəmalə və Rzanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulması qət edilən aliment öhdəliklərinin ödənilməsinə xitam verilməsinə etirazı yoxdur. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab RİHB-nin Körpükənd kənd ərazi nümayəndəliyi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014cü il təvəllüdlü X4 doğulmuşdur. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-591/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X5 arasında Zərdab rayon İHB-nın Körpükənd kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2013-cü il tarixdə nigahın bağlanması haqqında akt qeydləri kitabında 10 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 X2 yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-419/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-438/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək cavabdeh İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay sabit pul məbləğində 130 manat, cəmi 260 manat aliment tutularaq hazırki Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-256/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 Cavabdeh alınaraq hazırki İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İşdə olan mediator X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № MŞŞ/1/MT018/2023-02262 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. İşdə olan Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş ərizədən görünür ki, o, aliment öhdəliklərinin ödənilməsinə xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından iki uşaqları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin aralarındakı nikah cavabdehin iddiasına əsasən pozulmuş, uşaqlar-Kəmalə və Rza hazırki cavabdehin (ananın) himayəsində saxlanılmışlar. Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən hazırki iddiaçıdan uşaqları Kəmalə və Rzanın saxlanılması üçün hər uşağa görə 100 manat, cəmi 200 manat aliment tutulması qət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçıdan Zərdab Rayon Məhkəməsinin 2(035)-438/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Kəmalə və Rzanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay sabit pul məbləğində 130 manat, cəmi 260 manat aliment tutularaq hazırki cavabdehə verilməsi qət edilmişdir. İddiaçı uşaqları ilə cavabdehin icazəsi ilə ünsiyyətdə olmuş, qızı Kəmalə onunla qalmaq istəmişdir. Kəmalə öz istəyi ilə xx.xx.2023-cü il tarixdən iddiaçının yanında qalmışdır. Bununla əlaqədar iddiaçı Zərdab Rayon Məhkəməsinə uşaq tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən qızı Kəmalə hazırki cavabdehdən alınaraq hazırki iddiaçının himayəsinə verilmişdir. Hazırda Kəmalə iddiaçının (atanın) yanında qalır. Kəmalənin zəruri xərcləri hazırkı iddiaçı tərəfindən çəkilir. Kəmalə iddiaçı ilə yaşadığı üçün iddiaçı alimenti ödəməkdən azad olunmasını xahiş etmişdir. Məsələnin mediasiya qaydasında hell edilməsi üçün müraciət etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh də məhkəmə iclasında ərizə təqdim edərək aliment öhdəliklərinin ödənilməsinə xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-419/2022 saylı, xx.xx.2022-ci il tarixli, qətnaməsinə əsasən cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hazırkı iddiaçıdan hər uşağa görə 130 manat, cəmi 260 manat alimentin tutulması sonuncunun maddi vəziyyətini ağırlaşdırmaqla bərabər, həm də alimentin tutulmasının məqsədlərinə uyğun deyildir. İşin yuxarıda qeyd olunan hallarını, yəni mənafeyinə aliment tutulmalı olan uşağın hazırda aliment ödəməli olan şəxsin (hazırki iddiaçının) himayəsində olmasını, həmçinin cavabdehin aliment öhdəliklərinin ödənilməsinə xitam verilməsinə etirazının olmadığını və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı Zərdab Rayon Məhkəməsinin 2(035)-419/2022 saylı, xx.xx.2022-ci il tarixli qətmaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xeyrinə aliment və yaranmış aliment borclar da daxil olmaqla ödəməkdən azad edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Zərdab Rayon Məhkəməsinin 2(035)-419/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh X6 xeyrinə aliment və yaranmış aliment borclar da daxil olmaqla ödəməkdən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-724/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-724/2023
15.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver