Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-752/2024 26.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Nümayəndə və İddiaçı5 Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: İcarə müqaviləsininə xitam verilməsi tələbi) Zərdab Rayon Məhkəməsi X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı, həmdə digər iddiaçılar İddiaçı5 və İddiaçı1 nümayəndəsi Nümayəndə Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Nümayəndə və İddiaçı5 Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 dekabr 2024-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Nümayəndə və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə xitam verilməsinə və cavabdehin onlara məxsus Zərdab rayonu Dəliquşçu kəndi ərazisində yerləşən, ümumi sahəsi 3.59 ha olan torpaq sahəsindən məcburi qayda çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçılar Zərdab rayonunun Dəli Quşçu kəndində yerləşən 3,59 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 15 il müddətinə Zərdab rayon Dövlət Notariat Kontorunun xx.xx.2017-ci il tarixli icarə müqaviləsi ilə Cavabdeh icarəyə vermişlər. Tərəflər arasındakı razılaşmaya əsasən sözü gedən torpaq sahəsi icarəyə verilməsinə baxmayaraq dövlət tərərfindən verilən subsidiyanı iddiaçılar tərəfindən alıınacağına razılaşmışlar. Lakin, cavabdeh aralarında olan razılaşmalarını pozaraq iddiaçılar tərəfindən subsidiyanı alınmasına imkan verməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç-bir nəticə əldə olunmamışdir. Ona görə də, hazırkı iddia ilə iddiaçılar məhkəməyə müraciət etmişlər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehlər İddiaçı2, İddiaçı3 məhkəmə iclasına gəlməmişlər, lakin, məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasını onların iştirakı olmadan keçrilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı həmdə digər iddiaçılar İddiaçı5 və İddiaçı1 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirmişdir ki, onlar Zərdab rayonunun Dəli Quşçu kəndində yerləşən 3,59 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 15 il müddətinə Zərdab rayon Dövlət Notariat Kontorunda xx.xx.2017-ci il tarixli icarə müqaviləsi ilə Cavabdeh icarəyə vermişlər. Tərəflər arasındakı razılaşmaya əsasən sözü gedən torpaq sahəsi icarəyə verilməsinə baxmayaraq dövlət tərəfindən verilən subsidiyanı iddiaçılar tərəfindən alıınacağına razılaşmışlar. Lakin, cavabdeh aralarında olan razılaşmalarını pozaraq onlar tərəfindən subsidiyanın alınmasına imkan verməmişdir. Bununla əlaqədar onlar tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç-bir nəticə əldə olunmamışdir. Odur ki, onlar icarə müqaviləsinə xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Lakin, məhkəmə baxışı müddətində onlar cavabdehə 3000 manat pulu qaytarmaq şərtilə icarə müqaviləsinə xitam verilməsinə razılaşmışlar. Hazırda cavabdehdə xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə xitam verilməsinə heç-bir etirazı olmadığını bildirmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, iddiaçılar Zərdab rayonunun Dəli Quşçu kəndində yerləşən 3,59 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 15 il müddətinə Zərdab rayon Dövlət Notariat Kontorunda xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlamaqla ona icarəyə vermişlər. İddiaçılar tərəfindən məhkəmə zalında ona 3000 manat pul ödənilmiş və onlar icarə müqaviləsinə xitam verilməsinə razılaşmışlar. Odur ki, xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə xitam verilməsinə heç-bir etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil cavabdehin izahatına uyğun ifadə verərək iddianın təmin olunmasına etiraz etməmişdir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışın surətindən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının qərarı ilə hazırkı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Nümayəndə və İddiaçı5 mülkiyyətinə Zərdab rayonu Dəliquşçu kəndi ərazisindən 3.59 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan Zərdab rayon Dövlət notariat kontorunda xx.xx.2017-ci il tarixdə bağlanmış İcarə Müqaviləsinin surətindən görünür ki, mülkiyyətçilər birgə mülkiyyət üzrə 3.59 ha torpaq sahəsindən öz paylarına düşən hissəsinin Cavabdeh xx.xx.2032-cu ilədək icarəyə vermişlər. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçılar iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat pul ödəmişdir. Mülki işdə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 51-ci maddəsinin 4-cü hissəsinə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci bəndinə əsasən Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikası Torpaq icarəsi haqqında qanunun 22-ci maddəsinə əsasən icarəçinin torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüququ vardır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 241.1-ci maddəsinə görə Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddiaçılar Zərdab rayonunun Dəli Quşçu kəndində yerləşən 3,59 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 15 il müddətinə Zərdab rayon Dövlət Notariat Kontorunun xx.xx.2017-ci il tarixli icarə müqaviləsi ilə Cavabdeh icarəyə vermişlər. Tərəflər arasındakı razılaşmaya əsasən sözü gedən torpaq sahəsi icarəyə verilməsinə baxmayaraq dövlət tərərfindən verilən subsidiyanı iddiaçılar tərəfindən alıınacağına razılaşmışlar. Lakin, cavabdeh aralarında olan razılaşmalarını pozaraq iddiaçılar tərərfindən subsidiyanı alınmasına imkan verməmişdir. Bununla əlaqədar iddiaçılar tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç-bir nəticə əldə olunmamışdir. Lakin, iddiaçılar tərəfindən məhkəmə zalında cavabdehə 3000 manat pul ödənildikdən sonra, cavabdeh xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə xitam verilməsinə heç-bir etirazı olmadığını bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Nümayəndə və İddiaçı5 Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Nümayəndə və İddiaçı5 Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilməklə müqaviləyə xitam verilsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edərək Zərdab Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-752/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-752/2024
26.12.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver