Məhkəmə qərarları › İş №2(035)-79/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-79/2025

24.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-79/2025 24.01.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olumuş kredit borcunun bərabər hissələrə bölünməsi tələbinə dair) (Açar sözlər:Kredit borcunun bərabər hissələrə bölünməsi tələbi) X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olumuş kreditin bərabər hissələrə bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 24 yanvar 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi ilə məhkəməyə müraciət edərək kredit borcuna görə 5822.82 manat pulun yarısının, ödənilmiş dövlət rüsumuna görə 50 manat, mediasiya sesiyasından keçmək üçün ödədiyi 60 manat və icra ödənişinə görə ödədiyi 409 manat pulun tam olaraq alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(035)-13/2023 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Tərəflər birgə nikahda olan zaman cavabdehlə ümumi ehtiyaclarının ödənilməsi məqsədilə bank təşkilatlarından kreditlər əldə edərək birgə məqsədləri üçün xərcləmişlər. Hazırda onun "xxxx" ASC-nin Zərdab filalı qarşısında kredit öhdəliyi qalmışdır. Birgə nikah dövründə əldə olunmuş kreditlər cavabdehin problemlərini həll etmək üçün xərclənsə də, lakin, cavabdeh onunla arasında olan nikaha xitam verildikdən sonra kredit ödənişlərinin ödənilməsindən imtina etmiş və bu məqsədlə ona heç bir köməklik göstərməmişdir. Ona görə də, o, hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin ünvanına, eləcə də cavabdehin qeydiyyatda olduğu Zərdab RİHB-nin Zərdab şəhəri İƏD üzrə nümayəndəliyinə məhkəmə bildirişi göndərilərək, məhkəmə bildirişinin cavabdehə çatdırılması və cavabdehin məhkəmə iclasında iştirakının təmin olunmasına kömək göstərilməsi xahiş olunmuş, icra nümayəndəliyi tərəfindən verilən yazılı arayışa əsasən cavabdehin ərazidə qeydiyyatda olmasına baxmayaraq ərazidə yaşamadığı bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailəüzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmişşəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(035)-13/2023 saylı qətnaməsi ilə tərəflər arasında olan nikaha xitam verilmişdir. Tərəflər birgə nikahda olan zaman ailə işlərinin görülməsi üçün müraciətləri əsasında "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış -xx.xx.2021-ci il tarixli, GTKR3819208A146 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 3383.97 manat, faiz görə 646.93 manat; -xx.xx.2021-ci il tarixli, BRED334872A146 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 1421.32 manat, faiz görə 293.15 manat, cəmi 5745.37 manat məbləğində pul verilmişdir.Tərəflər birgə nikah dövründə əldə olunmuş krediti birgə məqsədlər üçün istifadə etmişlər. Tərəflər arasında olan nikaha xitam verildikdən sonra cavabdeh kredit ödənişlərinin edilməsində iddiaçıya heç bir köməklik etməmişdir. İdddiaçının maddi vəziyyəti ağır olduğu üçün "xxxx" ASC-nə olan kredit borcunu vaxtında ödəyə bilməmişdir. Nəticədə "xxxx" ASC məhkəməyə müraciət etmiş və Zərdab rayon Məhkəməsinin 2(035)-472/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçıdan xx.xx.2021-ci il tarixli, GTKR3819208A146 saylı kredir müqaviləsinə əsasən əsas borca görə 3383.97 manat, faizə görə 646.93 manat, xx.xx.2021-ci il tarixli, BRED3342872A146 saylı kredir müqaviləsinə əsasən əsas borca görə 1421.32 manat, faizə görə 293.15 manat və dövlət rüsumuna görə 77.45 manat, cəmi 5822.82 manat pul тутулараг "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bugünə iddiaçı "xxxx" ASC-nə kredit borcuna görə borclu olduğu 5822.82 manat pulu tam olaraq ödəmişdir. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə olunmuş kredit borcuna görə 5822.82 manat pulun yarsının, ödənilmiş dövlət rüsumuna görə 50 manat, mediasiya sesiyasından keçmək üçün ödənimiş 60 manat və icra ödənişinə görə ödədiyi 409 manat pulun tam olaraq alınaraq ona verilməsini xahiş etmişdir Odur ki, iddianın təmin olunmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Məhkəməsinin 2(035)-472/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixli, GTKR3819208A146 saylı kredir müqaviləsinə əsasən əsas borca görə 3383.97 manat, faizə görə 646.93 manat, xx.xx.2021-ci il tarixli, BRED3342872A146 saylı kredir müqaviləsinə əsasən əsas borca görə 1421.32 manat, faizə görə 293.15 manat və dövlət rüsumuna görə 77.45 manat, cəmi 5822.82 manat pul тутулараг "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli qəbzlərin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR3819208A146 saylı kredir müqaviləsinə əsasən əsas borca görə 3383.97 manat, faizə görə 646.93 manat; xx.xx.2021-ci il tarixli, BRED3342872A146 saylı kredir müqaviləsinə əsasən əsas borca görə 1421.32 manat, faizə görə 293.15 manat və dövlət rüsumuna görə 77.45 manat olmaqla, cəmi 5822.82 manat pul İddiaçı tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. İşdə olan 2 (035)-13/2023 saylı, xx.xx.2023-ъü ил тарихli qətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh arasında Zərdab rayon VVADO şöbəsində xx.xx.2005-ci tarixdə nikahın bağlanması haqqında akt qeydlər kitabında 255 nömrə ilə qeyd edilmiş nikahları pozulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, borclu İddiaçı tərəfindən icra ödənişi olaraq 409 manat pul Zərdab rayon İcra və Probasiya Şöbəsinin hesabına ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli icraata xtam verilməsi haqqında qərarın surətindən görünür ki, borclu İddiaçı 5822.82 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənildiyi üçün Zərdab Rayon Məhkəməsinin 2(035)-472/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilmişdir. İşdə olan mediator X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞŞ/MT018/2023- 01801 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddaçının nümayəndəsi Nümayəndə tərəflər arasında olan mübahisənin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, mediasiya prosessindən keçmək üçün İddiaçı tərəfindən 60 manat pul ödənilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddia ərizəsinə məhkəmədə baxılması üçün iddiaşı tərəfindən dövlət büdcəsinə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 25-ci maddəsinin 2-ci bəndinə görə kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. 32.2.2-maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 41.2-maddəsin əəsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 443.1-maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borcverənə qaytarmağıöhdəsinə götürür. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tədbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 3.14-cü maddəsinə əsasən Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Həmin qərarın 3.16-cı maddəsinə əsasən Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi iləüzərinə götürdüyüöhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır Həmin qərarın 6.40-cı maddəsinə əsasən Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyaclarıüçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2- ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyaclarıüçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, Zərdab rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(035)-13/2023 saylı qətnaməsi ilə tərəflər arasında olan nikaha xitam verilmişdir. Tərəflər birgə nikahda olan zaman ailə işlərinin görülməsi üçün müraciətləri əsasında "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış -xx.xx.2021-ci il tarixli, GTKR3819208A146 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 3383.97 manat, faiz görə 646.93 manat; -xx.xx.2021-ci il tarixli, BRED334872A146 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 1421.32 manat, faiz görə 293.15 manat, cəmi 5745.37 manat pul verilmişdir. Tərəflər birgə nikah dövründə əldə olunmuş krediti birgə məqsədlər üçün istifadə etmişlər. Tərəflər arasında olan nikaha xitam verildikdən sonra cavabdeh kredit ödənişlərinin edilməsində iddiasçıya heç bir köməklik etməmişdir. İddiaçı kredit borcunu "xxxx" ASC-nə vaxtında ödəyə bilmədiyi üçün "xxxx" ASC məhkəməyə müraciət etmiş və Zərdab rayon Məhkəməsinin 2(035)-472/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçıdan xx.xx.2021-ci il tarixli, GTKR3819208A146 saylı kredir müqaviləsinə əsasən əsas borca görə 3383.97 manat, faizə görə 646.93 manat, xx.xx.2021-ci il tarixli, BRED3342872A146 saylı kredir müqaviləsinə əsasən əsas borca görə 1421.32 manat, faizə görə 293.15 manat və dövlət rüsumuna görə 77.45 manat, cəmi 5822.82 manat pul тутулараг "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bugünə "xxxx" ASC-nə olan 5822.82 manat kredit borcu İddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Buna əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası tam təmin olunmalı və iddiaçının “Azərbaycan Beynəlxalq Bankı” nın Zərdab filialına ödədiyi 5822.82 manat pulun yarısı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Bununla da məhkəmə hesab edir ki,cavabdeh iddaçının kredit götürməsindən xəbərdar olmuş, kredit götürməsinə etiraz etməmişdir. Əldə olunmuş kredit borcu deməyə onu əsas verir ki, kredit müqaviləsi bağlanan zaman hazırki iş üzrə iddiaçı və cavabdeh birgə nikahda olmuş və kredit müqaviləsinə əsasən əldə olunmuş pulu ailənin birgə məqsədləri üçün xərcləmişlər. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, iddia ərizəsinə və iş materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia əsaslı və qanunidir. Ona görə də iddia tam təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Азярбайъан Республикасынын МПМ-нин 107-ъи маддясиня ясасян məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ъи маддясиня ясасян məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia təmin edilsin. "xxxx" ASC -nin Zərdab filalı ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR3819208A146 saylı və xx.xx.2021-ci il tarixli, BRED334872A146 saylı kredit müqaviləsinə əsasən tərəflərin nikahları pozulduğu gündən sonra qalıq qalmış 5822.82 manat məbləğində kredit borcunun yarısının, ödənilmiş dövlət rüsumuna görə 50 manat, mediasiya sesiyasından keçmək üçün ödədiyi 60 manat və icra ödənişinə görə ödədiyi 409 manat pulun tam olaraq Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar