Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-825/2025 12.01.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: aliment borcunun silinməsitələbi ) X10 Elxan oğlunun sədrliyi X6 oğlunun katibliyi İddiaçı və nümayəndəsi Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi tələbi”nə dair mülki işüzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(035)-97/2023 saylı qətnaməsi ilə 2023-cü ilin avqust ayından 2024-cü ilin sentyabr ayına kimi olan müddət ərzində yığılmış aliment borcunun silinməsi və həmin illər üzrə aliment öhdəliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehləxx.xx.2011-ci il tarixdə Zərdab rayon Qeydiyyat şöbəsində rəsmi qeydiyyata alınmaqla nikah bağlanmış, birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X4, 17..09.2014-cü il təvəllüdlü X8 və xx.xx.2021ci il təvəllüdlü X11 doğulmuşdur. Cavabdehlə bir müddət bir yerdə yaşasalar da, sonradan birgə yaşamaları mümkünsüz hala gəlmişdir. Cavabdeh mütamadi olaraq ailə daxili münaqişələr yaratmışdır. Zərdab Rayon Məhkəməsinin 2(035)-798/2016 saylı qətnaməsinə əsasən cavabdehlə arlarında olan nikah pozulmuş, birgə nikahlarından olan uşaqların saxlanılması məqsədilə hər uşağa görə 80 manat, cəmi 160 manat aliment təyin olunmuşdur. Həmin Məhkəmənin 2(035)-800/2017 saylı qətnaməsi ilə xx.xx.2016-cı il tarixli, 2(035)-798/2016 saylı qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək ondan hər uşağa görə 100 manat aliment tutulması qət edilmişdir. Sonradan cavabdehlə barışdıqlarına görə yenidən cavabdehlə nikaha daxil olmuşlar. Bir müddət bir yerdə yaşasalar da, sonradan münasibətləri yenə pisləşmişdir. Cavabdehlə birgə nikahda olsalar da, Zərdab Rayon Məhkəməsinin 2(035)-97/2023 saylı qətnaməsinə əsasən hər ay hər uşağa görə 90 manat, cəmi 270 manat aliment təyin olunmuşdur. Aliment təyin olunduqdan sonra cavabdehlə birgə yaşmağa başlamışlar. Bu müddət ərzində uşaqların və cavabdehin bütün xərcləri onun tərəfindən qarşılanmışdır. Cavabdehə olan aliment borcunu tam şəkildə ödəmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə 1390 manat, xx.xx.2024cü il tarixdə isə 11339 manat cavabdehin kart hesabına pul köçürmüşdür. Buna baxmayaraq cavabdeh ondan əsassız olaraq əlavə aliment pulu tələb edir. Buna əsasən cavabdehlə birgə yaşadıqları 2023-cü ilin avqust ayından 2024-cü ilin sentyabr ayına kimi olan müddət ərzində aliment öhdəliyinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından uşaqları xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X9 doğulmuşdur. Cavabdehlə xasiyyətləri tutmadığından, aralarında mütamadi olaraq söz-söhbət olduğundan 2016-cı ildə Zərdab Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahlarının pozulması, ondan uşaqları İsmayıl və Sakinənin saxlanılması üçün, hər uşağa görə 80 manat, cəmi 160 manat alimentin tutulması qət edilmişdir. 2017-ci il tarixdə isə cavabdeh alimentin artırılmasına görə məhkəməyə müraciət etmiş, ondan tutulan alimentin məbləği artırılaraq, hər uşağa görə 100 manat, cəmi 200 manat aliment tutulmasi qət edilmişdir. Cavabdehlə qohumlarının təkidi ilə barışıb xx.xx.2019-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə yenidən ailə qurmuşlar. 2017-ci il tarixdə çıxarılmış qətnaməninicrasına cavabdehin ərizəsinə əsasən xitam verilmişdir. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X11 doğulmuşdur. Sonrada cavabdehlə münasibətləri pisləşmiş və cavabdeh yenidən məhkəməyə aliment tələbi ilə müraciət etmiş, Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan uşaqları İsmayıl, Sakinə və Sakinin saxlanılması üçün hər uşağa görə 90 manat, cəmi 270 manat məbləğində aliment tutulması qət edilmişdir. Qət edilmiş aliment məbləğini vaxtı vaxtında ödəmişdir.xx.xx.2012-ci il təvəllüdlü X4 qan xərcəngindən əziyyət çəkdiyindən cavabdehlə barışıb bir yerdə yaşamışlar və ailənin, uşaqların maddi cəhətdən xərcini və İsmayılın xəstəliyi ilə əlaqədar xərcləri də özü çəkmişdir. 2023-cü iln avqust ayından 2024-cü ilin oktyabr ayına kimi Zərdab şəhərində SMU 21 saylı qəsəbədə kirayə evdə yaşamışlar. Evin kirayə pulunu, kommunal xərcləri və digər xərcləri özü çəkmişdir. Oğlu İsmayıl xx.xx.2025-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Özü hərbi hissədə gizir işləyir, Zərdab rayon icra və probasiya şöbəsinin məmuru iş yerinə bildiriş göndərərək, 9 min manat aliment borcunun olduğunu və əmək haqqısında 70% aliment tutulması barədə bildirilmişdir. Cavabdehin kart hesabına xx.xx.2024-cü ildə1390 manat və xx.xx.2024-cü ildə 11339 manat pul köçürmüşdür. Cavabdehə olan aliment borcunu tam şəkildə ödəmişdir. Hazırda özünün də kredit borcu da var. Məhkəmədən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil İddiaçı izahatına uyğun izahat verərək bildirmişdir ki, hər iki valideyn uşaqlarını saxlamağa borcludur. Lakin hazırki məsələdə yük iddiaçının üzərinə düşmüşdür. İddiaçı uşaqların və cavabdehin bütün xərclərini özü qarşılamış, eyni zamanda cavabdehə olan aliment borcunu tam şəkildə ödəmişdir. Ona görə də iddianın tam təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ilə 2011-ci ildə ailə qurmuş, nikahlarından iki uşaqları İsmayıl və Sakinə doğulmuşdur. Cavabdehin ailəyə məsuliyyətsizliyindən, ailəyə baxmadığından Zərdab Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlə 2016-cı ildə aralarında olan nikah pozulmuş, İsmayıl və Sakinə onun himayəsində saxlanılmış, uşaqların saxlanılması üçün hər uşağa görə 80 manat, cəmi 260 manat aliment tutulması qət edilmişdir. Həmin məhkəmənin 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçıdan tutulan alimentin məbləği artırılaraq hər uşağa görə 100 manat, cəmi 200 manat aliment tutulması qət edilmişdir. Sonra iddiaçı ilə barışmış, özünün ərizəsinə əsasən iddiaçıdan tutulan alimentin icrasına xitam verilmişdir. Barışdıqlarına görə xx.xx.2019-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər və bu nikahdan xx.xx.2021-ci il təvəllüdlü X11 doğulmuşdur. İddiaçının ona qarşı etdiyi alçaldıcı münasibətlərinə görə 2022-ci ildə nikahları pozulmasa da, yenidən iddiaçı ilə ayrı yaşamışlar. Uşaqların saxlanılması üçün yenidən aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Zərdab rayon məhkəməsinin 2(035)-97/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən hazırki iddiaçıdan hər uşağa görə 90 manat, cəmi 270 manat məbləğində aliment və oğlu Sakinin 3 yaşına çatanadək özünə görə 50 manat pulun tutularaq ona verilməsi qət edilmişdir. İddiaçı təyin edilmiş aliment pulunu vaxtlı-vaxtında ödəməmşdir. Uşaqları xx.xx.2012-ci il təvəllüdlü X4 qan xərçəngindən əziyyət çəkdiyinə görə, müalicəsi ilə əlaqədar iddiaçı ilə məcburiyyət qarşısında bir yerdə kirayə evdə yaşamışlar. Uşağın müalicəsi üçün 50 min dollar xərc çəkilib, qohumların, valideynlərinin, iddiaçının iş yoldaşlarının köməkliyi ilə həmin pul yığılmış, uşağın müalicəsi üçün sərf edilsə də, İsmayıl xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İddiaçı yalan danışır, aliment borcu ödənilməmişdir, iddiaçının iş yoldaşları və əhali tərəfindən uşağın müalicəsi üçün yığılan pulun bir qismi ilə iddiaçı kef edib, qumar oynayıb və əxlaqsızlıqla məşğul olub. Kredit götürüb, güya uşağın müalicəsinə görə, amma həmin pulla maşın alıb. Ona uşağı həkimə aparmasını bildirdikdə, cavabında “dədən aparsın” demişdir. Uşağın xəstəliyinə görə çox vaxtlar valideynlərinin yanında, sonra Türkiyədə 1 il qalmışdır. belə ki, xx.xx.2024-cü il tarixdə uşağın müalicəsinə görə Türkiyəyə getmişdir. X17 və X7 Hematoloji Bölümündə aylarla yatmışdır. 16 oktyabr 2024-cü il tarixdə xəstəxanaya daxil olmuş, xx.xx.2025-ci ildə övladı vəfat etdiyi üçün xətəxanadan çıxmışlar. xx.xx.2025-ci il tarixdə isə Azərbaycana gəlmişlər. Həmin müddət ərzində xəstəxanaya 50000 dollar pul ödəmişdir. Həmin pulun yarısını iddiaçı ödəməli idi, lakin ödəmədi. Xəstə övladları Türkiyə Respublikasında xəstəxanada yatarkən, xəstəxana xərclərini ödəmək üçün camaatın İsmayıl üçün yığdığı iyirmi min manat puldan bir neçə dəfə onun kartına 11339 manat pul göndərmişdir. Kartda olan pulun hamısı oğlu üçün müxtəlif insanlar tərəfindən göndərilsə də, iddiaçı bu pulun hamısını deyil, müəyyən hissəsini onun kartına göndərmişdir. Hazırda da bunun iddiasını qaldırır ki, həmin pul aliment borcundan çıxılsın 2024-cü ilin sentyabr ayınadək olan aliment borcunu bu yolla sildirməyə çalışır.İddiaçı ona pul göndərmişdir, lakin bu xəstəxana məsrəfləri və s.xərclər üçün göndərilmiş puldur. İddiaçı hətta övladları ölüm döşəyində olanda belə öz mənafeyini düşünmüş, İsmayıl üçün yığılan puldan öz ehtiyac və məqsədləri üçün istifadə etmişdir. Özü xəstə övladı İsmayılla Türkiyə Respublikasında olsa da, övladları anasıilə qalmış, anasına etibarnamə vermişdir, onların bütün işləri ilə anası maraqlanmış, onları anası saxlamışdır. İddiaçı öz övladlarına heç vaxt qıymamış, əksinə bütün əlinə düşən pulu şəxsi xərclərinə, kefə xərcləmişdir. Ümumiyyətlə, təyin olunmuş kiçik məbləğdə olan alimenti belə vaxtlı-vaxtında ödəməyib, ona görə də aliment borcu yığılıb qalıb. İndi də belə bir üsula əl atır ki, xəstə övladları üçün yığılan pulu aliment borcu kimi ədəyib. Marketlərdə qoyduğu kart nömrəsinə camaat tərəfindən yığılan pulu iddiaçı aliment borcu kimi sildirə bilməyəcəyini bilməlidir. Özü həm uşaq saxlamış, həm xəstəxana ödənişləri etmiş, həm maddi və mənəvi əziyyət çəkmiş və sair, iddiaçı bunların heç birində onun və övladlarının yanında olmayıb.İddiaçı ilə 2024-cü ilin yanvar ayından 2024-cü ilin iyul ayına kimi bir yerdə yaşamışlar. Ona görə də iddianı qismən qəbul edir, iddiaçının aliment borcunun 6 ayının silinməsinə etiraz etmir, iddianın qalan hissədə təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-798/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı iləCavabdeh arasında Zərdab rayon Qeydiyyat şöbəsində 03 dekabr 2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 322 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuşxx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X9 Cavabdeh yanında saxlanılması, İddiaçı xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmasıüçün hər ay hər uşağa görə 80 (səksən) manat, cəmi 160 manat aliment tutularaq Cavabdeh verilməsiqət edilmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-800/2017 saylı, xx.xx.2017-cı il tarixli qətnaməsinin surətindən görünür ki,Zərdab Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(035)-798/2016 saylı qətnaməsinəəsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat aliment tutularaq iddiaçıCavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-97/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki,cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü Eyvazlıİsmayıl Sabit oğlu, 17.09. 2014-cü il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat, cəmi 270 (iki yüz yetmiş) manat məbləğində aliment, habelə xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək iddiaçının (ananın) özünə görə 50 (əlli) manat aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan mediator X5 tərəfindən verilmişxx.xx.2025-ci il tarixli, MŞZ/MT050/2025- 00011 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də,CavabdehHaqverdi qızımediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan 1-111939819 nömrəli qəbzin surətindən görünür ki, 1286 nömrəli kartdan 7252 nömrəli karta xx.xx.2024-cü il tarixdə 11.339.38 AZN göndərilmiş, məbləği qəbul edən Cavabdeh olmuşdur. İşdə olan Cavabdeh tərəfindən məhkəməyə təqdim etdiyi etirazdan görünür ki, İddiaçı xəstə oğlu ilə xəstəxanada yatarkən ona göndərdiyi pulla aliment borcunun hamısını sildirmək istəyir. Övladı İsmayıl ağır onkoloji xəstə olmuş, çarəsi Türkiyə Respublikasında oldu. X17 və X7 Hematoloji Bölümündə aylarla yatmışdır. 16 oktyabr 2024-cü il tarixdə xəstəxanaya daxil olmuş, xx.xx.2025-ci ildə övladı vəfat etdiyi üçün xətəxanadan çıxmışlar. xx.xx.2025-ci il tarixdə isə Azərbaycana gəlmişlər. həmin müddət ərzində xəstəxanaya 50000 dollar pul ödəmişdir. Həmin pulun yarısını iddiaçı ödəməli idi, lakin bu belə olmadı. Xəstə övladları Türkiyə Respublikasında xəstəxanada yatarkən, xəstəxana xərclərini ödəmək üçün camaatın İsmayıl üçün yığdığı iyirmi min manat puldan bir neçə dəfə onun kartına 11339 manat pul göndərmişdir. Kartda olan pulun hamısı oğlu üçün müxtəlif insanlar tərəfindən göndərilsə də, iddiaçı bu pulun hamısını deyil, müəyyən hissəsini onun kartına göndərmişdir. Hazırda da bunun iddiasını qaldırır ki, həmin pul aliment borcundan çıxılsın. Bu nə dərəcədə doğrudur?!2024-cü ilin sentyabr ayınadək olan aliment borcunu bu yolla sildirməyə çalışır.Məhkəməni, hakimi öz yalanları ilə aldatmağa çalışır. İddiaçı ona pul göndərmişdir, lakin bu xəstəxana məsrəfləri və s.xərclər üçün göndərilmiş puldur. İddiaçı hətta övladları ölüm döşəyində olanda belə öz mənafeyini düşünmüş, İsmayıl üçün yığılan puldan öz ehtiyac və məqsədləri üçün istifadə etmişdir. İddiaçı 2024-cü ilin sentyabr ayından bugünki günə qədər olan borcunu necə yalanlarla ödəyəcək?! özü xəstə övladı İsmayılla Türkiyə Respublikasında olsa da, övladları anasıilə qalmış, anasına etibarnamə vermişdir, onların bütün işləri ilə anası maraqlanmış, onları anası saxlamışdır.İddiaçı isə camaatın onun xəstə uşağı üçün yığdığı pulu maaş kartına yox, özünün digər kartına atılmasını camaatdan istəyir. İnsanların hissləri ilə oynayır... iddiaçı özünün imtiyazından istifadə edərək, alimentin ölkə üzrə görünməmiş bir məbləğini təyin elətdirir, çünki o, öz övladlarına heç vaxt qıymır, əksinə bütün əlinə düşən pulu şəxsi xərclərinə, kefə xərcəyir. Ümumiyyətlə, təyin olunmuş kiçik məbləğdə olan alimenti belə vaxtlı-vaxtında ödəməyib, ona görə də aliment borcu yığılıb qalıb. İndi də belə bir üsula əl atıb ki, xəstə övladları üçün yığılan pulu aliment borcu kimi ədəyir. Bütün bunlar damarında insan qanı axan hər bir vətəndaşa toxunur. İri marketlərdə qoyduğu kart nömrəsinə camaat tərəfindən yığılan pulu iddiaçı aliment borcu kimi sildirə bilməyəcəyini bilməlidir. özü həm uşaq saxlamış, həm xəstəxana ödənişləri etmiş, həm maddi və mənəvi əziyyət çəkmiş və sair, iddiaçı bunların heç birində onun və övladlarının yanında olmayıb...İddiaçı “aliment borcunun silinməsi tələbinə dair” iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İşdə olan Vəkil tərəfindən məhkəməyə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə göndərilən vəsatətdən görünür ki, o, İddiaçı adından bildirmişdir ki, 2023-cü ilə qədər aliment ödəmiş və onlar 2023-cü ildə barışaraq birlikdə yaşamışlar, bundan sonra 2024-cü ilin iyul ayından 2025-ci ilin oktyabr ayına qədər onlar X3 evində kirayədə yaşamış və ailələrinin bütün xərclərini və kommunal xərcləri o, qarşılamışdır.2025-ci ilin oktyabr ayında uşağı xəstələndiyinə görə uşağını Türkiyəyə aparmış və uşağın müalicəsi ilə əlaqədar bütün xərcləri özü qarşılamışdır və bu işdə iş yoldaşları da pul toplayıb ona yardım etmişlər. Dediyi faktla bağlı X12 dindirilərsə və kommunal xərcləri ödəmə qəbzlərinə baxılsa göstərdiyi faktın doğruluğuna əmin ola bilərsiz.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2026-cı il tarixdə təqdim olunmuş ərizədən görünür ki, o, iddianı qismən qəbul etdiyini, iddiaçının aliment borcunun 6 ayının silinməsinə etiraz etmədiyini bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikasıüzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. 107.1. Aliment onun ödənilməsi barədə sazişəsasında tutulduqda aliment üzrə borclarıödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiasıüzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görəəmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borclarıödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borclarıödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırıödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu iləödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından uşaqları xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X9 doğulmuşdur. Tərəflərin xasiyyətləri tutmadığından, aralarında mütamadi olaraq söz-söhbət olduğundan Zərdab Rayon Məhkəməsinin 2(035)- 798/2016 saylı, xx.xx.2026-cı il tarixli qətnaməsinə əsasən nikahlarının pozulması, tərəflərin birgə nikahlarından doğulmuşxx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X9 Cavabdeh yanında saxlanılması, İddiaçı İsmayıl və Sakinənin yetkinlik yaşına çatana kimi saxlanmasıüçün hər ay hər uşağa görə 80 (səksən) manat, cəmi 160 manat aliment tutularaq Cavabdeh verilməsiqət edilmişdir. Həmin Məhkəmənin2(035)- 800/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il tarixli, 2(035)-798/2016 saylı qətnaməsinəəsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat aliment tutularaq iddiaçıCavabdeh verilməsi qət edilmişdir. Tərəflər qohumlarının təkidi ilə barışıb xx.xx.2019-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə yenidən ailə qurmuşlar. 2017-ci il tarixdə çıxarılmış qətnaməsi üzrə icra icraatına cavabdehin ərizəsinə əsasən xitam verilmişdir. Tərəflərin bu nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X11 doğulmuşdur. Sonrada tərəflərin münasibətləri pisləşmiş və cavabdeh yenidən məhkəməyə aliment tələbi ilə müraciət etmiş, Zərdab Rayon Məhkəməsinin 2(035)-97/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən hazırki iddiaçıdan xx.xx.2012-ci il təvəllüdlü X4, 17.09. 2014-cü il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat, cəmi 270 (iki yüz yetmiş) manat məbləğində aliment, habelə xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək iddiaçının (ananın) özünə görə 50 (əlli) manat aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə ilk öncə iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərinə münasibətdə bildirir ki, həmin qəbzlərdən müəyyən olunur ki, 416973******7252 saylı E******N******H adlı şəxsə məxsus kart hesabına ümumilikdə 12722 manat məbləğində pul vəsaiti köçürülmüşdür.Lakin iş materiallarında həmin tarixlərdə köçürülən pulun konkret hansı niyyətlə köçürülməsi faktı müəyyən olunmamışdır. Əksinə məhkəmə iclasında izahat verən tərəflərin izahatından məhkəmə müəyyən etmişdir ki, tərəflərin birgə nikahlarından doğulan övladları xəstə olduğu üçün Türkiyə Respublikasında müalicə almış və müalicə xərci tərəflərin və eləcədə digər şəxslərin köməkliyi vasitəsi ilə ödənilmişdir. Buna əsasən məhkəmə kart hesabına ayrı-ayrı vaxtlarda köçürülmüş pulun yardım məqsədilə digər şəxslərin köməkliyi ilə toplanması faktını istisna etmir. Tərəflərin bir yerdə yaşaması faktına münasibətdə isə məhkəmə bildirir ki, iş materiallarında və tərəflərin məhkəmə iclasında verdiyi izahatlarda tərəflərin konkret olaraq hansı müddətlərdə bir yerdə yaşaması faktını müəyyən etmək mümkün olmamışdır. Belə ki, tərəflər birlikdə yaşama vaxtları ilə bağlı fərqli-fərqli tarixləri bildirdiklərindən və eyni zamanda cavabdehin iddianı qismən qəbul etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia cavabdehin iddianı qəbul etdiyi hissədə təmin olunmalıdır. Belə ki, məhkəmə bildirir ki, işin halları konkret sübuta yetirilmədiyi hallarda məhkəmə məsələyə hüquqi qiymət verən zaman cavabdehin iddiaya münasibətini nəzərə almalıdır. Cavabdeh iddianı 2024-cü ilin yanvar ayından 2024-cü ilin iyun ayına kimi qəbul etdiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalıdır. İşin yuxarıda qeyd olunan hallarını və yuxarıda sadalanan qanunvericilik normalarınıəsas götürərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(035)-97/2023 saylı qətnaməsinə əsasən İddiaçı ondan xx.xx.2012-ci il təvəllüdlü X4, 17.09. 2014-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xeyrinə tutulması qət edilən aliment öhdəliyindən 2024-cü ilin yanvar ayından 2024-cü ilin iyul ayına kimi azad edilməklə, həmin tarixdən yaranmış aliment borcu silinməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılmasıüçün dövlət rüsumu ödəsə də, həmin məbləğin cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ondan Zərdab Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(035)- 97/2023 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4, 17.09. 2014-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xeyrinə tutulması qət edilən aliment öhdəliyindən 2024-cü ilin yanvar ayından 2024-cü ilin iyul ayına kimi azad edilsin və həmin tarixdən yaranmış aliment borcu silinsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinə məhkəmədə baxılması üçün köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-825/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-825/2025
12.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver