Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-860/2024 13.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə (Açar sözlər: aliment tələbi ) X6 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay onun xeyrinə hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin və mediasiyaya ödənilmiş 60 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2016-cı ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2017ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 doğulmuşdur. Hazırda cavabdehlə ayrı yaşayırlar. Uşaqlar özünün yanında qalır. Cavabdeh könüllü olaraq uşaqlarına maddi köməklik göstərmir. Özü heç bir yerdə işləmir maddi cəhətdən əziyyət çəkir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 doğulmuşdur. Oğlu xx.xx.2017-ci il təvəllüdlü Arif serebral iflic xəstəliyindən əziyyət çəkir. Cavabdehlə nikahları pozulmasada hazırda ayrı yaşayırlar. Oğlu Arifi müalicəsinə görə, mütamadi olaraq həkim müayənələrindən keçirdiyindən Bakı şəhərində uşaqlarla birlikdə yaşayır. Cavabdeh isə anası ilə birlikdə Zərdabda yaşayır. Oğlu Arifin İİ qrup əlilliyinə görə 320 manat müavinət verilir, lakin bu məbləğ uşağın müalicəsinə yetmir. Özü heç bir yerdə işləmir. İki uşağın saxlanılmasında çox əziyyət çəkir. Cavabdeh mağaza işlədir, lakin könüllü olaraq uşaqlarına maddi köməklik etmir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ilə hazırda ayrı yaşayırlar. İddiaçı uşaqlarla birlikdə Bakı şəhərində yaşayır. Özünün anası xəstədir, anası ilə birlikdə Zərdabda yaşayır. İddiaçı Zərdabda yaşamaq istəmir, Bakı şəhərində yaşamaq istəyir. Doğrudur oğlu Arif serebral iflic xəstəliyindən əziyyət çəkir və əlilliyinə görə ona 320 manat müavinət verilir. Mağaza işlətsə də, qazancı çox deyil, himayəsində xəstə anası var, özü də dolanmalıdır. Uşaqların saxlanılması üçün hər uşağa görə 150 manat aliment ödəməyə razıdır, iddianın qalan hissədə isə təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında Zərdab rayon qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə nikah akt qeydləri kitabında 261 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il və xx.xx.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 doğulmuşdur. İşdə olan mediator X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/1/MT018/2024-01663 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin olaraq ailə mübahisəsi ilə əlaqədar mediasiyaya müraciət etsə də, tərəflər mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından iki uşaqları xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 doğulmuşdur.Tərəflərin arasındakı nikah pozulmasa da, tərəflər hazırda ayrı yaşayırlar. Uşaqlar iddiaçının (ananın) yanında qalır. Tərəfərin birgə nikahlarından doğulan uşaq- xx.xx.2017-ci il təvəllüdlü X1 iflic xəstəliyindən əziyyət çəkir. Cavabdeh uşaqların saxlanılması üçün, həmçinin Arifin xəstə olmasını məhkəmə iclasında özüdə təsdiq etsə də, Arifin müalicəsi üçün də maddi köməklik etmir. İddiaçı heç bir yerdə işləmir, uşaqların ehtiyacını tam ödəyə bilmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etsədə də, cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında uşaqların saxlanılması üçün, hər uşağa görə 150 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. İddiaçı cavabdehdən hər uşağa görə 235 manat, cəmi 470 manat aliment tutulmasını tələb etsə də, cavabdehin geniş maddi imkana, kapitala malik olmasına, mütamadi aylıq qazanca sahib olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşaqların mənafeyi üstün tutulmalı, onların hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman iddiaçının (ananın) uşaqları təkbaşına böyütməsini, həmçinin cavabdehin geniş maddi imkana malik olmamasını nəzərə alır. Məhkəmə araşdırması zamanı iddianın rədd edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadı. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 170 manat x 2 = 340 manat x 12 ay = 4080 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 60.80 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İlkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 60.80 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev.
Məhkəmə qərarları › İş №2(035)-860/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-860/2024
13.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver