Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-96/2024 05.03.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2014-cü il tarixli, AN- 0444040 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin ləğv edilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər:Alqı-Satqı Müqaviləsinin ləğv edilməsi tələbinə dair) Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2014-cü il tarixli, AN-0444040 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin ləğv edilməsi tələbi”nə dair iddiası üzrə mülki işə 05 mart 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 nömrəli qərarına əsasən Torpağa mülkiyyət hüququna dair xx.xx.1999-cu il tarixli, KOD 90501018 saylı Dövlət Aktına əsasən ona və onun digər ailə üzvlərinə məxsus olan 3.82 ha çöl pay torpaq sahəsinin Cavabdeh1 tərəfindən digər Cavabdeh2 satılması barədə Ağcabədi Regional «ASAN xidmət» Mərkəzinin Notariat ofisində bağlanmış xx.xx.2014-cü il tarixli, AN-0444040 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqavilənin etibarsız hesab edilməklə həmin müqavilənin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli, 17 nömrəli qərarına əsasən iddiaçıya və onun digər ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zərdab rayonu Vəlixanlı kəndi ərazisindən 6.78 ha torpaq sahəsi verilmişdir. İddiaçı və onun digər ailə üzvlərinin razılığı əsasında onlara məxsus olan 6.78 ha torpaq sahəsinin Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair xx.xx.1999-cu il tarixli, KOD 90501018 saylı Dövlət Aktına əsasən Zərdab rayonu Vəlxanlı kəndində yerləşən torpaq sahəsindən paylarına düşən 2.00 ha hissəsini satmasına, bağışlamasına, ipoteka qoymasına, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində, bütün dövlət və özəl müəssisələrində onları təmsil etməyi, adlarından ərizə verməyi, imza etməyi, bütün növ sənədləri təqdim etməyi, təhvil almağı, almağına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədr digər bütün hərəkətləri elməyi Cavabdeh1 etibar edilmiş və bununla bağlı 14 oktyabr 2013-cü il tarixdə tərəflərin iştirakı ilə Dövlət Notariat Kontorunda Etibarnamə tərtib olunaraq imzalanmışdır. X4 rayon Dövlət Notariat Kontorunda qeydə alınmaqla 7/E-1454 nömrə ilə qeydə alınmış və həmin sənədin etibarlılıq müddəti 30 il müəyyən edilmişdir. 6.78 ha torpaq sahəsindən yalnız 2.00 hektarından qeyd olunan qaydada istifadə məqsədi ilə Etibarnamə verilməsinə baxmayaraq, sonradan məlum olmuşdur ki, Cavabdeh1 sözügedən həmin torpaq sahəsini Etibarnamədə nəzərdə tutulmuş 2.00 hektar deyil, 3.82 ha göstərməklə oğlu, yəni digər Cavabdeh2 adına rəsmiləşdirmiş və bununla bağlı 07 avqust 2014-cü il tarixdə tərəflər arasında alqı-satqı aparılmaqla Ağcabədi rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmişdir. Odur ki, iddiaçı hesab edir ki, Cavabdeh1 onun və digər ailə üzvlərinin etibarından sui-istifadə edib aldadaraq 2.00 ha torpaq sahəsinə dair istifadəyə razılaşma olduğu halda, Cavabdeh1 onların ehtibarımdan sui-istifadə edərək əlavə 1.82 ha çöl pay torpaq sahəsini dələduzluq etməklə Ağcabədi rayon Dövlət notariat kontorunda notarial qaydada digər cavabdeh olan oğlu Cavabdeh2 adına sənədləşdirmişdir. Ona görə də, hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 nömrəli qərarına əsasən ona və onun digər ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zərdab rayonu Vəlixanlı kəndi ərazisindən 6.78 ha torpaq sahəsi verilmişdir. Keçən müddət ərzində həmin torpaq sahəsindən səmərəli şəkildə istifadə edilməklə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkin-biçin işləri aparılmış və ailənin dolanışığı həmin torpaq sahəsindən olmuşdur. Onun və onun digər ailə üzvlərinin razılığı əsasında onlara məxsus olan 6.78 ha torpaq sahəsinin Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair xx.xx.1999-cu il tarixli, KOD 90501018 saylı Dövlət Aktına əsasən Zərdab rayonu Vəlxanlı kəndində yerləşən torpaq sahəsindən paylarına düşən 2.00 ha hissəsini satmasına, bağışlamasına, ipoteka qoymasına, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində, bütün dövlət və özəl müəssisələrində onları təmsil etməyi, adlarından ərizə verməyi, imza etməyi, bütün növ sənədləri təqdim etməyi, təhvil almağı, almağına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədr digər bütün hərəkətləri elməyi Cavabdeh1 etibar edilmiş və bununla bağlı 14 oktyabr 2013-cü il tarixdə onların iştirakı ilə Dövlət Notariat Kontorunda Etibarnamə tərtib olunaraq imzalanmışdır. X4 rayon Dövlət Notariat Kontorunda qeydə alınmaqla 7/E-1454 nömrə ilə qeydə alınmış və həmin sənədin etibarlılıq müddəti 30 il müəyyən edilmişdir. 6.78 ha torpaq sahəsindən yalnız 2.00 hektarından qeyd olunan qaydada istifadə məqsədi ilə Etibarnamə verilməsinə baxmayaraq, sonradan məlum olmuşdur ki, cavabdeh sözügedən həmin torpaq sahəsini Etibarnamədə nəzərdə tutulmuş 2.00 hektar deyil, 3.82 ha göstərməklə oğlu, yəni digər Cavabdeh2 adına rəsmiləşdirmiş və bununla bağlı 07 avqust 2014-cü il tarixdə tərəflər arasında alqı-satqı aparılmaqla Ağcabədi rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmişdir. Hesab edir ki, Cavabdeh1 onun və digər ailə üzvlərinin etibarından suiistifadə edib aldadaraq 2.00 ha torpaq sahəsinə dair razılaşmaları olmadığu halda, onların etibarından sui-istifadə edərək əlavə 1.82 ha çöl pay torpaq sahəsinə dair dələduzluq etməklə Ağcabədi rayon Dövlət notariat kontorunda notarial qaydada digər cavabdeh olan oğlu Cavabdeh2 adına sənədləşdirmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq Cavabdeh1 tərəfindən onların etibarından sui-istifadə etməklə Ağcağbədi rayon Dövlət notariat kontorunda 07 avqust 2014-cü il tarixdə bağlanmış AN-0444040 №-li Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin ləğv edilməsi üçün hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və həmdə digər Cavabdeh2 nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı və onun digər ailə üzvlərinin razılığı əsasında onlara məxsus olan 6.78 ha torpaq sahəsinin Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair xx.xx.1999-cu il tarixli, KOD 90501018 saylı Dövlət Aktına əsasən Zərdab rayonu Vəlxanlı kəndində yerləşən torpaq sahəsindən paylarına düşən 2.00 ha hissəsini satmasına, bağışlamasına, ipoteka qoymasına, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində, bütün dövlət və özəl müəssisələrində onları təmsil etməyi, adlarından ərizə verməyi, imza etməyi, bütün növ sənədləri təqdim etməyi, təhvil almağı, almağına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədr digər bütün hərəkətləri elməyi ona etibar edilmiş və bununla bağlı 14 oktyabr 2013-cü il tarixdə tərəflərin iştirakı ilə Dövlət Notariat Kontorunda Etibarnamə tərtib olunaraq imzalanmışdır. X4 rayon Dövlət Notariat Kontorunda qeydə alınmaqla 7/E-1454 nömrə ilə qeydə alınmış və həmin sənədin etibarlılıq müddəti 30 il müəyyən edilmişdir. İddiaçı tərəf və ailə üzvülərinin mülkiyyətində olan 6.78 ha torpaq sahəsindən yalnız 2.00 hektarından qeyd olunan qaydada istifadə etməklə, həmin torpaq sahəsini digər Cavabdeh2 satmış və bununla bağlı 07 avqust 2014-cü il tarixdə tərəflər arasında alqı-satqı aparılmaqla Ağcabədi rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmişdir. Bu alqı-satqı müqaviləsinin bağlanmasından artıq 10 ilə yaxın müddət keçdiyindən hesab edir ki, daşınmaz əmlakla bağlı iddia müddəti 6 il təşkil etdiyindən iddiaçının iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Sözü gedən torpaq sahəsi uzun müddətdir ki, onların sahibliyində olmaqla mübahisəsiz və etirazsız istifadə edirlər. Həmin torpaq sahəsi faktiki olaraq 10 ildir ki, alıcı Cavabdeh2 sahibliyinə verilmişdir. Odur ki, müqavilənin ləğv edilməsi tələbi üzrə iddia müddətini tədbiq edilməsinin və iddianın rədd edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Torpağa Mülkiyyət Hüququna dair JN-245 KOD 90501018 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə hazırkı İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Vəlixanlı kəndi ərazisindən 6.78 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan Ağcabədi rayon Dövlət notariat kontorunda 07 avqust 2014-cü il tarixdə bağlanmış AN-0444040 №-li Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcılar İddiaçı, X3, X2 və X1 mülkiyyətinə verilmiş seriya nömrəsi JN:245, KOD 90501018 saylı Dövlət Aktına əsasən mülkiyyətçilər birgə mülkiyyət üzrə 4/11 hissədə ümumi torpaq sahəsindən öz paylarına düşən hissəsinin yəni 2 ha torpaq sahəsini alıcı Cavabdeh2 satmışlar. İşdə olan cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı onlara qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iş üzrə iddia müddətinin tədbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1.-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2.-ci və 373.3-cü maddələrnə görə müqavilə tələbləri üzrə və vaxtaşırı icra edilməli öhdəliklərindən irəli gələn tələblər üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanədək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin qeyd etmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli, 17 nömrəli qərarına əsasən iddiaçıya və onun digər ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zərdab rayonu Vəlixanlı kəndi ərazisindən 6.78 ha torpaq sahəsi verilmişdir. İddiaçı və onun digər ailə üzvlərinin razılığı əsasında onlara məxsus olan 6.78 ha torpaq sahəsinin Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair xx.xx.1999-cu il tarixli, KOD 90501018 saylı Dövlət Aktına əsasən Zərdab rayonu Vəlxanlı kəndində yerləşən torpaq sahəsindən paylarına düşən 2.00 ha hissəsini satmasına, bağışlamasına, ipoteka qoymasına, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində, bütün dövlət və özəl müəssisələrində onları təmsil etməyi, adlarından ərizə verməyi, imza etməyi, bütün növ sənədləri təqdim etməyi, təhvil almağı, almağına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədr digər bütün hərəkətləri elməyi Cavabdeh1 etibar edilmiş və bununla bağlı 14 oktyabr 2013-cü il tarixdə tərəflərin iştirakı ilə Dövlət Notariat Kontorunda Etibarnamə tərtib olunaraq imzalanmışdır. Ağcabədi rayon Dövlət Notariat Kontorunda qeydə alınmaqla 7/E-1454 nömrə ilə qeydə alınaraq həmin sənədin etibarlılıq müddəti 30 il müəyyən edilmişdir. Sonradan Cavabdeh1 digər Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlayaraq torpaq sahəsini onun adına rəsmiləşdirmiş və bununla bağlı 07 avqust 2014-cü il tarixdə tərəflər arasında alqı-satqı müqaviləsi bağlamaqla Ağcabədi rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmişdir. İddiaçı hesab edir ki, Cavabdeh1 onun və digər ailə üzvlərinin etibarından sui-istifadə edib aldadaraq 2.00 ha torpaq sahəsinə dair razılaşmaları olduğu halda, Cavabdeh1 onların etibarından sui-istifadə edərək əlavə 1.82 ha çöl pay torpaq sahəsini dələduzluq etməklə Ağcabədi rayon Dövlət notariat kontorunda notaril qaydada digər cavabdeh olan oğlu Cavabdeh2 adına sənədləşdirilmişdir. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, Ağcabədi Regional «ASAN xidmət» Mərkəzinin Notariat ofisində bağlanmış xx.xx.2014-cü il tarixli, AN-0444040 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqavilənin etibarsız hesab edilməklə həmin müqavilənin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, məhkəmə iddiaçının izahatına tənqidi yanaşaraq hesab edir ki, iddiaçı cavabdeh tərəfindən əlavə 1.82 ha çöl pay torpaq sahəsinin dələduzluq yolu ilə ələ keçirilməsini bildirsədə lakin, təstiq edən heç bir sübut iş matereallarına əlavə edilməmişdir. Odur ki, bu dəlilin heç-bir hüququ əsası yoxdur. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür–ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin təlblərinə görə ən azından həmin vaxtdan, yəni 2014-cü ildən etibarən 06 il müddətində məhkəmə qarşısında iddia qaldırmalı və işin mahiyyəti üzrə həll olunmasına nail olmalı idi. Lakin, iddiaçı qanunla müəyyən edilmiş müddətdə deyil, 10 ilə yaxın bir müddət keçdikdən sonra, yəni iddia müddətini üzürsüz səbəbdən ötürdükdən sonra məhkəmə qarşısında iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı hazırkı cavabdehə qarşı iddia verməkdə haqlı olmuş olsa belə, məhkəmə iddia müddəti ilə bağlı işin yuxarıda müəyyən olunan hallarını nəzərə alınaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin müddəalarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyini əsas götürərək belə nəticəyə gəlir ki, hazırkı tələbə iddia müddəti tətbiq edilməli və iddia müddəti keçdiyi üçün iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyi üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2014-cü il tarixli, AN-0444040 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi tələbi”nə dair iddiası təmin edilməsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçı tərəfindən köçürülmüş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-96/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-96/2024
05.03.2024 · Müqavilələrin ləğv edilməsi - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver