Məhkəmə qərarları › İş №2(035)-98/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-98/2024

23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-98/2024 23.01.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X14 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən övladları xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün onun xeyrinə hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X9 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-354/2019 saylı qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)-186/2023 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X6 onun himayəsinə verilmişdir. Cavabdeh övladları ilə maraqlanmır. Uşaqların bütün qayğısını, ehtiyaclarını özü çəkir. Cavabdeh Bakı şəhərində taksi sürücüsü işləyir, aylıq gəliri yüksəkdir. Məsələ ilə bağlı mediasiya təşkilatına müraciət etsə də, mediasiya sessiyası nəticəsində barışıq əldə olunmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnaməçəkişməşəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından üç uşaqları - xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X9 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-354/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X5 özünün, xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X2 hazırki Cavabdeh himayəsində saxlanılması, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə qəbul edildikdən sonra, çox bir müddət keçməmiş uşaqları Narınc və Gülnarə onun yanına qayıtmış və onun yanında qalmışlar. Ona görə də məhkəməyə “uşaq tələbinə dair” iddia ərizəsi ilə müraciət etmiş, Zərdab Rayon Məhkəməsinin 2(035)-186/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Narınc və Gülnarənin hazırki cavabdehdən alınaraq onun himayəsinə verilməsi qət edilmişdir. Hazırda uşaqlar onun yanında qalırlar.Uşaqların ehtiyaclarını tam ödəyə bilmir. Cavabdeh isə uşaqları ilə maraqlanmır, könüllü olaraq uşaqlarına maddi köməklik etmir. Məsələ ilə bağlı mediasiyaya müraciət etmiş, lakin məsələ mediasiya sessiyasında həllini tapmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X9 doğulmuşdur. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-354/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, hazırki iddiaçı X7 ilə hazırki Cavabdeh arasında Məmmədqasımlı kənd icra nümayəndəliyində xx.xx.2006-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 № ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X9 iddiaçı X3, xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X2 Cavabdeh himayəsində saxlanılması, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat aliment tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-186/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X6 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İşdə olan mediator X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞİH-14565 nömrəli “mediasiya prosesinə xitam verilməsi barədə protokoldan” görünür ki, İddiaçı və Cavabdeh hər iki tərəf mediasiya prosesində iştirak etmiş, mediasiya sessiyası nəticəsində barışıq əldə olunmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından üç uşaqları - xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X9 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-354/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tərəflərin arasında olan nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X5 hazırki iddiaçının (ananın), xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X2 hazırki Cavabdeh himayəsində saxlanılması, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat aliment tutularaq hazırki iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamə qəbul edildikdən sonra, çox bir müddət keçməmiş uşaqlardan Narınc və Gülnarə hazırki iddiaçının yanına qayıtmış və iddiaçının yanında qalmışlar. Hazırki İddiaçı məhkəməyə “uşaq tələbinə dair” iddia ərizəsi ilə müraciət etmiş, Zərdab Rayon Məhkəməsinin 2(035)-186/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Narınc və Gülnarənin hazırki cavabdehdən alınaraq hazırki iddiaçının himayəsinə verilməsi qət edilmişdir. Hazırda Narınc və Gülnarə iddiaçının (ananın) yanında qalırlar. İddiaçı uşaqların ehtiyaclarını tam ödəyə bilmir. Cavabdeh isə uşaqları ilə maraqlanmır, könüllü olaraq uşaqlarına maddi köməklik etmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etmiş, lakin məsələ mediasiya sessiyasında həllini tapmamışdır. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. İddiaçı cavabdehdən hər uşağa görə 220 manat, cəmi 440 manat aliment tutulmasını tələb etsə də, cavabdehin geniş maddi imkana, kapitala malik olmasına, mütamadi aylıq qazanca sahib olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşaqların mənafeyi üstün tutulmalı, onların hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman iddiaçının (ananın) uşaqları təkbaşına böyütməsini, həmçinin cavabdehin geniş maddi imkana malik olmamasını nəzərə alır. Məhkəmə araşdırması zamanı iddianın rədd edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadı. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzindəödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 120 manat x 2 = 240 manat; 240 x 12 ay =2880 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 48.80 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 48.80 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar