Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1093/2021 30.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı Əliabbas qızının, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Əliabbas qızının Cavabdeh qarşı “əmlakın yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əliabbas qızı Cavabdeh qarşı “əmlakın yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Əliabbas qızı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Muradxanlı kəndində yaşayır. Yaşadığı fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.60 ha.həyətyanı torpaq sahəsi onun qanuni sahibliyində və istifadəsindədir. Cavabdeh onun keçmiş gəlnidir. Belə ki, oğlu X2 10 mart 2000-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Müəyyən ailədaxili səbəblərə görə İmişli Rayon Məhkəməsinin 2(036)-3388/2018 saylı, 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilmişdir. Ailə qurduqdan sonra el adəti üzrə Lütfüyyə xanım onun evinə gəlin köçmüş və özü ilə müəyyən əşyaları cehiz gətirmişdir. Onların nikahına xitam verilməsinə baxmayaraq, Lütfüyyə xanım cehiz əmlakını onun evindən aparmamış və bu günədək onun evində qalmışdır. O, Cavabdeh cehiz əmlakının aparılmasını tələb etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Məhz bu səbəbdən də, o, Cavabdeh oğluna qarşı “əmlakın yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh məxsus cehiz əmlakın-1 (bir) dəst divar mebelinin, 2 (iki) nəfərlik yataq taxtının, 1 (bir) ədəd “ALESYA” markalı paltaryuyan maşının, 6 (altı) ədəd stulun, 1 (bir) ədəd qızdırıcı radiatorun, 1 (bir) balaca rəngli televizorun, 1 (bir) ədəd sandığın, 1 (bir) ədəd uşaq yüyrüyünün, 1 (bir) ədəd kreslonun, 2 (iki) ədəd yataq döşəyinin, 2 (iki) ədəd yorğanın, 2 (iki) ədəd yastığın, 1 (bir) ədəd xalçanın, 1 (bir) ədəd təknəfərlik taxtın, 6 (altı) ədəd bakalın, 2 (iki) ədəd kauçuk ləyənin, 1 (bir) ədəd aliminium ləyənin, 1 (bir) ədəd aşsüzənin, 6 (altı) ədəd xörək qaşığının, 6 (altı) ədəd çəngəlin, 1 (bir) dəst çay servisinin və 10 (on) ədəd boşqabın yaşadığı İmişli rayonu, Muradxanlı kəndində yerləşən fərdi yaşayış evindən və fərdi yaşayış evinin yerləşdiyi 0.60 ha. həyətyanı torpaq sahəsindən çıxarılması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, İddiaçı Əliabbas qızı onun keçmiş qayınanasıdır. Belə ki, o, 10 mart 2000-ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Müəyyən ailədaxili səbəblərə görə İmişli Rayon Məhkəməsinin 2(036)-3388/2018 saylı, 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilmişdir. Ailə qurduqdan sonra el adəti üzrə o, Xədicə xanımın evinə gəlin köçmüş və özü ilə müəyyən əşyaları, daha doğrusu, iddia edilən əşyaları cehiz gətirmişdir. Onların nikahına xitam verilməsinə baxmayaraq, o, cehiz əmlakını Xədicə xanımın evindən aparmamış və bu günədək onun evində qalmışdır. Cehiz əmlakını Xədicə xanımın evindən aparmamaqda əsas məqsədi gələcəkdə həmin yaşayış sahəsinə köçüb, orada yaşamaqdır. Bu səbəbdən də, o, İddiaçı Əliabbas qızının ona qarşı irəli sürdüyü “əmlakın yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddianı rədd edir. Bütün bunları nəzərə alaraq, İddiaçı Əliabbas qızının ona qarşı “əmlakın yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti Başçısının Muradxanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş 210 saylı, 22 iyun 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Əliabbas qızının yaşadığı İmişli rayonu, Muradxanlı kəndində yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.60 ha. həyətyanı torpaq sahəsi onun özünəməxsusdur. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-3288/2018 saylı, 24 dekabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, X2 ilə Cavabdeh arasında bağlanmış rəsmi nikaha xitam verilməsi qət edilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı Əliabbas qızının yaşadığı İmişli rayonu, Muradxanlı kəndində yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.60 həyətyanı torpaq sahəsi onun sahibliyində və istifadəsindədir, yəni İddiaçı Əliabbas qızı əmlakın qanuni sahibidir. Bundan başqa, X2 ilə Cavabdeh ər-arvad olmuşlar, yəni İmişli Rayon Məhkəməsinin 2(036)-3288/2018 saylı, 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilmiş və Cavabdeh İddiaçı Əliabbasoğlunun keçmiş gəlnidir. Bundan başqa, iddia edilən əşyalar Cavabdeh məxsusdur və bu fakt hər iki tərəfin izahatı öz təsdiqinı tapmışdır. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əmlak və əşya hüquqları”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsindən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “sahiblik hüququ və sahibliyin müdafiəsi” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı Əliabbasoğlu daşınmaz əmlakın (İmişli rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evi) “qanuni sahibi” olduğu, eləcə də, iddiaçının qanuni sahibliyində və istifadəsində olan əmlakdan istifadə etməsinə maneələr olduğu üçün qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində sahiblik hüququnun müdafiəsi məqsədi ilə Cavabdeh qarşı “əmlakın yaşayış sahəsindən çıxarılması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;
3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçı Əliabbas qızı sahiblik hüququnun müdafiəsi məqsədi ilə Cavabdeh qarşı “əmlakın yaşayış sahəsindən çıxarılması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. İddiaçı Əliabbas qızının qanuni sahibliyində və istifadəsində olan daşınmaz əmlakdan (İmişli rayonu, Muradxanlı kəndində yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi) istifadə etməsinə Cavabdeh tərəfindən maneələr olduğu və 3. İddiaçı Əliabbas qızının sahiblik hüququ Cavabdeh tərəfindən məhdudlaşdırıldığı (əmlakdan “de-fakto” formada məhrumetmə) üçün iddia təmin edilməli və Cavabdeh məxsus cehiz əmlakı-1 (bir) dəst divar mebeli, 2 (iki) nəfərlik yataq taxtı, 1 (bir) ədəd “ALESYA” markalı paltaryuyan maşın, 6 (altı) ədəd stul, 1 (bir) ədəd qızdırıcı radiator, 1 (bir) balaca rəngli televizor, 1 (bir) ədəd sandıq, 1 (bir) ədəd uşaq yüyrüyü, 1 (bir) ədəd kreslo, 2 (iki) ədəd yataq döşəyi, 2 (iki) ədəd yorğan, 2 (iki) ədəd yastıq, 1 (bir) ədəd xalça, 1 (bir) ədəd təknəfərlik taxt, 6 (altı) ədəd bakal, 2 (iki) ədəd kauçuk ləyən, 1 (bir) ədəd aliminium ləyən, 1 (bir) ədəd aşsüzən, 6 (altı) ədəd xörək qaşığı, 6 (altı) ədəd çəngəl, 1 (bir) dəst çay servisi və 10 (on) ədəd boşqab İddiaçı Əliabbas qızının yaşadığı (sahibliyində və istifadəsində olan) İmişli rayonu, Muradxanlı kəndində yerləşən fərdi yaşayış evindən və fərdi yaşayış evinin yerləşdiyi 0.60 ha. həyətyanı torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əmlakı-1 (bir) dəst divar mebeli, 2 (iki) nəfərlik yataq taxtı, 1 (bir) ədəd “ALESYA” markalı paltaryuyan maşın, 6 (altı) ədəd stul, 1 (bir) ədəd qızdırıcı radiator, 1 (bir) balaca rəngli televizor, 1 (bir) ədəd sandıq, 1 (bir) ədəd uşaq yüyrüyü, 1 (bir) ədəd kreslo, 2 (iki) ədəd yataq döşəyi, 2 (iki) ədəd yorğan, 2 (iki) ədəd yastıq, 1 (bir) ədəd xalça, 1 (bir) ədəd təknəfərlik taxt, 6 (altı) ədəd bakal, 2 (iki) ədəd kauçuk ləyən, 1 (bir) ədəd aliminium ləyən, 1 (bir) ədəd aşsüzən, 6 (altı) ədəd xörək qaşığı, 6 (altı) ədəd çəngəl, 1 (bir) dəst çay servisi və 10 (on) ədəd boşqab İddiaçı Əliabbas qızının yaşadığı (sahibliyində və istifadəsində olan) İmişli rayonu, Muradxanlı kəndində yerləşən fərdi yaşayış evindən və fərdi yaşayış evinin yerləşdiyi 0.60 ha. həyətyanı torpaq sahəsindən çıxarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Tərlan Nüsrətov