Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1127/2021 17.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçı “X5” MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X5” MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “X5” MMC ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2017-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə, cəmiyyətdə “satıcı-kassir” vəzifəsinə işə götürülmüş və “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. 29 yanvar 2018-ci il il tarixli əmr ilə Cavabdeh cəmiyyətdə “administrator” vəzifəsinə keçirilmiş və 30 iyul 2018-ci il tarixli əmr ilə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh iş vaxtında bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 24 may 2018-ci il tarixdə “Oba-Nargilə” mağazasında işlədiyi zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh iddiaçı “X5” MMC-yə maddi zərərin vurması müəyyən edilmişdir. Bu barədə 24 may 2018-ci il tarixli “İnventarizasiya nəticələrinə dair” akt tərtib edilmiş və dəymiş maddi zərərin məbləği 1138.51 (min yüz otuz səkkiz, əlli bir) AZN məbləği həddində müəyyən edilmişdir. Ümumi qalıq borc 1138.51 (min yüz otuz səkkiz, əlli bir) AZN məbləğində pul vəsaitindən satış dövriyyəsinin 0.5 % həcmində, yəni 629.02 (altı yüz iyirmi doqquz, sıfır iki) AZN məbləğində pul vəsaiti cəmiyyət tərəfindən güzəşt edilmiş və 29.01 (iyirmi doqquz, sıfır bir) AZN məbləğində pul vəsaiti şirkətdən alacaq pul vəsaiti ilə əvəz qarşılanmışdır. Yekun olaraq, Cavabdeh iddiaçı “X5” MMC qarşısında 480.48 (dörd yüz səksən, qırx səkkiz) AZN məbləğində borcu qalmışdır. Lakin Cavabdeh tərəfindən dəymiş maddi zərərin qalıq hissəsi yəni, 480.48 (dörd yüz səksən, qırx səkkiz) AZN məbləğində pul ödənişi bu günədək cəmiyyətin xeyrinə ödənilməmişdir. Cavabdeh dəymiş maddi zərərin qalıq hissəsinin ödənilməsi barədə iddiaçı “X5” MMC tərəfindən bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, bunun heç bir müsbət nəticəsi olmamışdır. Qeyd edilənlərə əsasən, “X5” MMC dəymiş 480.48 (dörd yüz səksən, qırx səkkiz) AZN məbləğində maddi zərərin əvəzinin və və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçı “X5” MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı “X5” MMC ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2017-ci il tarixli müddətsiz əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə, “X5” MMCdə “satıcı-kassir” vəzifəsinə işə təyin (qəbul) edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı “X5” MMC-nin 317-K saylı, 25 iyul 2017-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə, “X5” MMC-də “satıcı-kassir” vəzifəsinə işə təyin (qəbul) edilmişdir. (əsas tərəflər arasında bağlanmış əmək müqaviləsi) İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı “X5” MMC-nin 63Q1LFS000300 saylı, 25 iyul 2017-ci il il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh “X5” MMC-də “satıcı-kassir” vəzifəsinə işə təyin (qəbul) edilmişdir. (əsas tərəflər arasında bağlanmış əmək müqaviləsi) İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı “X5” MMC-nin 040-K saylı, 29 yanvar 2018-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, Cavabdeh “X5” MMC-də “administrator” vəzifəsinə işə təyin (qəbul) edilmişdir. (əsas tərəflər arasında bağlanmış əmək müqaviləsinə əlavə və işçinin razılıq ərizəsi) İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı “X5” MMC ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, müqavilənin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı “X5” MMC ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2017-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, “işçi”-Cavabdeh “X5” MMC-də “satıcı-kassir” vəzifəsində işlədiyi müddət ərzində “maddi məsul şəxs” kimi ona “işəgötürən”-X5” MMC tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı “X5” MMC ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2017-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, müqavilənin 2.2-ci bəndinə və 3-cü bəndinə əsasən “işəgötürən” qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirilməlidir. “Maddi məsul şəxs”in təqsiri (qəsdən və ya ehtiyatsızlığı) üzərindən işəgötürənə dəymiş ziyanın məbləği a. faktiki itkilər üzrə və b. ...müvafiq aşınma normaları nəzərə alınmaqla, maddi qiymətli əşyaların balans dəyərindən müəyyən edilir; c. işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib edilir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı “X5” MMC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2018-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, “işçi”-Cavabdeh “X5” MMC-də “administartor” vəzifəsində işlədiyi müddət ərzində “maddi məsul şəxs” kimi ona “işəgötürən”-X5” MMC tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı “X5” MMC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2018-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, müqavilənin 2.2-ci bəndinə və 3-cü bəndinə əsasən “işəgötürən” qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirilməlidir. “Maddi məsul şəxs”in təqsiri (qəsdən və ya ehtiyatsızlığı) üzərindən işəgötürənə dəymiş ziyanın məbləği a. faktiki itkilər üzrə və b. ...müvafiq aşınma normaları nəzərə alınmaqla, maddi qiymətli əşyaların balans dəyərindən müəyyən edilir; c. işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib edilir. İş materiallarında olan 63Q1LFS0003X0 saylı, 30 iyul 2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, “X5” MMC-də “administartor” vəzifəsində işləyən işçi Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 30 iyul 2018-ci il tarixdən onun ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. (əsas işçinin ərizəsi) İş materiallarında olan 10 saylı, 01 avqust 2018-ci il tarixli əmrin surətindən görünür ki, “X5” MMC tərəfindən “Əmlakın və öhdəliklərin” inventarizasiya Qaydalarına müvafiq olaraq, cəmiyyətdə aktivlərin və öhdəliklərin faktiki mövcudluğunu aşkar etmək, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin yoxlanılmasını təmin etmək məqsədi ilə yeni mərkəzi inventarizasiya komissiyası yaradılmışdır. İş materiallarında olan 24 may 2018-ci il tarixli iltizamnamədən görünür ki, “maddi məsul şəxs”-Cavabdeh inventarizasiya müddətinə kimi öhdəsində olan maddi qiymətlərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığıa təqdim etmişdir. İş materiallarında olan 24 may 2018-ci il tarixli imtina aktlarından görünür ki, “maddi məsul şəxs”-Cavabdeh inventarizasiya şöbəsi tərəfindən aparılmış araşdırmada iştirak etmiş, mallar və müvafiq sənədlərlə tanış olmuş, araşdırmanın nəticələri ilə razı olmadığı üçün izahat verməkdən imtina etmişdir. İş materiallarında olan “OBA” Nargilə filialında aparılmış yoxlama nəticələrinə dair yekun” aktdan görünür ki, 24 may 2018-ci il tarixdə “OBA” Nargilə filialında yoxlama aparılmış və “maddi məsul şəxs”-Cavabdeh tərəfindən “X5” MMC-yə 1138.51 (min yüz otuz səkkiz, əlli bir) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı “X5” MMC-yə dəymiş maddi zərərin ödənilməsi barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan 08 dekabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən iddiaçı “X5” MMC-yə dəymiş maddi zərərin qalıq hissəsi 480.48 (dörd yüz səksən, qırx səkkiz) AZN məbləği təşkil edir. İş materiallarında olan ********* saylı, 28 yanvar 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı “X5” MMC tərəfindən iddia qaldırılması üçün 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı “X5” MMC ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2017-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə, “X5” MMC-də “satıcı-kassir” və administrator” vəzifələrinə işə təyin (qəbul) edilmişdir. (əsas tərəflər arasında bağlanmış əmək müqaviləsi) Bundan başqa, əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziya vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Bundan başqa, iddiaçı “X5” MMC ilə Cavabdeh arasında bağlanmış 25 may 2017-ci il tarixli və 29 yanvar 2018-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilələrə əsasən “işçi”-Cavabdeh “X5” MMC-də “satıcı-kassir” və “administartor” vəzifələrində işlədiyi müddət ərzində “maddi məsul şəxs” kimi ona “işəgötürən”-“X5” MMC tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürmüşdür. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 30 iyul 2018-ci il tarixdən “işçi”-Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, “maddi məsul şəxs”-Cavabdeh inventarizasiya şöbəsi tərəfindən aparılmış araşdırmada iştirak etmiş, mallar və müvafiq sənədlərlə tanış olmuş, araşdırmanın nəticələri ilə razı olmadığı üçün izahat verməkdən imtina etmiş və onun tərəfindən iddiaçı “X5” MMC-yə 1138.51 (min yüz otuz səkkiz, əlli bir) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. Bundan başqa, Cavabdeh tərəfindən 1138.51 (min yüz otuz səkkiz, əlli bir) AZN məbləğində dəymiş maddi zərərdən satış dövriyyəsinin 0.5 % həcmində, yəni 629.02 (altı yüz iyirmi doqquz, sıfır iki) AZN məbləğində pul vəsaiti cəmiyyət tərəfindən güzəşt edilmiş və 29.01 (iyirmi doqquz, sıfır bir) AZN məbləğində pul vəsaiti şirkətdən alacaq pul vəsaiti ilə əvəz qarşılanmış, lakin dəymiş maddi zərərin qalıq hissəsi yəni, 480.48 (dörd yüz səksən, qırx səkkiz) AZN məbləğində pul ödənişi bu günədək cəmiyyətin xeyrinə ödənilməmiş və dəymiş maddi zərərin ödənilməsi barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İmişli meşəbəylinin 3 saylı dolayının 9-cu sahəsi dövlət meşə fonduna məxsus olduğu, eləcə də, mülki hüquq pozuntusuna (delikt) görə dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X3 Təsərrüfatı Mərkəzinin cavabdeh X2 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;
3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləmək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması,maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, iddiaçı “X5” MMC-nin iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı “X5” MMC iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Ümumiyyətlə, iddiaçı “X5” MMC tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 1. iddiaçı “X5” MMC mülki hüquq pozuntusuna (delikt) görə dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. İddiaçı “X5” MMC ilə Cavabdeh arasında bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələrin şərtləri pozulduğu, yəni “maddi məsul şəxs” tərəfindən müqavilə öhdəlikləri icra edilmədiyi; 3. Cavabdeh mülki hüquq pozuntusuna (delikt) görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edildiyi; 4. Mülki hüquq pozuntusu (delikt) nəticəsində cəmiyyətə maddi zərərin dəyməsi və maddi zərərin məbləği məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı; 5. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bildiyi və eləcə də, bu hal məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün iddia təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 480.48 (dörd yüz səksən, qırx səkkiz) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “X5” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 480.48 (dörd yüz səksən, qırx səkkiz) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “X5” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Tərlan Nüsrətov