Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1133/2023 16.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddia iddia qaldıraraq ona məxsus olan 1980,0 manat dəyərində, 22 qram çəkidə 1 dəst qızıl komplekt nabor (585 əyarlı 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd boyunbağı və 1 ədəd qolbağı), 630,0 manat dəyərində, 7 qram çəkidə 1 ədəd 585 əyarlı qızıl üzük və 540,0 manat dəyərində, 6 qram çəkidə 1 ədəd 585 əyarlı qızıl nişan üzüyün alınıb ona verilməsi , o cümlədən mediasiya və məhkəmə xərclərinin tutularaq onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2021-ci ilin dekabr ayında Cavabdeh ilə faktiki surətdə evlənərək qaynatası X4 məxsus olan İmişli rayonu Aranlı kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və ailə qurması münasibətilə ona valideynləri tərəfindən hədiyyə olunmuş məişət əşyalarından ibarət cehiz əmlakı da həmin ünvana daşınaraq onlar üçün ayrılmış otaqa yığılmışdır. Cavabdeh tərəfindən evlənərkən ona 1980,0 manat dəyərində, 22 qram çəkidə 1 dəst qızıl komplekt nabor (585 əyarlı 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd boyunbağı və 1 ədəd qolbağı), 630,0 manat dəyərində, 7 qram çəkidə 1 ədəd 585 əyarlı qızıl üzük və 540,0 manat dəyərində, 6 qram çəkidə 1 ədəd 585 əyarlı qızıl nişan üzüyü hədiyyə olunmuş, həmin əşyalar həmişə onun özündə olmuş və qaldıqları otağındakı şkafın siyirməsində saxlanılmışdır. Onların birgə nikahdan uşaqları olmamış və aralarında olan münasibətlərin pozulması səbəbindən 2022-ci ilin may ayında birdəfəlik ayrılmışlar. Həmin vaxt o, valideynlərini görməyə getmiş və X2 evində yaşamasına etiraz etməsinə görə geri qayıtmamışdır. 2023-cü ilin yanvar ayında Cavabdeh İmişli rayonu Aranlı kəndində yerləşən fərdi yaşayış evində saxlanan cehiz əmlakını qaytarsa da, cəmi 3150,0 manat dəyərində qızıl-zinət əşyalarını qaytarmaqdan imtina etmişdir. Ona görə də, ona məxsus olan 1980,0 manat dəyərində, 22 qram çəkidə 1 dəst qızıl komplekt nabor (585 əyarlı 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd boyunbağı və 1 ədəd qolbağı), 630,0 manat dəyərində, 7 qram çəkidə 1 ədəd 585 əyarlı qızıl üzük və 540,0 manat dəyərində, 6 qram çəkidə 1 ədəd 585 əyarlı qızıl nişan üzüyün alınıb ona verilməsi haqqında iddia qaldırmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı 2021-ci ilin dekabr ayında onunla faktiki surətdə rəsmi nikahla evlənərək onun valideynlərinə məxsus olan İmişli rayonu Aranlı kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və cehiz əmlakı da həmin ünvana daşınaraq onlar üçün ayrılmış otaqa yığılmışdır. İddiaçı evlənərkən 1 ədəd 6 qram çəkidə 585 əyarlı qızıl nişan üzüyü hədiyyə olunmuş, o cümlədən hədiyyə etmək məqsədilə fərdi sahibkar X6 məxsus olan ticarət obyektindən 1000,0 manat 1 dəst qızıl komplekt alınsa da, toy mərasimindən sonra pulunu ödəmək mümkün olmadığından geri qaytarılmışdır. Onların aralarında olan münasibətdən uşaqları olmamış və 2022-ci ilin may ayında birdəfəlik ayrılmışlar. 2023-cü ilin ilin yanvar ayında İddiaçı gəlib bütün cehiz əmlakını aparmışdır. İddiaçı məxsus olan 585 əyarlı 1 ədəd qızıl nişan üzüyü onda qalmış və qaytarılmasına heç vaxt etiraz edilməmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İş üzrə şahid X9 ifadəsində göstərmişdir ki, o, fərdi sahibkar statusu (VÖEN: **********) ilə, İmişli şəhərində yerləşən özünə məxsus olan ticarət obyektində qızıl-zinət əşyalarının alqı-satqısını həyata keçirir. 2021-ci ilin dekabr ayında X8 onun ticarət obyektinə gəlib oğlunun toy mərasimindən sonra pulunun veriləcəyini vəd edərək ondan 1 dəst qızıl komplekt nabor (585 əyarlı 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd boyunbağı və 1 ədəd qolbağı) nisyə almış, lakin toydan sonra borcunu ödəməyi gecikdirdiyi üçün o, təxminən bir ay keçəndən sonra satdığı əşyaları tələb edərək geri almışdır. İşdə olan fotoşəkillərdə əks olunmuş görüntülərə əsasən İddiaçı toy mərasimində 1 ədəd qızıl nişan üzüyü və 1 dəst qızıl komplekt nabor (1 cüt sırğa , 1 ədəd üzük, 1 ədəd qızıl qolbağı və 1 ədəd qızıl boyunbağı ) verilmişdir. İşdə olan Fərdi sahibkar-Qızıl X1 (VÖEN: **********) tərəfindən verilmiş Qiymətləndirmə aktına əsasən 6,0 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl üzük 540,0 manat, 7,0 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl üzük 630,0 manat, 22 qram çəkidə 585 əyarlı 1 dəst qızıl 1980,0 manat dəyərində qiymətləndirilir. АR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatla rı ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyən edilmişdir ki, İddiaçı evlənərkən Cavabdeh tərəfindən 540,0 manat dəyərində 1 ədəd 6 qram çəkidə 585 əyarlı qızıl nişan üzüyü hədiyyə olunmuşdur. Ona hədiyyə etmək məqsədilə verilmiş 1980,0 manat dəyərində 1 dəst qızıl komplekt nabor (1 cüt sırğa , 1 ədəd üzük, 1 ədəd qızıl qolbağı və 1 ədəd qızıl boyunbağı) fərdi sahibkar X3 alınmış və dəyəri ödənilmədiyindən geri qaytarılmışdır. AR Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zəngilləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. Məhkəmə hesab edir ki, İddiaçı toy mərasimində verilən 1980,0 manat dəyərində 1 dəst qızıl komplekt nabor (1 cüt sırğa , 1 ədəd üzük, 1 ədəd qızıl qolbağı və 1 ədəd qızıl boyunbağı ) dəyəri ödənilmədiyindən fərdi sahibkar X5 mülkiyyətində qalmış və satılmasına dair müqavilə ləğv edilərək onun özünə qaytarılmışdır. İddiaçı ona hədiyyə olunmuş 540,0 manat dəyərində 1 ədəd 6 qram çəkidə 585 əyarlı qızıl nişan üzüyünü mülkiyyət hüququ əsasında əldə etmişdir. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı məxsus olan müvafiq forma və ölçülərə (şəkillərdə əks olunmuş görüntüyə görə) uyğun gələn 540,0 manat dəyərində 1 ədəd 6 qram çəkidə 585 əyarlı qızıl nişan üzüyü Cavabdeh alınıb onun özünə verilməli və qalan hissədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan müvafiq forma və ölçülərə (şəkillərdə əks olunmuş görüntüyə görə) uyğun gələn 540,0 manat dəyərində 1 ədəd 6 qram çəkidə 585 əyarlı qızıl nişan üzüyü və 30,0 manat dövlət rüsumu Cavabdeh alınıb onun özünə verilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-1133/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1133/2023
16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver