Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1181/2023 26.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh qarşı aliment tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxxxx 2005-ci il təvəllüdlü İddiaçı saxanması üçün hər ay 246 manat məbləğində alimentin alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi Nümayəndə ilə Cavabdeh faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmişlər. Birgə nikahdan xx xxxxxx 2005-ci ildə Rüfət adlı bir nəfər uşaqları doğulmuşdur. İmişli Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(036)-252/2018 saylı qətnaməsi ilə xx xxxxxx 2005-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatana qədər saxanması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Nümayəndə verilməsi qət edilmişdir. 22 yanvar 2023-cü il tarixdə İddiaçı yetkinlilk yaşına çatdığından qətnamə ilə müəyyən edilmiş alimentin tutulması dayandırılmışdır. Hazırda İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1-ci kursunda əyani təhsil alır. Bundan əlavə İddiaçı uşaqlıqdan xəstədir, İİ qrup əlil olmaqla əmək qabiliyyətsizdir və maddi yardıma ehtiyacı vardır.
3. İmişli Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(036)-252/2018 saylı qətnaməsi ilə xx xxxxxx 2005-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatana qədər saxanması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Nümayəndə verilməsi qət edilmişdir.
4. AA******* saylı şəxsiyyət vəsiqəsindən müəyyn olunur ki, İddiaçı yetkinlik yaşına çatmışdır.
5. Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.2023-cü il tarixli 23/028 saylı arayışına əsasən İddiaçı həmin universitetin Mexanika və İnformasiya Texnologiyaları fakültəsinin İ kurs 842a1 qrupunun tələbəsidir. İnformasiya texnologiyaları ixtisası üzrə əyani şöbədə Dövlət sifarişli əsaslarla təhsil alır.
6. Azərbaycan Respublikası ƏƏSMN-nin TSEK-in sonuncu müayinəyə dair məlumat vərəqəsinə əsasən İddiaçı əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2023cü il tarixdə başa çatmışdır. Əmək qabiliyyətlidir.
7. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
9. Cavabdeh iddianı qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi
10. Maddə 80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar.
11. Maddə 80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
12. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
13. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
14. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Mülki Prosessual Məcəllə
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
19. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmənin mövqeyi
20. Məhkəmə tərəflərin izahatnı dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır.
21. Belə ki, iş materialları ilə müəyyən olur ki, İmişli Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(036)-252/2018 saylı qətnaməsi ilə xx xxxxxx 2005-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatana qədər saxanması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Nümayəndə verilməsi qət edilmişdir.
22. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
23. Azərbaycan Respublikası ƏƏSMN-nin TSEK-in sonuncu müayinəyə dair məlumat vərəqəsinə əsasən İddiaçı əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2023cü il tarixdə başa çatmışdır. Hazırda əmək qabiliyyətlidir.
24. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.
25. Həmin Qərarın 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir.
26. Qərarın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.
27. Qərarın 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur.
28. Göründüyü kimi yetkinlik yaşına çatmış, əmək qabiliyyətli, o cümlədən ali təhsil müəssisələrində təhsil alan uşağın saxlanılması üçün valideynin əlavə xərclərə cəlb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
29. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev