Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-122/2025 10.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra - iddiaçı), İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İxtiyar qızının (bundan sonra – cavabdeh) iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaq tələbi və alimentin ləğv edilməsi” tələbinə dair ilkin iddiasına, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. Tərəflər xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X10 doğulmuşdur.
2. Tərəflərin nikahı İmişli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(036)- 288/2016 saylı qətnaməsi ilə pozulmuşdur.
3. İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-1827/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X11 İddiaçı yanında saxlanılmış və Cavabdeh alınıb ona verilmiş, iddia qalan hissədə təmin olunmamış, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X10 Cavabdeh yanında saxlanılmışdır.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-903/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 2(036)-1827/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “uşaq tələbinə” dair iddiası rədd edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X11 İddiaçı alınaraq anası Cavabdeh İxtiyar qızına verilmişdir.
5. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-1497/2021 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh İxtiyar qızına ödənilməsi qət edilmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-3226/2021 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)- 1497/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. X2 və X10 anası ilə birlikdə yaşayır.
İddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinin dəlilləri: İddia ərizəsinin dəlilləri:
8. İddiaçı Cavabdeh qarşı “uşaq tələbi və alimentin ləğv edilməsi” tələbinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü oğlu X6 Cavabdeh alınıb onun himayəsinə verilməsi və həmin uşağa münasibətdə aliment ödəməkdən azad olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildə Cavabdeh ilə rəsmi nikah münasibətinə daxil olub evlənmişdir. Onların birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X10 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən və aralarında tez-tez narazılıqlar olduğundan 2015-ci ildə aralarında olan nikah ləğv edilsə də faktiki olaraq 2018-ci ilin fevral ayına qədər bir yerdə yaşamış və 2018-ci il fevral ayında cavabdeh birdəfəlik olaraq ayrılmışdır. Bundan sonra o, uşaq tələbi ilə bağlı İmişli Rayon Məhkəməsinə ərizə vermiş və məhkəmənin 27 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X11 onun yanında və xx.xx.2015-ci il təvəllüdlü X10 cavadehin yanında saxlanılmışdır. Cavabdeh qeyd olunan qətnmədən apellyasiya şikayəti vermiş və apellyasiya məhkəməsinin 04 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən İmişli Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsini ləğv edərək hər iki uşağın cavadehin himayəsinə verilməsi qət edilmişdir. Bundan sonra İmişli Rayon İcra Şöbəsinin əməkdaşları dəfələrlə Şirvan Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsini icra etmək istəsə də oğlu X11 cavabdehə getmək istəmədiyini və onunla qalacağını bildirmişdir. Lakin sonradan Saatlı Rayon İcra və Probasiya Şöbəsi qeyri qanuni olaraq məcburi qaydada uşağı ondan alaraq cavabdehə vermişdir. Keçən müddət ərzində cavabdehin oğluna qayğı göstərmədiyi, onu incitdiyi, onun təhsili və səhhəti ilə maraqlanmağı ona məlum olmuşdur. Belə ki, oğlu baxımsızlıq ucbatından əqli-zehni inkişafdan geri qalmış, onun müalicəyə ehtiyacı vardır. O, dəfələrlə cavabdehə ya uşağı özünün müalicə etdirməyi ya da özünün aparıb müalicə etdirməyi demişdir, lakin cavabdeh nə özü uşağı müalicə etdirməyi, nə də müalicə etdirməyə imkan verməmişdir. Oğlu dəfələrlə ona anasıgildə vəziyyətin yaxşı olmadığını və onun yanında qalmaq istədiyini bildirmişdir. Uşaqlarını normal saxlayıb tərbiyə etmək üçün hər cür imkanı, şəraiti vardır.
10. Qarşılıqlı iddia ərizəsinin dəlilləri:
11. Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, iddiaçıdan Cavabdeh İxtiyar qızının xeyrinə İmişli Rayon Məhkəməsinin 2(036)-1497/2021 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci ildə təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün umumilikdə 280 manat aliment məbləğlərinin artırılaraq 470 manat olması və övladı xx.xx.2012-ci il təvəllüdlü X6 müalicəsi üçün 100 manat pul məbləğinin İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı İmişli Rayon Məhkəməsində ona qarşı “Alimentin azaldılması” barədə iddia qaldırmışdır. Həmin iş icraatdadır. xx.xx.2024-cü il tarixində görüşləri keçriləcəkdir. Qeyd edir ki, İmişli Rayon Məhkəməsinin 2(036)1497/2021-ci il tarixli qətnaməsinə əsasən övladları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla iki uşaq üçün cəmi 280 (iki yüz səksən) manat aliment məbləğinin İddiaçı tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı iki uşaq üçün qeyd edilən 280 (iki yüz səksən) manat aliment məbləğinin azaldılması barədə iddiası ilə razı deyildir. Hal-hazırda uşaqlar böyümüşdür və 280 (iki yüz səksən) manat aliment məbləği övladlarının tələbatlarını ödəmir. Həmçinin bildirir ki, övladı xx.xx.2012-ci il təvəllüdlü X11 autizum xəstəsidir. Övladlarının tələbatlarını təhsil xərclərini və müalicəsini ödəmək tənha xanım olaraq ona çətindir. Bu səbəbdən də aliment məbləğini azaltmayaraq və İmişli Rayon Məhkəməsinin 2(036)1497/2021-ci il tarixli qətnaməsində qeyd edilən 280 (iki yüz səksən) manat aliment məbləğinin artırılaraq bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla iki uşaq üçün cəmi 470 (dörd yüz yetmiş) manat olmasını və övladı xx.xx.2012-ci il təvəllüdlü X6 müalicəsi üçün 100 (bir yüz) manat pul məbləğinin İddiaçı alınaraq onun xeyrinə ödənilməsinin nəzərə alınmasını xahiş etmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
13. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
14. Məhkəmə iclasında Cavabdeh İxtiyar qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşlılıqlı iddia ərizəsinin təmin edilməsini, ilkin iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
15. Məhkəmə iclasında dindirilmiş xx.xx.2012-ci il təvəllüdlü X11 izahatında anası ilə birlikdə yaşadığını, atası ilə qalmaq istəmədiyini və bundan sonra da anası ilə də birlikdə qalmaq istədiyini bildirdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
16. Maddə 52 Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.
17. Maddə 60.4 Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
a. İşə baxan məhkəmənin mövqeyi:
22. Məhkəmə tərəflərin izahatını və uşağı dinləyərək, eləcə də iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia ərizəsi isə qismən təmin edilməlidir.
23. Hazırda iddiaçı xx.xx.2012-ci il təvəllüdlü oğlu X6 Cavabdeh alınıb onun himayəsinə verilməsi və həmin uşağa münasibətdə aliment ödəməkdən azad olunmağı barədə qətnamə qəbul edilməsini xahiş edir.
24. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan uşaqlardan X11 və X10 anası birlikdə yaşayırlar.
25. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həll edilməsi baxımından ilk növbədə, yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafelərinin daha üstün olmasını və yetkinlik yaşına çatmayan uşaqların fikri, istəyi və uşaqların bir-birinə bağlılığı nəzərə alınmaqla, tərəflərin maddi və həyat şəraiti, uşaqların hansı valideynə daha çox bağlı olması, valideynlərin uşaqlarla münasibətləri, uşaqların təhsili, mənzil şəraiti ilə bağlı olan hallar araşdırılmalıdır.
26. X6 10 yaşına çatdığından onun fikri məhkəmə iclasında dinlənilmiş, o, bildirmişdirlər ki, hal-hazırda anasının yanında qalır və orada məktəbə gedir. Anasının himayəsində qalmaq istəyir. Həmçinin, X1 və Himayəçilik Komissiyasına yazdığı ərizəsində də, anasının yanında qalmaq istədiyini bildirmişdir.
27. Bundan başqa, İmişli rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən, Komissiya tərəfindən iddiaçı və cavabdehin maddi və yaşayış şəraiti öyrənilmişdir. Araşdırmanın yekunu olaraq Qəyyumluq və Himayəçilik Komissiyası belə qənaətə gəlmişdir ki, X11 anası X3 himayəsində saxlanılması onun mənafeyinə uyğundur.
28. Qeyd edilən maddi hüquq normalarına və işin hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi uşaqların analarının yanında saxlanılması ilə bağlı olduğundan, tərəflərin birgə nikahından olan X11 10 yaşına çatdığından və mövcud iddia tələbi onun maraqlarına toxunduğundan, eləcə də, qanunvericiliklə uşaq fikrinin üstün nəzərə alınması hüququna malik olduğundan, onun fikri mütləq nəzərə alınmaqla mübahisəyə hüquqi qiymət verilməsi daha məsədəuyğundur.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının xx.xx.2025ci il tarixli, 11/131 saylı rəyində belə qərara gəlinmişdir ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 hazırda anası Cavabdeh və atası İddiaçı bağlılığı müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı daha çoxdur. xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 hazırda psixoloji durumu qənaətbəxş deyildir. Ailədaxili qarşılıqlı münasibətlərdə yaşanmış gərginlik X6 emosional-iradi sferasına neqativ təsir göstərməklə, atası İddiaçı olan münasibətinə sirayət etmişdir. X11 əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, onun psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir.
30. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
31. Həmin Qərarın 7.3–cü bəndinə əsasən ikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir.
32. Həmin Qərarın 7.4 –cü bəndinə əsasən uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
33. Həmin Qərarın 7.8-ci bəndinə əsasən məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir.
34. Yuxarıda şərh edilənlərdən də göründüyü kimi, X6 məhkəmə qətnaməsi ilə cavabdehin (anasının) yanında qalması qət edilsə də, hazırki iddia tələbi yeni əsaslarla qaldırılmışdır. İddiaçı cavabdehin oğluna qayğı göstərmədiyi, onu incitdiyi, onun təhsili və səhhəti ilə maraqlanmaması, uşağın baxımsızlıq ucbatından əqli-zehni inkişafdan geri qalması, onun müalicəyə ehtiyacının olması ilə əsası ilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
35. Məhkəmə araşdırması zamanı iddia tələbində göstərilən hallar öz təsdiqini tapmamış, bununla bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
36. Müəyyən olunmuşdur ki, X6 fikri məhkəmədə dinlənilirkən anasının yanında saxlanmasını israrlı və qəti olaraq bildirmişdir. Həm məhkəmə iclasında dinlənilərkən söylədikləri, həm də Qəyyumluq və Himayəçilik oqanına müraciətindən görünür ki, o, anasına daha çox bağlıdır. Buna görə də onun anasının yanında saxlanmasına dair xahişi məhkəmə tərəfindən nəzərə alınmalı, ilkin iddia tələbi təmin edilməməlidir.
37. Məhkəmə qarşılılı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir:
38. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
39. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
40. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
41. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
42. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
43. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
46. Həmin Qərarın 8.11-1-ci bəndində qeyd edilir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”
47. Alimentin artırılması ilə əlaqədar cavabdeh X8 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi ilə əlaqədar məhkəmə hesab edir ki, uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçının çəkməsi, maddi tələbatlarının ödənilməsinin çətinliyi, təyin edilmiş 140 (yüz qırx) manat məbləğində alimentin uşağın ehtiyaclarını ödəməməsi ilə əsaslandırdığı üçün qarşılıqlı iddia qismən təmin edilməlidir.
48. Belə ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından və alimentin təyin edilməsin 3 ildən artıq müddət keçdiyi üçün - uşağın saxlanması üçün cavabdehdən tutulmuş sabit pul məbləğində alimentin miqdarı artırılmalıdır.
49. 2024-cü il tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqının miqdarı nəzərə alınmalı və uşaqların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün İmişli Rayon Məhkəməsinin 2(036)-1497/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci ildə təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı X3 xeyrinə tutulan 140 (yüz qırx) manat məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2024-cü il tarixdən etibarən sabit pul məbləğində - sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,49 misli miqdarında aliment tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, 2024-cü il üzrə minimum əmək haqqı 345 manat və 2025-ci il üzrə isə minimum əmək haqqı 400 manat təşkil edir. Lakin cavabdeh X8 alimentin tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, aliment ərizənin verildiyi 2024-cü il tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir (345 (2024-cü il üzrə müəyyən edilmiş minimum əmək haqqı) x 0,49 = 169.05 manat).
50. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
51. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
53. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-1497/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci ildə təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı X3 xeyrinə tutulan 140 (yüz qırx) manat məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2024-cü il tarixdən etibarən sabit pul məbləğində - sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,49 misli miqdarında aliment müəyyən edilməlidir.
54. xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci ildə təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,49 misli miqdarında pul vəsaiti cavabdeh X4 ödənilməlidir.
55. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1497/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci ildə təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı X3 xeyrinə tutulan 140 (yüz qırx) manat məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2024-cü il tarixdən etibarən sabit pul məbləğində - sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,49 misli miqdarında aliment müəyyən edilsin. xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci ildə təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,49 misli miqdarında pul vəsaiti cavabdeh X4 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Orxan Mahmud