Məhkəmə qərarları › İş №2(036)-1236/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1236/2021

12.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1236/2021 12.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların onun yanında qalmalarının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2009-cu il təvəllüdlü X4 və 22 oktyabr 2011-ci il təvəllüdlü X2 onun yanında qalmalarının müəyyən edilməsi və onlara görə yaranmış aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İmişli rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(036)-1161/2019 saylı qətanaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş, nikahın pozulmasından sonra 28 fevral 2009-cu il təvəllüdlü X4 və 22 oktyabr 2011-ci il təvəllüdlü X5 anaları Cavabdeh yanında saxlanılmış və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan 17 aprel 2019-cu il tarixdən başlayaraq 320 manat aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Cavabdeh nikahları pozulmadan uşaqlarını onun üstünə atıb başqa bir şəxsə qoşulub qaçmış, sonradan isə ondan da ayrılıb başqa biri ilə yaşamağa başlamışdır. Uşaqlar isə 01 aprel 2019-cu il tarixdən onun yanındadırlar. O, uşaqları nənələrinin köməkliyi ilə saxlayır. Uşaqlar anasına getmək istəmir. Bu faktı təsdiq edən kifayət qədər sübutlar da mövcuddur. Uşaqlar onun yanında qalmalarına baxmayarq icra şöbəsi tərəfindən ona aliment borcu hesablanmışdır. Halbuki bu müddət ərzində uşaqlar İlkanənin deyil onun himayəsində olmuşdur. Ona görə də hesab edir ki, həmin dövrlər üçün hesablanmış aliment borcu silinməlidir. Odur ki, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İmişli rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(036)-1161/2019 saylı qətanaməsi ilə İddiaçı ilə aralarında olan nikah pozulmuş, nikahın pozulmasından sonra uşaqları 28 fevral 2009-cu il təvəllüdlü X4 və 22 oktyabr 2011-ci il təvəllüdlü X5 onun himayəsinə verilmiş və İddiaçı onun xeyrinə 17 aprel 2019-cu ildən başlayaraq 320 manat aliment ödənilməsi qət edilmişdir. Həmin vaxtdan uşaqları faktiki olaraq atalarının yanındadırlar. İddiaçı bu günədək ona aliment ödəməmişdir. Onun uşaqlarını saxlayıb tərbiyyə etməyə hər cür imkanı və şəraiti var. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İmişli rayon məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(036)-1161/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş, nikahın pozulmasından sonra 28 fevral 2009-cu il təvəllüdlü X4 və 22 oktyabr 2011-ci il təvəllüdlü X2 anaları Cavabdeh himayəsinə verilmiş və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdeh İddiaçı qazancından 17 aprel 2019-cu il tarixdən etibarən hər bir uşağa görə 160 manat sabit pul məbləğində, ümumilkdə 320 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan İmişli rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 31 avqust 2021-ci il tarixli, 3/1300 saylı rəyindən görünür ki, X1 və X2 ataları İddiaçı himayəsində saxlanılmalarını uşaqların mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Birləşmiş Millətlər Təşkilatının «Uşaq haqları konvensiyası»nın 9-cu maddəsinə görə uşaq öz valideynləri ilə yaşamaq hüququna malikdir. Bir şərtlə ki, bu, uşağın ən yaxşı mənafelərinə zidd olmasın. Uşaq valideynlərindən biri ilə və ya hər ikisi ilə əlaqə saxlamaq hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqqında» Konvensiyanın 7 saylı protokolunun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Beləliklə, məhkəmə Qəyyumluq və Himayəçilik orqanının rəyini nəzərə alıb belə hesab edir ki, iddia təmin edilməli, 28 fevral 2009-cu il təvəllüdlü X4 və 22 oktyabr 2011-ci il təvəllüdlü X5 İddiaçı yanında saxlanılmalı və uşaqların 01 aprel 2019-cu il tarixdən hazırkı tarixədək faktiki olaraq atalarının yanında qalmaları nəzərə alınaraq həmin dövr üçün hesablanmış aliment borcu silinməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 28 fevral 2009-cu il təvəllüdlü X4 və 22 oktyabr 2011-ci il təvəllüdlü X5 ataları İddiaçı yanında qalsın. 28 fevral 2009-cu il təvəllüdlü X4 və 22 oktyabr 2011-ci il təvəllüdlü X2 01 aprel 2019-cu il tarixdən hazırkı tarixədək faktiki olaraq atalarının yanında qalmaları nəzərə alınaraq həmin dövr üçün hesablanmış aliment borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar