Məhkəmə qərarları › İş №2(036)-1278/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1278/2025

14.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1278/2025 14.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən övladları xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 tələbatları və təhsili nəzərə alınaraq yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit pul məbləğində bir uşaq üçün hər ay 246 manat olmaqla cəmi üç uşaq üçün hər ay 738 manat alimentin cavabdehdən tutularaq ona verilməsi və sənədlərini məhkəməyə təqdim etdiyi gündən alimentin hesablanması barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən övladları xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 tələbatları və təhsili nəzərə alınaraq yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit pul məbləğində bir uşaq üçün hər ay 246 manat olmaqla cəmi üç uşaq üçün hər ay 738 manat alimentin cavabdehdən tutularaq ona verilməsi və sənədlərini məhkəməyə təqdim etdiyi gündən alimentin hesablanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, cavabdehlə barışdığı üçün iddia ərizəsinin qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən övladları xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 tələbatları və təhsili nəzərə alınaraq yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit pul məbləğində bir uşaq üçün hər ay 246 manat olmaqla cəmi üç uşaq üçün hər ay 738 manat alimentin cavabdehdən tutularaq ona verilməsi və sənədlərini məhkəməyə təqdim etdiyi gündən alimentin hesablanması barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar