Məhkəmə qərarları › İş №2(036)-1428/2021

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1428/2021

09.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1428/2021 09.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh: İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Ocaqova (Şükürova) Kəmalə Arif qızının nümayəndəsi (vəkil): Fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia iddiaçı Ocaqova (Şükürova) Kəmalə Arif qızına qarşı “aliment” və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Ocaqova (Şükürova) Kəmalə Arif qızının ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşı “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ocaqova (Şükürova) Kəmalə Arif qızına qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Ocaqova (Şükürova) Kəmalə Arif qızı İddiaçı qarşı “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnın nümayəndəsi (vəkil) fərdi qaydada fəaliyyət göstərən vəkil X2 işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Ocaqova (Şükürova) Kəmalə Arif qızının nümayəndəsi (vəkil) fərdi qaydada fəaliyyət göstərən vəkil X2 ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə iş materiallarını, eləcə də, ilk iddiaçı və qarşılıqlı iddiaçı tərəfin ərizəsini tam və obyektiv araşdıraraq hesab edir ki, ilk iddiaçı və qarşılıqlı iddiaçı tərəf ərizənin geri qaytarılmasını və baxılmamış saxlanmasını xahiş etdiyini, ilk cavabdeh və qarşılıqlı cavabdeh tərəf işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia iddiaçı Ocaqova (Şükürova) Kəmalə Arif qızına qarşı “aliment” və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Ocaqova (Şükürova) Kəmalə Arif qızının ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşı “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar