Məhkəmə qərarları › İş №2(036)-1438/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1438/2021

29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1438/2021 29.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X9 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması və yaranmış borcun hissəhissə ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apelyasiya Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qətnaməsi ilə üç uşağın saxlanılması üçün Cavabdeh xeyrinə müəyyən edilmiş sabit pul məbləğində alimentin tutulması qaydasını dəyişdirib, aylıq əmək haqqısının ikidə bir hissəsinin tutulması və aliment borcunun hissə-hissə, ayda 50 manat məbləğində müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək nikahları pozulmuş, 18 mart 2008-ci il təvəllüdlü X2, 02 fevral 2010-cu il təvəllüdlü X4 və 17 mart 2012-ci il təvəllüdlü X6 iddiaçının yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 117 manat, ümümilikdə 351 manat aliment tutulması qət edilmişdir. Belə ki, o, Qida-Aqro MMC-də operator köməkçisi vəzifəsində işləyir və ayda 386,59 manat əmək haqqı alır və başqa gəlir mənbəyi yoxdur. Bununla yanaşı digər öhdəlikləri də vardır. Belə ki, evlidir, həmçinin anasına baxmaq vəzifəsi də onun üzərindədir. Bununla yanaşı əmək haqqısından aliment tutulmasına baxmayaraq aylıq aliment ödənişi sabit pul məbləğində müəyyən edildiyi üçün onun 15000 manatdan çox borcu yaranmışdır. Həmin borcu ödəmək imkanı xaricindədir. Onagörə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, iddiaçı ilə boşandıqdan sonra X7 ilə faktiki nikah münasibətlərinə daxil olmuş və hazırda X7 26 həftəlik hamilədir. Hazırda onun keçmiş həyat yoldaşı Cavabdeh 15000 manatdan çox aliment borcu vardır. O, həmin borcu birdəfəyə ödəmək iqtidarında deyildir, hər ay üç uşağa görə müəyyən edilmiş alimentin öhdəliyi isə onun maddi və ailə vəziyyətini daha da ağırlaşdırır. Belə ki, onun ikinci həyat yoldaşının hamiləliyi ilə əlaqədar müalicəsinə müəyyən vəsait tələb olunur, aldığı əmək haqqı isə ailəsini saxlamağa kifayət etmir. Ona görə də hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimetin miqdarı azaldılmalı, ödənilməyə aliment borcunun isə hissə-hissə ödəməsi üçün ona şərait yaradılmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İmişli rayon X5 Hüquqi Şəxs tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı qeyri-rəsmi nikahda olduğu X7 “26 həftəlik hamiləlik” diaqnozu ilə İmişli RMX-nın Qadın Məsləhətxanasında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 03 noyabr 2017-cu il tarixli, 2(103)-11137/2017 saylı icra sənədinə əsasən borclu İddiaçı tələbkar Ağayeva (Əliyeva) Gülnarə Adil qızına həmin icra sənədi üzrə 16976 (on altı min doqquz yüz yetmiş altı) manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 04 noyabr 2020-ci il tarixdən Cəmiyyətin Bitki Yağları Sahəsinin Operator köməkçisi vəzifəsində işləyir və 386.59 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin məcəllənin 101.2-ci maddəsinin tələbinə görə, məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ-hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının 2002-ci ildə qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvesiyasının 3-cü maddəsində göstərilir ki, uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə İddiaçı maddi və ailə vəziyyətində dəşikliklər olmasını, yenidən nikaha daxil olmasını, onunla faktiki nikahda olan R.Ləzimovanın hamiləliyini, əmək haqqının qənaətbəxş olmadığını, habelə üzərində 16976 manat məbləğində icra edilməmiş aliment öhdəliyinin olmasını, alimentin miqdarının dəyişdirilməməsi halında maddi və ailə vəziyyətinin daha da ağırlaşacağını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli, 2(103)- 11137/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hər usağa görə 70 manat olmaqla ümumilikdə 210 manat məbləğində müəyyən edilməlidir. Göstərinləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli, 2(103)-11137/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 18 mart 2008-ci il təvəllüdlü X2, 02 fevral 2010-cu il təvəllüdlü X4 və 17 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq İddiaçı hər ay hər uşağa görə 70 manat olmaqla ümumilikdə 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutulub X3 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim:Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar