Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1455/2024 10.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmlakların, əmlaklar olmadığı halda onların naturda dəyəri olan 3935,00 (üç min doqquz yüz otuz beş) manat, qiymətləndirmə rəyi üçün ödədiyi 145 manat, mediasiya xərci olaraq ödədiyi 50 manat və dövlət rüsumu olaraq ödədiyi 59.35 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ildə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Cavabdehlə birgə yaşamaqları mümkün olmadığından 2023-cü ilin axırlarında ayrılmışlar. Cavabdehlə ailə qurarkən ona qızıl zinət əşyaları hədiyyə olununmuşdur. Həmin qızılları toy vaxtı üzərində olmuşdur. Bu barədə fotoşəkillər var. Həmin şəkilləri ərizəyə əlavə edir. Bundan əlavə ona geyimlər də alınmışdır. Cavabdehin evindən gələrkən qızılları və geyim əşyaları onun evində qalmışdır. Həmçinin qeyd edir ki, o, ailə qurarkən özü ilə cehiz aparmış və həmin cehizlər də hazırda cavabdehin evində qalmışdır. Dəfələrlə cavabdehdən ona məxsus qızıl-zinət, geyim və cehizlerini tələb-etmişdir. Cavabdeh isə həmin əmlakların ona qaytarılmasını təmin etmir. Cavabdehdən tələb etdiyi əmlaklar aşağıdakılardır. 960,00 manat dəyərində 12 qram çəkidə 1 ədəd 585 əyarlı boyunbağı, 640,00 manat dəyərində 8 qram şəkidə 1 ədəd 585 əyarlı qolbağı, 384,00 manat dəyirində 4,8 qram çəkidə 585 əyarlı 1 cüt sırğa, 256,00 manat dəyərində 3,2 qram çəkidə 585 əyarlı 1 ədəd üzük, 416,00 manat dəyərində 5,2 qram çəkidə 585 əyarlı 1 ədəd nişan üzüyü, 480,00 manat dəyərində 6 qram çəkidə 1 ədəd 585 əyarlı qolbağı, 90,00 mnat dəyərində 2 ədəd 6 nəfərli çay dəsti, 15,00 manat dəyərində 1 ədəd Bakal(1/6), 76,50 manat dəyərində 1 ədəd çilçıraq, 61,75 manat dəyərində 1 ədəd taxt döşəyi, 83,60 manat dəyərində 4 ədəd taxt yataq dəsti, 30,40 manat dəyərində 4 ədəd əl-üz dəsmalı, 30,40 manat dəyərində 2 ədəd hamam məhrabası, 22,80 manat dəyərində 4 ədəd çay dəsmalı, 14,25 manat dəyərində 1 ədəd dibçəkdə toxuma gül Suviner, 90,00 manat dəyərində 3 ədəd şalvar, 120,00 manat dəyərində 2 ədəd don, 90,00 manat dəyərində 3 ədəd kofta, 45,00 manat dəyərində 1 cüt ayaqqabı, 50,00 manat dəyərində 2 dəst ev geyimi, həmin əmlaklarım olmadığı halda isə onların natura dəyəri olan 3935,00 (üç min doqquz yüz otuz beş) manat təşkil edir. Qeyd olunanlar 30 aprel 2024-cü il tarixli 27 saylı “Qiymətləndirmə rəyi” əsasında "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir. Həmin rəyi də iddia ərizəsinə əlavə etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh 960 manat dəyərində 12 qram çəkidə 1 ədəd 585 əyarlı boyunbağı, 640 manat dəyərində 8 qram çəkidə 1 ədəd 585 əyarlı qolbağı, 384,00 manat dəyirində 4,8 qram çəkidə 585 əyarlı 1 cüt sırğa, 256 manat dəyərində 3,2 qram çəkidə 1 ədəd 585 əyarlı 1 ədəd üzük, 416,00 manat dəyərində 5,2 qram çəkidə 585 əyarlı 1 ədəd nişan üzüyü, 480,00 manat dəyərində 6 qram çəkidə 1 ədəd 585 əyarlı qolbağı, 90 manat dəyərində 2 ədəd 6 nəfərli çay dəsti, 15,00 manat dəyərində 1 ədəd Bakal (1/6), 76,50 manat dəyərində 1 ədəd çilçıraq, 61,75 manat dəyərində 1 ədəd taxt döşəyi, 83,60 manat dəyərində 4 ədəd taxt yataq dəsti, 30,40 manat dəyərində 4 ədəd əl-üz dəsmalı, 30,40 manat dəyərində 2 ədəd hamam məhrabası, 22,80 manat dəyərində 4 ədəd çay dəsmalı, 14,25 manat dəyərində 1 ədəd dibçəkdə toxuma gül Suviner, 90 manat dəyərində 3 ədəd şalvar, 120 manat dəyərində 2 ədəd don, 90 manat dəyərində 3 ədəd kofta, 45 manat dəyərində 1 cüt ayaqqabı, 50 manat dəyərində 2 dəst ev geyimi, həmin əmlakları olmadığı halda isə onların natura dəyəri olan 3935 (üç min doqquz yüz otuz beş) manat, qiymətləndirmə rəyi üçün ödədiyi 145 manat, mediasiya xərci olaraq ödədiyi 50 manat və dövlət rüsumu olaraq ödədiyi 59.35 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Həmçinin 1 ədəd bakalın (1/6) və 1 ədəd çilçıraqın ona məxsus evdə olmasını və qalan əmlakların özü ilə aparmasını bildirdi. Qızıl-zinət əşyaları isə iddiaçının toyda taxması üçün icarəyə götürülmüş, toydan sonra isə geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Sevil onun nəvəmdir. Zöhrabla rəsmi nikahları olmayıb. Aralarında problem yarandı ayrıldılar. Cehiz əmlakından yataq, qonaq dəstlərin gətirmişlər. Ancaq qızılları, yorğan, döşək dəstləri və geyim əşyaları cavabdehə məxsus evdə qalmışdır. O, əlavə olaraq bildirmişdir ki, toydan sonra nəvəsinin yaşadığı cavabdehə məxss evə gedərkən qızıllar nəvəsində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Sevil onun qonşusudur. Nişana dəvət etmişdilər, o da gedib iştirak etmişdir. Orda qızıllar taxılanda görmüşdür. Toy günü də həmin qızıllar Sevilin üstündə olmuşdur. Sırğa, üzük və sepdən hədiyyə olunmuşdur. Cehiz əşyarın isə evlərinə qaytardıqlarını görmüşdür, amma dəqiq hansı əşyalar olduğunu xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Zöhrabla Sevilin toyunda iştirak etmişdir. Qızılların toyda taxıldığını görmüşdür. Zöhrab onun uzaqdan qohumudur, Sevil isə qonşusudur. Sepin taxıldığın görmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan toy zamanı çəkilmiş fotoşəkillərdən əks olunmuş görüntülərə əsasən İddiaçı 1 ədəd boyunbağı, 1 cüt sırğa, 2 ədəd sırğa taxmışdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin 30 aprel 2024-cü il tarixli 27 saylı qiymətləndirmə rəyindən görünür ki, qızıl-zinət əşyalarının bazar qiyməti 3136,00 manat və yekun məbləği 3136,00 manat, qab-qacaq bazar qiyməti 105,00 manat və yekun məbləği 105,00 manat, elektrik malları bazar qiyməti 85,00 manat, aşınma məbləği 8,00 manat yekun məbləği 77,00 manat, yumşaq inventar bazar qiyməti 256,00 manat, aşınma məbləği 13,00 manat, yekun məbləği 243,00 manat və şəxsi geyimlərin bazar qiyməti 395,00 manat, aşınma məbləği 42,00 manat, yekun məbləği 374,00 manat olmaqla bütün əşyaların bazar dəyəri 3935,00 manat təşkil edir. X2 (VÖEN **********) tərəfindən məhkəmə ünvanlanmış ərizədən görünür ki, İmişli rayonu Gövhərli kənd sakini X5 150 manat civarında 15 günlük qızıl əşyalarını vermişdir. Nəsirov Nadir 15 gün müddətində ondan götürdüyü qızıl əşylarını vaxtında qaytarmışdır. İş materiallarında olan 19 may 2024-cü il tarixli ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödənilmiş, lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 2023-cü il tarixdə nikaha daxil olmuşdur. Daha sonra tərəflər arasında münasibətlər korlanmış və onlar faktiki olaraq ayrılmışlar. Hazırda iddiaçı iddia ərizəsində dəyəri göstərilməmiş əmlakların cavabdehlərdən alınıb ona qaytarılmasını xahiş edir, Cavabdeh isə iddianı qismən qəbul edərək iddia ərizəsində qeyd edilmiş əmlaklardan 1 ədəd Bakalın (1/6) və 1 ədəd çilçıraqın onda olduğunu etiraf edir və həmin əmlakların ondan alınıb iddiaçıya verilməsinə etiraz etmir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Təsvir edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində əmlakların hamısının cavabdehdə olduğunu bildirərək, həmin əmlakları cavabdehdən tələb etsə də, həmin əmlaklardan 61,75 manat dəyərində 1 ədəd taxt döşəyi, 83,60 manat dəyərində 4 ədəd taxt yataq dəsti, 30,40 manat dəyərində 4 ədəd əl-üz dəsmalı, 30,40 manat dəyərində 2 ədəd hamam məhrabası, 22,80 manat dəyərində 4 ədəd çay dəsmalı, 14,25 manat dəyərində 1 ədəd dibçəkdə toxuma gül Suviner, 90 manat dəyərində 3 ədəd şalvar, 120 manat dəyərində 2 ədəd don, 90 manat dəyərində 3 ədəd kofta, 45 manat dəyərində 1 cüt ayaqqabı, 50 manat dəyərində 2 dəst ev geyimi geyiminin cavabdehdə olduğu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı məxsus olan müvafiq forma və ölçülərə (fotoşəkildə əks olunmuş görüntüyə görə) uyğun gələn 960 manat dəyərində 12 qram çəkidə 1 ədəd 585 əyarlı boyunbağı, 640 manat dəyərində 8 qram şəkidə 1 ədəd 585 əyarlı qolbağı, 384 manat dəyirində 4,8 qram çəkidə 585 əyarlı 1 cüt sırğa, 256 manat dəyərində 3,2 qram çəkidə 1 ədəd 585 əyarlı 1 ədəd üzük, 416 manat dəyərində 5,2 qram çəkidə 585 əyarlı 1 ədəd nişan üzüyü, 480 manat dəyərində 6 qram çəkidə 1 ədəd 585 əyarlı qolbağı və cavabdehin onda olduğunu etiraf etdiyi 15 manat dəyərində 1 ədəd Bakal (1/6), 76,50 manat dəyərində 1 ədəd çilçıraq və həmin əmlaklar olmadığı halda isə onların natura dəyəri olan 3227,50 (üç min iki yüz iyirmi yeddi manat əlli qəpik) manat pulun Cavabdeh alınıb onun özünə verilməlidir. Belə ki, 960,00 manat dəyərində 12 qram çəkidə 1 ədəd 585 əyarlı boyunbağı, 640,00 manat dəyərində 8 qram şəkidə 1 ədəd 585 əyarlı qolbağı, 384,00 manat dəyirində 4,8 qram çəkidə 585 əyarlı 1 cüt sırğa, 256,00 manat dəyərində 3,2 qram çəkidə 1 ədəd 585 əyarlı 1 ədəd üzük, 416,00 manat dəyərində 5,2 qram çəkidə 585 əyarlı 1 ədəd nişan üzüyü, 480,00 manat dəyərində 6 qram çəkidə 1 ədəd 585 əyarlı qolbağının cavabdeh tərəfindən iddiaçıya hədiyyə verilməsi və cavabdehdə olması iş materiallarında olan toy şəkilləri, şahid ifadələri ilə, 15,00 manat dəyərində 1 ədəd Bakal (1/6), 76,50 manat dəyərində 1 ədəd çılçırağın cavabdehdə olması faktı isə onun özünün etirafedici ifadəsi ilə müəyyən edilmişdir. Məhkəmə cavabdehin istinad etdiyi X2 (VÖEN **********) tərəfindən məhkəmə ünvanlanmış ərizəsinə münasibət qeyd edir ki, həmin məktubdan qızılların Cavabdeh deyil, X5 verildiyi gösətrilmişdir. Bundan başqa, həmin məktubda məhz hansı qızıl əşyalarının hansı tarixdə verilməsi müəyyən edilmir. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya həmin qızılların hədiyyə kimi deyil, müvəqqəti istifadə edilməsi üçün verilməsi barədə aralarında razılaşma olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə hesab edir ki, həmin əşyaların, onlar olmadığı halda isə onun dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddiası qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 52,27 (əlli iki manat iyirmi yeddi qəpik) manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin 41 (qırx bir) manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə PARİTET-M” MMC arasında bağlanmış 29 aprel 2024-cü il tarixli müqavilədən və həmin tarixli ödəniş qəbzindən görünür ki, qızıl-zinət əşyalarının və əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edir və və iddiaçı tərəfindən ödənilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş qızıl-zinət əşyalarının və əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyərinin 118.90 (yüz on səkkiz manat doxsan qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan 960 manat dəyərində 12 qram çəkidə 1 ədəd 585 əyarlı boyunbağı, 640 manat dəyərində 8 qram çəkidə 1 ədəd 585 əyarlı qolbağı, 384,00 manat dəyirində 4,8 qram çəkidə 585 əyarlı 1 cüt sırğa, 256 manat dəyərində 3,2 qram çəkidə 1 ədəd 585 əyarlı 1 ədəd üzük, 416,00 manat dəyərində 5,2 qram çəkidə 585 əyarlı 1 ədəd nişan üzüyü, 480,00 manat dəyərində 6 qram çəkidə 1 ədəd 585 əyarlı qolbağı, 15,00 manat dəyərində 1 ədəd Bakal (1/6), 76,50 manat dəyərində 1 ədəd çilçıraq, həmin əmlaklar olmadığı halda isə onların dəyəri olan 3227,50 (üç min iki yüz iyirmi yeddi manat əlli qəpik) manat pulun Cavabdeh tutularaq İddiaçı qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 52,27 (əlli iki manat iyirmi yeddi qəpik) manat məbləğində hissəsi, mediasiya xərcinin 41 (qırx bir) manat məbləğində hissəsi, qızıl-zinət əşyalarının və əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyərinin 118.90 (yüz on səkkiz manat doxsan qəpik) manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1455/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1455/2024
10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver