Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1611/2024 13.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Mehdizadə Nicat Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndənın, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, iş № 2(006)-1054/2018 saylı qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarı azaldılaraq, iddiaçıdan Cavabdeh xeyrinə 14 iyun 2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü ildə təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa 50 (əlli) manat olmaqla cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə əlavə barədə ərizə göndərərək İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, iş № 2(006)-1054/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh xeyrinə tutulmuş aliment borcunun əvvəlcədən ödənilmiş pul məbləği ilə əvəz edilməsinin xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, iş № 2(006)-1054/2018 saylı qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarı azaldılaraq, iddiaçıdan Cavabdeh xeyrinə 14 iyun 2009-cu il təvəllüdlü X5 və xx.xx.2013cü ildə təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa 50 (əlli) manat olmaqla cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, iş № 2(006)-1054/2018 saylı qətnaməsi ilə ona qarşıı aliment tələbi qismən təmin edilmişdir. İddiaçı Cavabdeh nikahları pozulmadığı halda, ona boşanacağı haqda heç bir fikir bildirmədiyi halda, ailəyə və övladlarına baxdığı halda İmişli rayon məhkəməsinə birgə nikah dövründə dünyaya gəlmiş uşaqları xx.xx.2009-cu ildə doğulmuş X6 və xx.xx.2013-cü ildə doğulmuş X4 yetkinlik yaşma çatanadək saxlanması üçün onun xeyrinə bir uşaq üçün 200 manat (cəmi 400 manat) sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərək hər bir uşaq üçün 150 manat olmaqla cəmi 300 manat tutulmasına dair qətnamə qəbul etmişdir. Bu iş üzrə iddiaçı Cavabdeh 2022-ci ildə məhkəməyə nikahın pozulması üçün müraciət etmiş və xx.xx.2022-ci il tarixli qətnamə ilə nikahları pozulmuşdur. O, 18 yaşından Rusiyada yaşayır və Rusiya vətəndaşıdır. Cavan və sağlam olduğu üçün pul qazanırdı. Elə bilirdi ki, belə də davam edəcək. Bütün qazancı ailəsində idi. Demək istəmədiyi çox şeylər var ki, hər şeyi Allah bilir və keçmiş həyat yoldaşı bilir. Bilir ki, ondan pul istəməyə haqları yoxdur. Onun illərlə qazandığı onlarda olmuşdur. Həm də çox böyük məbləğdə. Necə istəyirlər o, cür dəyərləndirsinlər. Birdəfəlik aliment kimi, yaxud nə istəyirlər o cür. Amma onun indi bu yaşında, müxtəlif xəstəlik və ehtiyac içində onların ondan nə isə istəməyə haqları yoxdur. Rusiyanı sanksiya çökürdüb. Pul gün-gündən qiymətdən düşür. Özü xəstə, ürəyində stend, şəkər xəstəsidir və özünün pula ehtiyacı var. O, anlayır ki, övladlarına baxmalıdır. Amma illərlə yığdığın yığışdırıb götürüb gediblər, onun pulsuz qoyublar. Daha neynəməlidir. Onun heç nəyi yoxdur. Uşaqlara baxmaq ananın da borcudur. “Uşaq hüquqları haqqında” xx.xx.1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideyinlərin uşagm tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli müstəqil həyata hazırlamalıdırlar, uşağın qabiliyətinin inkişaf etdirilməsi onun maddi və mənəvi təlabatlarının təmin edilməsi hüquq və mənafelərinin mühavizəsi valideyinlərin əsas vəzifəsidir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək İddiaçı xəstə olmasını və Rusiya Federasiyasında yaşamasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək İddiaçı Əlbaba oğlunun 2018-ci il tarixdən qətnaməni icra etməməsini, uşaqlardan xəbərinin olmamasını, İddiaçı Rusiya Federasiyasında ticarətlə məşğul olmasını nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşin faktiki halları: İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(036)- 1054/2018 saylı qətnaməsindən görünür ki, ilə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü iddiaçı Cavabdeh xeyrinə cavabdeh İddiaçı hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmuş və alimentin tutulmasının əvvəli 07 mart 2018-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(036)- 763/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2008-ci il tarixdə İmişli rayon Qeydiyyat şöbəsində bağlanmış 324 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(036)-2282/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Nümayəndə qarşı sonuncudan xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 150 (bir yüz əlli) manat olmaqla hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan ambulator xəstənin tibbi kartından xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı stenokardiyanın digər formaları, ürəyin işemik xəstəliyi, stenokardiya, 2-ci mərhələ hipertoqniya xəstəliyi, arterial hiperteneziya, 2-ci dərəcə arterial hipertenziya diaqnozu qoyulub. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(106)-2109/2023 saylı qərardadından görünür ki, cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş və İmişli Rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli 2(036)-1054/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İV JQ 388328 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə İmişli rayonunda doğulmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci madəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Hazırda iddiaçı İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, iş № 2(006)- 1054/2018 saylı qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarı azaldılaraq, iddiaçıdan Cavabdeh xeyrinə 14 iyun 2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü ildə təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa 50 (əlli) manat olmaqla cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, hal-hazırda yetkinlik yaşına çatmayan uşaqların cavabdehin himayəsində olmasını, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanılması zəruriliyini, 2024-ci il üçün uşaqlar üçün yaşayış minimumunun məbləğini, ümumilikdə uşaqların üstün mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, iş № 2(006)-1054/2018 saylı qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarı azaldılaraq, iddiaçıdan Cavabdeh xeyrinə 14 iyun 2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü ildə təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa 50 (əlli) manat olmaqla cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulması barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1611/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1611/2024
13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver