Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1613/2025 10.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: alimentin təyin edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdehin əmək haqqının və digər gəlirlərinin 1/4 (dörddə bir) hissəsi qədər alimentin və uşağın üç yaşına çatana qədər iddiaçının saxlanılması üçün 100 manat alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdehin əmək haqqının və digər gəlirlərinin 1/4 (dörddə bir) hissəsi qədər alimentin və uşağın üç yaşına çatana qədər iddiaçının saxlanılması üçün 100 manat alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 dekabr 2023-cü ildə Cavabdeh ilə rəsmi nikah münasibətinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X3 doğulmuşdur. Onlar bir müddət cavabdehlə mehriban ailə kimi yaşadıqdan sonra münasibətlərində müəyyən anlaşılmazlıqlar olmuş və nəticədə aralarında olan nikah İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və nikah pozulduqdan sonra uşaq onun yanında saxlanmışdır. O, heç bir yerdə işləmir, uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh İmişli rayon polis şöbəsində işləyir və əmək haqqı alır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
10. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanunu: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-710/2025 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 13 dekabr 2023-cü il tarixdə İmişli rayon “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, 644 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 cavabdeh İddiaçı yanında saxlanılması qət edilmişdir.
12. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının ananın yanında saxlanılması müəyyən edilsə də, tərəflərin heç birinin aliment tutulması tələbi olmadığı üçün məhkəmə həmin məsələyə münasibət bildirməmişdir. Hazırda iddiaçı onun yanında saxlanılan uşağa görə və uşağın üç yaşına çatana qədər iddiaçının saxlanılması üçün cavabdehdən alimentin tutularaq ona verilməsini tələb edir.
13. Məhkəmə xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin tutulması ilə bağlı aşağıdakıları qeyd edir:
14. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.
16. İş materialına əlavə edilmiş İmişli rayon polis şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh aylıq əmək haqqısı məcburi vergilər çıxılmadan 1546,30 manat təşkil edir.
17. Məhkəmə qeyd edir ki, cavabdeh qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulmasına etiraz etməmiş, həmçinin onun tərəfindən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulmasının onun mənafeyini əhəmiyyətli dərəcədə pozması, əmək haqqının aşağı olmasına baxmayaraq bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi və s. kimi hallar barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
18. Məhkəmə tərəflərin maddi vəziyyətini və qancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulmasının tərəflərin mənafeyini əhəmiyyətli dərəcədə pozmadığını, eləcə də iddiaçının da cavabdeh ilə birgə nikahdan olan uşaqlarını saxlamaq vəzifəsini, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, 2025-ci il üzrə uşaq üçün yaşayış minimumunun 246 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir.
19. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(036)-7/2025 saylı qərardı ilə ərizə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,47 misli həddində aliment tutularaq İddiaçı ödənilməsi və qərardadın xx.xx.2025-ci il tarixdə qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır.
20. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(036)-9/2025 saylı qərardı ilə ərizə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,47 misli həddində aliment tutularaq İddiaçı ödənilməsi və qərardadın xx.xx.2025-ci il tarixdə qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır.
21. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin tutulması hesablanarkən müvəqqəti təminat tədbiri kimi alimentin tutulmasına dair İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(036)- 7/2025 saylı və xx.xx.2025-ci il tarixli 16(036)-9/2025 saylı qərardadları nəzərə alınmalıdır.
22. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
23. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
24. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşına çatana qədər iddiaçının saxlanılması üçün 100 manat alimentin cavabdehdən tutulması ilə bağlı aşağıdakıları qeyd edir:
25. İddiaçı ilə cavabdehin birgə nikahlarından xx.xx.2022-ci il tarixdə X3 doğulmuşdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-710/2025 saylı qətnaməsində qeyd olunur ki, tərəflər nikahlarını İmişli regional “ASAN xidmət” mərkəzi ƏN Qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə bağlanmış və 644 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-710/2025 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur.
26. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşına çatana qədər iddiaçının saxlanılması üçün cavabdehdən 100 manat alimentin tutulmasına etiraz etməmiş, həmçinin həmin məbləbləğin azaldılmasına, həmin vəzifədən azad edilməsi və müəyyən müddətlə məhdudlaşdırılmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
27. Məhkəmə iddiaçının saxlanılması üçün cavabdehdən 100 manat alimentin tutulmasına dair tərəflər arasında sazişin olmadığını, tərəflərin ailə və maddi vəziyyətini, iddiaçın işsiz olmasını, eləcə də nikah pozulduqdan sonra ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvadın məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququnun olmasını, 2025-ci il üzrə yaşayış minimumunun ölkə üzrə 285 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşına çatanadək iddiaçının saxlanılması üçün 100 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir.
28. İddiaçı aliment tələbi barədə ərizəni xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır.
29. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.
31. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 60 manat məbləğində pul Sabirabad 1 saylı Mediasiya təşkilatına ödənilmişdir.
32. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Həmçinin Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 5838 manat təşkil edir ki, həmin iddia tələbi üzrə 78,38 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə köçürülməlidir.
VI. Nəticə:
34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin tutulması hesablanarkən müvəqqəti təminat tədbiri kimi alimentin tutulmasına dair İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(036)-7/2025 saylı və xx.xx.2025-ci il tarixli 16(036)-9/2025 saylı qərardadları nəzərə alınsın. xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşına çatanadək iddiaçının saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq 100 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində rüsum Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 78,38 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev.