Məhkəmə qərarları › İş №2(036)-1620/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1620/2025

28.04.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1620/2025 28.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı Cavabdehnə qarşı “cavabdehlə arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi və ona dəymiş 18000 manat zərərin cavabdehdən alınıb ona verilməsi” tələbi barədə iddia ərizəsinə mülki iş materialları ilə birlikdə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı “cavabdehlə arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi və ona dəymiş 18000 manat zərərin cavabdehdən alınıb ona verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 24 avqust 2024-cü il tarixdə 2024-2025 təsərrüfat ili üçün şəkər çuğunduru məhsulu üzrə qarışıq müqavilə bağlanmış, Cavabdeh MMC həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən İddiaçı ziyan dəymişdir. Məlumatların elektron sorğulanma vərəqəsindən görünür ki, Cavabdeh ********** saylı VÖEN hesabına malik olmaqla ünvan 1 ünvanında qeydiyyatdadır və fəaliyyət istiqaməti şəkər (qənd) istehsalıdır. Məlumatların elektron sorğulanma vərəqəsindən görünür ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və ona ********** saylı VÖEN hesabı verilmişdir. Məhkəmə iddia ərizəsini mülki iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-nin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin məcəllənin 25.1 və 26.1-ci maddələrinə müvafiq olaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə qeyd edir ki, cavabdeh hüquqi şəxsdir və iddiaçı ilə cavabdeh arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aiddir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 152.3 və 152.4-cü maddələrinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə tədqiq edərək yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi və mübahisə onların sahibkarlıq fəaliyyətlərindən irəli gəldiyindən və mübahisə kommersiya məhkəməsinə aid olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin nəzərə alınmaqla Mülki Prosessual Məcəllənin iddianın verilməsi tələblərinə riayət etməsi halında yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar