Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1709/2021 27.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının azaldılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının azaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib İmişli rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş 04.07.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək hər ay 100 (yüz) manat miqdarında aliment müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İmişli rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş 04.07.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment kəsilmişdir.Hazırda himayəsində olan yaşlı valideynlərinin xəstəliyi ilə əlaqədar və işləmədiyindən kəsilmiş məbləğlə alimenti ödəyə bilmir.Ona görə də qət olunmuş alimentin miqdarı dəyişdirilərək hər ay 100 (yüz) manat miqdarında aliment müəyyən edilməsi barədə iddia qaldırmışdır. İşdə olan İmişli rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli 2(036)-604/2020 saylı qətnaməsinin surətinə əsasən 04.07.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə İddiaçı hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentinm ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən qiymət verərək hesab edir ki, birgə nikahdan doğulmuş 04.07.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə müəyyən edilmiş alimentin miqdarının azaldılması üçün heç bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 235, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-1709/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1709/2021
27.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver