Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1731/2020 24.06.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, iddiaçının nümayəndəsi Məmmədov Ehtiram Adıgözəl oğlu və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnа qarşı “aliment öhdəliyinə xitam verilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(036)-235/2018 saylı qətnaməsinə əsasən X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdehnа ödəməli olduğu 200 manat sabit pul məbləğində aliment öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Məmmədov Ehtiram Adıgözəl oğlu iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İmişli Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(036)-235/2018 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş uşaqlar X5 və X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa İmişli Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(036)- 1684/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxxx 2009-cu il təvəllüdlü X5 atası İddiaçı himayəsinə verilmişdir. Hazırda həmin uşaq faktiki olaraq atasının, yəni iddiaçının himayəsindədir. Lakin məhkəmə qətnaməsi ilə həmin uşağa aliment təyin olunduğundan iddiaçının hər ay alimet borcu yaranır. Bu səbəbdən iddiaçı aliment öhdəliyindən azad olunması barədə məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahatında göstərmişdir ki, iddia tələbini tam şəkildə qəbul edir və iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(036)-235/2018 saylı qətnaməsinə əsasən X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdehnа ödəməli olduğu 200 manat sabit pul məbləğində aliment öhdəliyindən azad olunmasını tələb etmiş, cavabdeh isə iddianı yazılı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmalı, İddiaçı İmişli Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(036)-235/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı İmişli Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(036)-235/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1731/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1731/2020
24.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver