Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1929/2020 24.06.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddia ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş 25.05.2003-cü il təvəllüdlü Babaşova İlahə Vəkil qızının və 20.06.2008-ci il təvəllüdlü Babaşov Rəvan Vəkil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay onun xeyrinə hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə 24.09.2009-cuildə İmişli rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Hazırda birgə nikahda olsalar da və bir yerdə yaşasalar da cavabdeh uşağına baxmır, qazancını ona məlum olmayan yerlərə sərf edir.O, uşağını saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Hesab edir ki, cavabdeh aliment ödəməklə uşaqların normal böyüdülməsi üçün ona köməklik etməlidir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh izahatında iddianı tam şəkildə qəbul etdiyini, hər ay iddiaçının xeyrinə hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment ödəməyə etirazının olmadığını bildirdi. Məhkəmə iddiaçını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş 25.05.2003-cü il təvəllüdlü Babaşova İlahə Vəkil qızının və 20.06.2008-ci il təvəllüdlü Babaşov Rəvan Vəkil oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay onun xeyrinə hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etmiş, cavabdeh isə iddianı yazılı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2cimaddəsinəəsasənalimentməhkəməyəmüraciətedildiyivaxtdantutulur. İddiçı alimentin tutulması ilə bağlı 04 iyun 2020-ci il tarixdə məhkəməyə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin tarixdən başlayaraq tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda dövlət rüsumunun miqdarı bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi aliment üzrə bir illik ödəmənin məcmusu 500 manatdan çox olduğundan ödənilməli olan dövlət rüsumunun miqdarı 30 manat məbləğində müəyyən edilməli və iddiaçı aliment tələbinə dair iddia üzrə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddaçı İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 25.05.2003-cü il təvəllüdlü Babaşova İlahə Vəkil qızının və 20.06.2008-ci il təvəllüdlü Babaşov Rəvan Vəkil oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233-234, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddaçı İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 25.05.2003-cü il təvəllüdlü Babaşova İlahə Vəkil qızının və 20.06.2008-ci il təvəllüdlü Babaşov Rəvan Vəkil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulmasının əvvəli 04 iyun 2020-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1929/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1929/2020
24.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver