Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1960/2023 22.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh İmanverdi oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh İmanverdi oğluna qarşı nikahın pozulması və aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə YY Ə N E T D İ: İddiaçı Cavabdeh İmanverdi oğluna qarşı nikahın pozulması və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdehlə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli 507 saylı nikah akt qeydinin pozulması və birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İmanverdi oğlundan hər bir uşaq üçün 220 manat olmaqla, ayda 440 manat sabit pul məbləğində aliment tutulub onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı göstərmişdir ki, o, Cavabdeh İmanverdi oğlu ilə 2008-ci ildə el adəti ilə evlənmiş və xx.xx.2012ci il tarixdə onunla rəsmi nikaha daxil olmuşdur.Onların xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X5 adında uşaqları olmuş və xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş Cavabdeh başqa qadınla yaşaması səbəbindən münasibətləri birdəfəlik pozulmuşdur.Cavabdeh İmanverdi oğlu ilə aralarındakı ər-arvad münasibətlərinin bundan sonra bərpa olunması mümkün deyil.Ona görə də ərizə verib Cavabdeh İmanverdi oğlu ilə aralarında bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 onun yanında qalması və yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh İmanverdi oğlundan hər bir uşaq üçün 220 manat olmaqla, ayda 440 manat sabit pul məbləğində aliment tutulub onun xeyrinə ödənilməsi haqqında iddia qaldırmışdır. Cavabdeh İmanverdi oğlu izahatında göstərmişdir ki, o, İddiaçı ilə 2008-ci ildə el adəti ilə evlənmiş və xx.xx.2012-ci il tarixdə onunla rəsmi nikaha daxil olmuşdur.Onların xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X5 adında uşaqları olmuş və münasibətləri pozulduqundan onunla birdəfəlik ayrılaraq faktiki surətdə başqa qadınla evlənmişdir.İddiaçı ilə aralarındakı ər-arvad münasibətlərinin bundan sonra bərpa olunması mümkün deyil.Ona görə də, cavabdeh İddiaçı ilə aralarında olan nikahın pozulmasına tərəfdardır, lakin aylıq qazancı 300-500 manat olduqundan tələb olunan məbləğdə aliment ödəməyə imkanı yoxdur. İşdə olan AZ-İ №787242 «nikah haqqında şəhadətnaməyə» əsasən Cavabdeh İmanverdi oğlu ilə İddiaçı xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişdir. İşdə olan AZ-İİİ №838210 «doğum şəhadətnaməsi»nin surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2012ci il təvəllüdlü X2 Taleh İmanverdi oğlundan törəmişdir. İşdə olan AZ-İİİ №522721 «doğum şəhadətnaməsi»nin surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2015ci il təvəllüdlü X1 Taleh İmanverdi oğlundan törəmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflər arasında olan ər-arvad münasibətləri pozulmuşdur və həmin münasibətlərin bundan sonra bərpası mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər.Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında razılıq olmadıqda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalmasını müəyyən etməlidir. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən məhkəmə uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar.Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh İmanverdi oğlu arasında xx.xx.2012-ci il tarixdə bağlanmış rəsmi nikah pozulmalı, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X5 azyaşlı olduqlarından ana qayğısına daha çox ehtiyacları olduqu üçün İddiaçı yanında qalmalı, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh İmanverdi oğlundan hər ay sabit pul məbləğində aliment tutulmalı və alimentin miqdarı müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün yaşayış minimumu nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh İmanverdi oğlu arasında xx.xx.2012-ci il tarixdə 507 nömrəli nikah akt qeydi ilə bağlanmış rəsmi nikah pozulsun. Birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X5 İddiaçı yanında saxlansın və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh İmanverdi oğlundan hər bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ayda 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 22 avqust 2023-cü il tarixdən hesablansın. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-1960/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1960/2023
22.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver