Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1973/2020 22.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, İddiaçı və cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus 1 ədəd 20 qram çəkidə 1400 manat dəyərində boyunbağı, 1 ədəd 9 qram çəkidə 630 manat dəyərində qolbağ, 1 ədəd 6 qram çəkidə 420 manat dəyərində tros boyunbağı, 1 ədəd 4 qram çəkidə 280 manat dəyərində klon, 1 ədəd 9 qram çəkidə 630 manat dəyərində hörük qolbağı, 1 ədəd 7 qram çəkidə 490 manat dəyərində qızıl üzük, 1 ədəd 8 qram çəkidə 560 manat dəyərində badam sırğa, 1 ədəd 9 qram çəkidə 630 manat dəyərində üzük, 1 ədəd 5 qram çəkidə 350 manat dəyərində üzük, 1 ədəd 8 qram çəkidə 560 manat dəyərində kitab üzük, 1 ədəd 8 qram çəkidə 560 manat dəyərində paxlava üzük, 1 ədəd 8 qram çəkidə 490 manat dəyərində yarpaq üzük və 1 ədəd 8 qram çəkidə 490 manat dəyərində kişi üzüyündən ibarət qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2013-cü il tarixdə onun Qaradonlu kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq ona məxsus ümumi dəyəri 7560 manat olan 1 ədəd 20 qram çəkidə 1400 manat dəyərində boyunbağı, 1 ədəd 9 qram çəkidə 630 manat dəyərində qolbağ, 1 ədəd 6 qram çəkidə 420 manat dəyərində tros boyunbağı, 1 ədəd 4 qram çəkidə 280 manat dəyərində klon, 1 ədəd 9 qram çəkidə 630 manat dəyərində hörük qolbağı, 1 ədəd 7 qram çəkidə 490 manat dəyərində qızıl üzük, 1 ədəd 8 qram çəkidə 560 manat dəyərində badam sırğa, 1 ədəd 9 qram çəkidə 630 manat dəyərində üzük, 1 ədəd 5 qram çəkidə 350 manat dəyərində üzük, 1 ədəd 8 qram çəkidə 560 manat dəyərində kitab üzük, 1 ədəd 8 qram çəkidə 560 manat dəyərində paxlava üzük, 1 ədəd 8 qram çəkidə 490 manat dəyərində yarpaq üzük və 1 ədəd 8 qram çəkidə 490 manat dəyərində kişi üzüyündən ibarət qızıl-zinət əşyalarını gizli talama yolu ilə oğurlayıb aparmışlar. Faktla bağlı İmişli RPŞ-nin İB-nin sabiq baş müstəntiqi Ramal Şahmarov tərəfindən xx xxxxxx 2013-cü il tarixdə cinayət işi başlanmış, İmişli RPŞ-nin İBnin müstəntiqi Məcid Məcidli tərəfindən xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun işıtirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək izahatında göstərmişdir ki, iddia tələbinə dair etirazı yoxdur, tez bir zamanda iddiaçının pulunu üzərinə düşən hissədə qaytaracaqdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. X4 Məhkəməsi "X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). İş materiallarında olanİmişli RPŞ-nin İB-nin müstəntiqi Məcid Məcidli tərəfindən xx xxx 2020-ci il tarixdəqəbul olunmuş “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2013-cü il tarixdə iddiaçının Qaradonlu kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq ona məxsus 1 ədəd 20 qram çəkidə boyunbağı, 1 ədəd 9 qram çəkidə qolbağ, 1 ədəd 6 qram çəkidə tros boyunbağı, 1 ədəd 4 qram çəkidə klon, 1 ədəd 9 qram çəkidə hörük qolbağı, 1 ədəd 7 qram çəkidə qızıl üzük, 1 ədəd 8 qram çəkidə badam sırğa, 1 ədəd 9 qram çəkidə üzük, 1 ədəd 5 qram çəkidə üzük, 1 ədəd 8 qram çəkidə kitab üzük, 1 ədəd 8 qram çəkidə paxlava üzük, 1 ədəd 8 qram çəkidə yarpaq üzük və 1 ədəd 8 qram çəkidə kişi üzüyündən ibarət qızıl-zinət əşyalarını gizli talama yolu ilə oğurlamaqla iddiaçıya maddi ziyan vurmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona 1 ədəd 20 qram çəkidə 1400 manat dəyərində boyunbağı, 1 ədəd 9 qram çəkidə 630 manat dəyərində qolbağ, 1 ədəd 6 qram çəkidə 420 manat dəyərində tros boyunbağı, 1 ədəd 4 qram çəkidə 280 manat dəyərində klon, 1 ədəd 9 qram çəkidə 630 manat dəyərində hörük qolbağı, 1 ədəd 7 qram çəkidə 490 manat dəyərində qızıl üzük, 1 ədəd 8 qram çəkidə 560 manat dəyərində badam sırğa, 1 ədəd 9 qram çəkidə 630 manat dəyərində üzük, 1 ədəd 5 qram çəkidə 350 manat dəyərində üzük, 1 ədəd 8 qram çəkidə 560 manat dəyərində kitab üzük, 1 ədəd 8 qram çəkidə 560 manat dəyərində paxlava üzük, 1 ədəd 8 qram çəkidə 490 manat dəyərində yarpaq üzük və 1 ədəd 8 qram çəkidə 490 manat dəyərində kişi üzüyündən ibarət qızıl-zinət əşyaları, olmadıqda isə onların dəyəri alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona 1 ədəd 20 qram çəkidə 1400 manat dəyərində boyunbağı, 1 ədəd 9 qram çəkidə 630 manat dəyərində qolbağ, 1 ədəd 6 qram çəkidə 420 manat dəyərində tros boyunbağı, 1 ədəd 4 qram çəkidə 280 manat dəyərində klon, 1 ədəd 9 qram çəkidə 630 manat dəyərində hörük qolbağı, 1 ədəd 7 qram çəkidə 490 manat dəyərində qızıl üzük, 1 ədəd 8 qram çəkidə 560 manat dəyərində badam sırğa, 1 ədəd 9 qram çəkidə 630 manat dəyərində üzük, 1 ədəd 5 qram çəkidə 350 manat dəyərində üzük, 1 ədəd 8 qram çəkidə 560 manat dəyərində kitab üzük, 1 ədəd 8 qram çəkidə 560 manat dəyərində paxlava üzük, 1 ədəd 8 qram çəkidə 490 manat dəyərində yarpaq üzük və 1 ədəd 8 qram çəkidə 490 manat dəyərində kişi üzüyündən ibarət qızılzinət əşyaları, olmadıqda isə onların dəyəri alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1973/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1973/2020
22.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver