Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2054/2024 14.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı Məmmədov Rafı̇ q Saday oğlunun nümayəndəsi X1 iştirak ilə, İddiaçı Məmmədov Rafı̇ q Saday oğlunun cavabdehlər Şükürova Ülvı̇ yyə Rafı̇ q qızı, Kazimov Şamo Daxı̇ l oğlu, Cavabdeh4 Eldənı̇ z qızı, İmı̇ şli Rayonu İmı̇ şli Bələdı̇ yyəsi "Daşinmaz Əmlakin Dövlət Kadastri Və Reyestrı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ nı̇ n 6 Saylı Beyləqan Ərazı̇ İdarəsı̇ , Azərbaycan Respublı̇ kasının Prezı̇ denti Yanında Vətəndaşlara Xı̇ dmət və Sosı̇ al İnnovası̇ yalar üzrə Dövlət Agentlı̇ yı̇ nı̇ n İmı̇ şli Regı̇ onal "Asan Xı̇ dmət" Mərkəzı̇ , Cavabdeh1nə qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədov Rafı̇ q Saday oğlunun cavabdehlər Şükürova Ülvı̇ yyə Rafı̇ q qızı, Kazimov Şamo Daxı̇ l oğlu, Cavabdeh4 Eldənı̇ z qızı, İmı̇ şli Rayonu İmı̇ şli Bələdı̇ yyəsi "Daşinmaz Əmlakin Dövlət Kadastri Və Reyestrı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ nı̇ n 6 Saylı Beyləqan Ərazı̇ İdarəsı̇ , Azərbaycan Respublı̇ kasının Prezı̇ denti Yanında Vətəndaşlara Xı̇ dmət və Sosı̇ al İnnovası̇ yalar üzrə Dövlət Agentlı̇ yı̇ nı̇ n İmı̇ şli Regı̇ onal "Asan Xı̇ dmət" Mərkəzı̇ , Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İmı̇ şli rayonu İmı̇ şli Bələdı̇ yyəsi ilə Şükürova Ülvı̇ yyə Rafı̇ q qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli AN-İ serialı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş RX seriyalı 138019 saylı xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi, cavabdehlər X2 ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi və Cavabdeh4nın adına verilmiş çıxarışın ləğv edilməsi, Cavabdehlər cavabdehlər Şükürova Ülvı̇ yyə Rafı̇ q qızı ilə Kazimov Şamo Daxı̇ l oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli icra müqaviləsinin ləğv edilməsi, cavabdeh Kazimov Şamo Daxı̇ l oğlunun hesabına İmişli şəhəri¸N.Savalanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 0.0222 ha torpaq sahəsindən çıxarılması və boşaldılaraq həmin sahəni İddiaçı təhvil verilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, ona İmişli şəhəri, M.Əzizbəyov küçəsi 81 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsinin 100 kv/m hissəsində müasir tələblərə uyğun mağaza binasının tikintisinə icazə verilmişdir. Onun xəbəri və məlumatı olmadan məlum torpaq sahəsi xx.xx.2018-ci il tarixdə 3-cü cavabdeh İmişli rayon İmişli bələdiyyəsi tərəfindən özəlləşdirilmişdir və 15 gündən sonra ümumi dəyəri 100000 (yüz minjmanatdan çox olan əmlakı 371 manata alğı-satqı yolu ilə qızım Cavabdeh2 satılmışdır. Bütün bu illər ərzində məlum qeyri-yaşayış sahəsindən icarə haqları əldə edirdim. Bu ilin iyun və iyul aylarında icarə haqqı ödənilməmiş, bunu aydınlaşdıran zaman aydın olmuşdur ki, məlum qeyri-yaşayış sahəsi qanunsuz özəlləşdirilmişdir. Məlum mübahisəli torpaq sahəsi xx.xx.2022-ci il tarixdə digər Cavabdeh3 icarəyə verilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə qızı digər cavabdeh nəvəsinə bağışlama müqaviləsi ilə məlum qeyri-yaşayış sahəsini bağışlayır. Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Qanunvericiliyin bütün bu normativ aktları İmişli bələdiyyəsi və digər cavabdehlər qızı və nəvəsi tərəfindən kobud şəkildə pozulmuşdur. Beləki, məlum torpaq sahəsinin real bazar qiyməti 371 manat yox, 100000 (yüz min)manatdan çox bir vəsaiti təşkil edir, həmçinin xx.xx.2018-ci il tarixdə alğı-satqı olmuş və 5 il tamam olmamış, yəni xx.xx.2023-cü il tarixdə məlum torpaq sahəsi özgəninkiləşdirilmişdir. Cavabdehlər İmişli rayon İmişli bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* sayylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etirbarsız hesab edilməsi; Cavabdeh2 adına verilmiş RX seriyalı 138019 saylı xx.xx.2018-ci il tarixli Çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh2 ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsisinin ləğv edilməsi, Cavabdeh4nın adma verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli İcarə müqaviləsin ləğv edilməsi; Cavabdeh3 hesabına İmişli rayonu, N.Savalanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 0.0222 ha torpaq sahəsindən çıxardılması və boşaldılaraq həmin sahəni İddiaçı təhvil verilməsi, həmçinin dövlət rüsumu kimi ödədiyim 100 manat pul vəsaitini cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xaiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Məmmədov Rafı̇ q Saday oğlu iddia tələbini müdafiə edərək pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəmə araşdırılmasının davam etdirilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş İmiş Bələdiyyəsinin 11 sentyabr 2018-ci il tarixli 20 saylı protokolunun 3 saylı qərarından çıxarışdan görünür ki, İmişli Bələdiyyəsinin ümumi iclası çıxış və təklifləri dinləyərək "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"-nin 23-cü maddəsi əsas tutularaq qərara alınmışdır ki, Azərbaycan Respublikası DƏDRX-nin 6 saylı Ərazi idarəsindən daxil olmuş prespektiv sənədlərə əsasən şəhərin N.Savalanov küçəsində yaşayış sahəsinin inkişafı üçün cəlb olunan torpaqdan İmişli Bələdiyyəsinin alqı-satqı predimeti olan 222 kv.m və ya 0.022 ha torpaq sahəsi müsabiqədən kənar fərdi yaşayış evinin tikintisi məqsədilə İmişli şəhərində yaşayan və 5 ildən artıq qeydiyyatda olan Cavabdeh2 mülkiyyətinə verilsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. İddiaçı hazırki iddia tələbi ilə Cavabdeh2 adına verilmiş RX seriyalı 138019 saylı xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsini tələb etsə də, həmin çıxarış inzibati akt hesab edilən – İmişli Bələdiyyəsinin 11 sentyabr 2018-ci il tarixli 3 saylı qərarı əsasında qeydiyyata alınmış mülkiyyət hüququ əsasında verildiyi üçün hazırki iddia tələbinə ümumi məhkəmədə baxıla bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarına əsasən: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Beləliklə, göründüyü kimi iddiaçı Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Buna görə də, Məmmədov Rafı̇ q Saday oğlunun – cavabdehlər Şükürova Ülvı̇ yyə Rafı̇ q qızı, Kazimov Şamo Daxı̇ l oğlu, Cavabdeh4 Eldənı̇ z qızı, İmı̇ şli Rayonu İmı̇ şli Bələdı̇ yyəsi "Daşinmaz Əmlakin Dövlət Kadastri Və Reyestrı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ nı̇ n 6 Saylı Beyləqan Ərazı̇ İdarəsı̇ , Azərbaycan Respublı̇ kasının Prezı̇ denti Yanında Vətəndaşlara Xı̇ dmət və Sosı̇ al İnnovası̇ yalar üzrə Dövlət Agentlı̇ yı̇ nı̇ n İmı̇ şli Regı̇ onal "Asan Xı̇ dmət" Mərkəzı̇ , Cavabdeh1nə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262-ci maddəsinə əsasən: İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X4 iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Məmmədov Rafı̇ q Saday oğlunun cavabdehlər Şükürova Ülvı̇ yyə Rafı̇ q qızı, Kazimov Şamo Daxı̇ l oğlu, Cavabdeh4 Eldənı̇ z qızı, İmı̇ şli Rayonu İmı̇ şli Bələdı̇ yyəsi "Daşinmaz Əmlakin Dövlət Kadastri Və Reyestrı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ nı̇ n 6 Saylı Beyləqan Ərazı̇ İdarəsı̇ , Azərbaycan Respublı̇ kasının Prezı̇ denti Yanında Vətəndaşlara Xı̇ dmət və Sosı̇ al İnnovası̇ yalar üzrə Dövlət Agentlı̇ yı̇ nı̇ n İmı̇ şli Regı̇ onal "Asan Xı̇ dmət" Mərkəzı̇ , Cavabdeh1nə qarşı çıxarşın ləğv edilməsi tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Ərizə ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah olunsun ki, müvafiq iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-2054/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2054/2024
14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver