Məhkəmə qərarları › İş №2(036)-2133/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2133/2024

28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2133/2024 28.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı, iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları xx.xx.2022-cu il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdehin ümumi gəlirlərinin 1/3 hissəsinin cavabdehdən tutulması və sənədlərinin məhkəməyə təqdim etdiyi gündən alimentin hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2020-ci ildə faktiki ailə münasibətinə girərək evlənmişdir. Bu münasibəti xx.xx.2022-ci ildə rəsmiləşdirərək rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X3 anadan olmuşdur. Qeyd edir ki, o, Cavabdeh ilə ailə həyatı qurandan sonra ilk vaxtlar ailə münasibətləri normal olmuş, ancaq bir müddət sonra cavabdehlə aralarında olan ailə münasibətləri pozulmağa başlamışdır. Beləki cavabdeh madii və mənəvi olaraq ona və övladlarına baxmır. İşsiz xanım olaraq övladlarının tələbatlarını ödəməyə imkanı çatmır. Hal-hazırda Cavabdeh hərbi xidmətdə işləyir və yüksək əmək haqqı alır. Beləki, övladları xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin umumi gəlirinin 1/3 hissəsini istəyir. Qeyd edir ki, cavabdehlə aralarında olan nikah pozulmayıb. İddia ərizəsinə mediatorun təqdim etdiyi arayışı da əlavə edir. İddiaçı iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddiaçının hərbi xidmətdə işlədiyini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı bildirilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İmişli regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 507308 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah 25 noyabr 2022-ci il tarixdə bağlanmış, 707 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir; İş materiallarına əlavə olunmuş İmişli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 769555 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin 21 sentyabr 2022-ci il tarixdə X4 Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir; İş materiallarına əlavə olunmuş İmişli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 920636 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin 02 mart 2024-cü il tarixdə X3 Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə nihaka daxil olmuşlar. xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2024cü il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflər hazırda faktiki olaraq ayrı yaşayırlar. Uşaqlar anası ilə yaşayır, cavabdeh uşağların saxlanılması üçün iddiaçıya maddi köməklik göstərmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (AM 76.2) Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iş materiallarını və məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə Cavabdeh xx.xx.2022-cu il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 atası olması, eləcə də rəsmi iş yeri olmaqla əmək haqqı alması işin mübahisəsiz halıdır. Ona görə də, İddiaçı cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşağın mənafeyini, onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı uşağı xx.xx.2022-cu il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması uşağın mənafeyi baxımından məqsədə uyğundur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cavabdeh tərəfin “bir uşaq üçün əmək haqqının 1/4 miqdarı məbləğində alimentin tutulmasına” dair mövqeyinə münasibət bildirərək qeyd edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından iki uşağı var və iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş həddə aliment tələb edir. Hazırda alimentin daha az məbləğdə tutulması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hər bir halda uşaqların yetkinlik yaşına çatanadək saxlanması, eləcə də, uşağın yetkinlik yaşına çatanadək ödənilməsi nəzərdə tutulmuş alimentin valideyndən tutulması uşaqların maddi rifahının, müəyyən dərəcədə yüksək təmin edilməsi məqsədini daşıyır. Uşaqları saxlamaq, mümkün qədər onların maddi təminatlarının ödənilməsi hər bir valideynin konstitusiyon vəzifəsi kimi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-cu il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün 16 sentyabr 2024-cü il tarixdən hesablanaraq hər ay Cavabdeh qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2022-cu il təvəllüdlü X2 və xx.xx.2024cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay Cavabdeh ümumi gəlirinin 1/3 hissəsi tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar