Məhkəmə qərarları › İş №2(036)-2181/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2181/2024

30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2181/2024 30.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlu, İddiaçı Cavabdeh maraqlı şəxs qismində Maraqlı şəxsnə qarşı “aliment borcunun ödənilməsi” barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qəyyumluğunda olan xx.xx.2015-ci il təvəllüdlü nəvəsi X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İmişli Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğindən borclu qaldığı 2190 (iki min yüz doxsan) manat pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən məhkəmə qərarının icrasının zamanı həll edilməli olan məsələ ilə bağlı ayrıcı iddia formasında məhkəməyə müraciət edilmişdir. Hazırki iddia tələbi ilə İddiaçı Cavabdeh qəyyumluğunda olan xx.xx.2015-ci il təvəllüdlü nəvəsi X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İmişli Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğindən borclu qaldığı 2190 (iki min yüz doxsan) manat pulun ona verilməsi xahiş etmişdir. İş materiallarında müəyyən edilir ki, üçün İmişli Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyi üçün icra yönəldilmişdir. Belə olan halda qətnamə ilə müəyyən edilən hala məhkəmə tərəfindən qiymət verilə bilməz. İcra mərhələsində icra məmurunun qərarlarından (hərəkət və ya hərəkətsizliyindən) məhkəməyə şikayət edilə bilər. Eyni zamanda maraqlı şəxsin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində xüsusi icraat proses iştirakçısı kimi nəzərdə tutulsa da, hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edilsə də, maraqlı şəxs qismində Maraqlı şəxs göstərilmişdir. Belə olan halda, iddiaçı ərizəni qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, İddiaçı tərəfindən ərizə tərtib edilərkən qanunvericiliyin tələbi pozulduğundan, iddia icraatı qaydasında verilməli olan tələbi xüsusi icraat qaydasında verdiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.1, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh maraqlı şəxs qismində Maraqlı şəxsnə “aliment borcunun ödənilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar