Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2197/2023 23.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili X10, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllülü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün bir uşağa görə hər ay 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X11 ilə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikah dövründə onların 2 övladı olmuşdur. Bir müddət cavabdehlə mehriban ailə kimi yaşadıqdan sonra ər-arvad münasibətləri pozulmuşdur. Cavabdehlə 2015-ci ilin may ayında faktiki olaraq ayrılmışlar. O, X11 ilə birlikdə yaşadığı müddətdə İmişli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(036)-1016/2013 saylı qətnaməsi ilə nikahlarının pozulmasından xəbəri olmamışdır. 2014-cü ilin may ayında X11 başqa biri ilə evləndiyini bildirdi. Bundan sonra o, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(036)-3602/2015 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 hər ay bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Sonradan alimentin artırılması ilə bağlı yenidən məhkəməyə müraciət etmiş və İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(036)-2688/2017 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 hər ay bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. X11 pensiya aldığı üçün aliment hər ay mütəmadi olaraq onun pensiyasından ödənilirdi. Lakin 2020-ci ildə pensiya kəsildiyi üçün aliment ödənilmir. X1 15000 manatdan çox aliment borcu mövcuddur və o aliment ödəməkdən imtina edir. Uşaqların tələbatları getdikcə artır, geyim əşyalarının alınması, tibbi müayinə və müalicə olunmasından ötrü xeyli vəsait lazımdır. Bunları tək başına qarşılamaq qadın kimi çox çətindir. X5 valideynləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəruri vəsaitə malikdirlər, yüksək məbləğdə pensiya alırlar. Amma buna baxmayaraq uşaqların saxlanması üçün heç bir köməklik göstərmirlər. Bu səbəbdən də, uşaqların təhsilini, tələbatını nəzərə alaraq onların yetkinlik yaşına çatana qədər saxlanması üçün bir uşağa görə hər ay 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment cavabdehlərdən alınaraq ona verilməlidir.
3. İmişli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(036)-1016/2013 saylı qətnaməsi ilə İddiaçı və X5 arasında bağlanmış xx.xx.2012-ci il tarixli nikah pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X12 anası İddiaçı yanında qalmaqla, yetkinlik yaşına çatanadək saxlanması üçün X4 hər ay 93 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
4. İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(036)-3602/2015 saylı qətnaməsi ilə X4 xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
5. İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(036)-2688/2017 saylı qətnaməsi ilə X4 xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
6. İddia ərizəsi İmişli Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olaraq hakim Ülvi Qənbərovun icraatına qəbul edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə yazaraq mülki işə hakim Ülvi Qənbərovun icraatında baxılmasına etiraz etmişdir.
7. İmişli Rayon Məhkəməsinin 2(036)-2197/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə etiraz təmin edilmişdir.
8. İmişli RİHB-nın Xəlfəli KİƏDN-nin xx.xx.2023-cü il tarixli 220 nömrəli arayışı ilə müəyyən olunur ki, X11 və X8 hal-hazırda azadlıqdan məhrum edilmişlər. Onların iki az yaşlı övladları xx.xx.2015-ci il təvəllüdlü Dənix və xx.xx.2018-ci il təvəllüdlü Banuçiçək halhazırda babası Cavabdeh1 və nənəsi Cavabdeh2 himayəsində yaşayırlar.
9. İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 175761/2022-37-14 arayışı ilə müəyyən olunur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)- 1529/2022 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 aldığı pensiya məbləğindən hər ay 168.83 manat pul vəsaiti elektron qaydada tərtib olunmuş inkasso sərəncamı vasitəsi ilə tələbkar X6 xeyrinə tutulur.
10. İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 175761/2022-37-14 arayışı ilə müəyyən olunur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)- 1854/2021 saylı icra vərəqəsinə əsasən Cavabdeh2 aldığı pensiya məbləğindən hər ay 189.69 manat pul vəsaiti elektron qaydada tərtib olunmuş inkasso sərəncamı vasitəsi ilə tələbkar "xxxx" MMC-nin xeyrinə tutulur.
11. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili X10 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdilər.
13. Cavabdeh1, Cavabdeh2 və vəkili X3 iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş edirlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstıtusiyası
14. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur.
15. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyası
16. Maddə 27. Hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
17. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.
19. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
20. Maddə 89. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
22. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.
23. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
24. Maddə 19.1 Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
30. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir.
31. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı və X11 xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikah dövründə onların xx.xx.2011-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Yusif adlı uşaqları doğulmuşdur. Bir müddət mehriban ailə kimi yaşadıqdan sonra ər-arvad münasibətləri pozulmuşdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(036)-1016/2013 saylı qətnaməsi ilə İddiaçı və X5 arasında bağlanmış xx.xx.2012-ci il tarixli nikah pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X12 anası İddiaçı yanında qalmaqla, yetkinlik yaşına çatanadək saxlanması üçün X4 hər ay 93 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(036)-3602/2015 saylı qətnaməsi ilə X4 xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(036)-2688/2017 saylı qətnaməsi ilə X4 xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İmişli RİHB-nın Xəlfəli KİƏDN-nin xx.xx.2023-cü il tarixli 220 nömrəli arayışı ilə müəyyən olunur ki, X11 və X8 hal-hazırda azadlıqdan məhrum edilmişlər. Onların iki az yaşlı övladları xx.xx.2015-ci il təvəllüdlü Dənix və xx.xx.2018-ci il təvəllüdlü Banuçiçək hal-hazırda babası Cavabdeh1 və nənəsi Cavabdeh2 himayəsində yaşayırlar. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-1529/2022 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 aldığı pensiya məbləğindən hər ay 168.83 manat pul vəsaiti elektron qaydada tərtib olunmuş inkasso sərəncamı vasitəsi ilə tələbkar X6 xeyrinə tutulur. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1854/2021 saylı icra vərəqəsinə əsasən Cavabdeh2 aldığı pensiya məbləğindən hər ay 189.69 manat pul vəsaiti elektron qaydada tərtib olunmuş inkasso sərəncamı vasitəsi ilə tələbkar "xxxx" MMC-nin xeyrinə tutulur.
32. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
33. Qanunvericiliyin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“ Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
35. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.
36. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.
37. Qeyd edilən maddi hüquq normasının tələbindən də göründüyü kimi baba və nənə nəvələrinə o halda aliment ödəmək vəzifəsi daşıyır ki, onların zəruri vəsaitləri olsun.
38. İddiaçı cavabdehlərin zəruri vəsaitə malik olması və əlavə gəlirləri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
39. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X15