Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2201/2023 19.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki,o, X6 ilə 2019-cu ildə faktiki nikahla evlənərək Ukraynanın Nikolayevsk şəhərində onunla ər-arvad kimi birlikdə yaşamışdır. Onların xx.xx.2020-ci il təvəllüdlü X5 adında uşaqları olmuş və münasibətləri pozulması səbəbindən birdəfəlik ayrılmışlar. İmişli rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)1524/2021 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq onun xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment kəsilmiş, lakin X6 gizlənərək indiyədək heç bir məbləğ ödəməmişdir. Uşağın böyüməsi ilə onun saxlanılması üçün tələb olunan vəsait ilbəil artır və o, uşağın maddi ehtiyacının təmin olunmasında çətinlik çəkir. Ona görə də, uşağın nənəsi Cavabdeh onun xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulması barədə iddia qaldırmşdır. İşdə olan İ-FP №323102 saylı «doğum şəhadətnaməsinin» surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 Murad İsrayıl oğlundan törəmişdir. İşdə olan İmişli rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1524/2021 saylı qətnaməsinin surətinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 Rəvanə İdris qızının yanında qalmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə cavabdeh X3 hər ay 150 (yüz əlli) manat sabit məbləğində aliment tutulması müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» AR Qanunun 13-cü maddəsinə əsasən uşağın AR qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. АR Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlanılmasının qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı və X3 törəmiş xx.xx.2020-ci il təvəllüdlü X4 öz valideynlərinin hər birindən maddi yardım almaq hüququ olduğu və nənəsi Cavabdehnun aliment ödəməkdən ötrü zəruri vəsaitə malik olmadığı nəzərə alınaraq İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 235, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-2201/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2201/2023
19.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver