Məhkəmə qərarları › İş №2(036)-2211/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2211/2024

14.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2211/2024 14.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı, iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh ümumi gəlirinin 1/3 hissəsinin cavabdehdən tutulması və sənədlərinin məhkəməyə təqdim etdiyi gündən alimentin hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh ümumi gəlirinin 1/4 hissəsinin cavabdehdən tutulması və sənədlərinin məhkəməyə təqdim etdiyi gündən alimentin hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2018-ci ildə faktiki ailə qurmuşlar. xx.xx.2019-cu il təvəllüdlü X2 anadan olmuşdur. Belə ki İddiaçı Cavabdeh ilə ailə həyatı qurduqdan sonra ilk vaxtlar ailə münasibətləri normal olduqunu, lakin bir müddətdən sonra Cavabdeh ilə aralarında olan ailə münasibəti pozulmuşdur. Cavabdeh maddi və mənəvi olaraq ona və birgə nikahlarından doğulmuş övladına baxmadığını bildirmişdir. İşsiz bir xanım olaraq övladının təlabatlarını ödəyə bilmədiyini qeyd etmişdir . Hal-hazırda Cavabdeh hərbi xidmətdə işləyir və yüksək əmək haqqı aldığını bildirmişdir. Ona görən də, övladı xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin ümumi gəlirinin 1/3 hissəsini istəyir. Bildirir ki, cavabdeh Cəfərov X3 rayonu, Muradxan kəndində qeydiyyatda olmasına baxmayaraq, İddiaçı övladı ilə birlikdə İmişli rayonu, Göbəktala kəndində yaşayır. Övladının az yaşli olmasını və maddi vəziyyətini nəzərə alaraq onun işinə İmişli rayon məhkəməsində baxılmasını xahiş etmişdir. İddiaçı iclasında iştirak edən İddiaçı dəqiqləşmiş iddia tələbini müdafiə edərək ailə münasibətlərinin pozulduğunu, ayrı yaşadığını, Cavabdeh uşağa baxmadığını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı bildirilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş İmişli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 401927 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin 26 avqust 2019-cu il tarixdə X2 Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 atası hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 2018-ci il tarixdə faktiki ailə münasibəti qurmuşdurlar. xx.xx.2019-cu il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 atası hesab edilmişdir. Tərəflər hazırda faktiki olaraq ayrı yaşayırlar. Uşaq anası ilə yaşayır, cavabdeh uşağın saxlanılması üçün iddiaçıya maddi köməklik göstərmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (AM 76.2) Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iş materiallarını və məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 atası olması eləcə də rəsmi iş yeri olmaqla əmək haqqı alması işin mübahisəsiz halıdır. Ona görə də, İddiaçı cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşağın mənafeyini, onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı uşağı xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh qazancının 1/4 hissəsi miqdarında alimentin tutulması uşağın mənafeyi baxımından məqsədə uyğundur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cavabdeh tərəfin “bir uşaq üçün əmək haqqının 1/4 miqdarı məbləğində alimentin tutulmasına” dair mövqeyinə münasibət bildirərək qeyd edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından bir uşağı var və iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş həddə aliment tələb edir. Hazırda alimentin daha az məbləğdə tutulması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hər bir halda uşaqların yetkinlik yaşına çatanadək saxlanması, eləcə də, uşağın yetkinlik yaşına çatanadək ödənilməsi nəzərdə tutulmuş alimentin valideyndən tutulması uşaqların maddi rifahının, müəyyən dərəcədə yüksək təmin edilməsi məqsədini daşıyır. Uşaqları saxlamaq, mümkün qədər onların maddi təminatlarının ödənilməsi hər bir valideynin konstitusiyon vəzifəsi kimi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 26 sentyabr 2024-cü il tarixdən hesablanaraq hər ay Cavabdeh qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək Cavabdeh ümumi gəlirinin 1/4 hissəsin tutulub İddiaçı xeyrinə ödənilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh ümumi gəlirinin 1/4 hissəsi tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar