Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2304/2021 15.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların qeyri-rəsmi nikah münasibətləri rəsmiləşdirilməmişdir. Birgə nikahlarından 16 iyul 2013-cü ildə “Dəniz” və 11 aprel 2015-ci ildə “Davud” adlı 2 (iki) uşaqları anadan olmuşdur. Onların qeyri-rəsmi nikah münasibətləri rəsmiləşdirilmədiyi üçün uşaqlarının atalığı müəyyən edilməklə, doğum haqqında şəhadətnamə alınmışdır. Belə ki, qeyri-rəsmi nikahlarından 16 iyul 2013-cü ildə anadan olmuş “Dəniz” və 11 aprel 2015-ci ildə “Davud” adlı uşağının atası Cavabdehdur. Ailə qurduqdan sonra bir müddət ərzində qarşılıqlı hörmət prinsipi əsasında mehriban ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə münasibətləri pisləşməyə başlamış və o, ayrılmaq məcburiyyətində qalmışdır. Keçmiş həyat yoldaşı Tural ailənin qayğıları ilə maraqlanmamış, ona, o cümlədən, ailəyə qarşı laqeyd münasibət bəsləmişdir. Bütün bunların nəticəsində artıq uzun müddətdir ki, onların ailə münasibətləri pozulmuş, birgə təsərrüfat aparmır və faktiki olaraq ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları X3 və Qulizadə Davud Tural oğlu hal-hazırda onun himayəsindədirlər. Özü isə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə valideynlərinin yanında yaşamaq məcburiyyətində qalmışdır. Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları Dənizin və Davudun qayğıları ilə maraqlanmır, onlara ata qayğısı, nəvazişi göstərmir. Bundan başqa, özü heç bir yerdə işləmir və yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə valideynlərinə sığınaraq, onların yanında yaşamaq məcburiyyətində qalmışdır. O, artıq uşaqlarını saxlamaqda, gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Cavabdeh Sumqayıt şəhərində yerləşən xalça mağazalarının birində satıcı vəzifəsində işləyir, yəni müəyyən məbləğ qazancı vardır. Hesab edir ki, hər bir valideyn, hər ata öz doğma övladına layiqincə həm maddi, həm də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirməlidir. Lakin Tural yetkinlik yaşına çatmayan uşaqları Dənizə və Davuda layiqincə nə maddi, nə də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirir. Düzdür, özünün valideynləri də nənə-baba kimi ona maddi cəhətdən köməklik edir. Lakin bu hal Turalı bir valideyn, bir ata kimi öz doğma övladını saxlamaq, onun qayğıları ilə maraqlanmaq vəzifəsindən və məsuliyyətindən azad etmir. Eyni zamanda, hesab edir ki, uşağın hər yaş həddində əsl valideyn məhəbbətinə, valideyn qayğısına ehiyacı vardır. Bütün bunlara baxmayaraq, o, Cavabdeh maddi imkanını nəzərə alaraq, hər ay qazancından ümumilikdə 350 (üç yüz əlli) AZN sabit pul məbləğində deyil, 250 (iki yüz əlli) AZN sabit pul məbləğində alimentin tutularaq, özünün xeyrinə ödənilməsini tələb edir. Bu səbəbdən də, o, Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, birgə nikahlarından 16 iyul 2013-cü ildə anadan olmuş X2 və 11 aprel 2015-ci ildə anadan olmuş Qulizadə Davud Tural oğlunun yetkinlik yaşına çatanadək saxlanmağı üçün hər ay Cavabdeh qazancından hər bir uşağa 125 (yüz iyirmi beş) AZN sabit pul məbləğində, ümumilikdə 250 (iki yüz əlli) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 310286 №-li, 28 avqust 2017-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Rəfail oğlu 16 iyul 2013-cü ildə İddiaçı doğulmuş “X2” atasıdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 310287 №-li, 28 avqust 2017-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Rəfail oğlu 11 aprel 2015-ci ildə İddiaçı doğulmuş “Qulizadə Davud Tural oğlunun” atasıdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 970072 №-li, 28 avqust 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 16 iyul 2013-cü ildə İmişli şəhərində anadan olmuş X2 atası “Cavabdeh” və anası “İddiaçı”dır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 970073 №-li, 28 avqust 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 11 aprel 2015-ci ildə İmişli şəhərində anadan olmuş Qulizadə Davud Tural oğlunun atası “Cavabdeh” və anası “İddiaçı”dır. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar, onların qeyri-rəsmi nikahdan 16 iyul 2013-cü ildə “Dəniz” və 11 aprel 2015-ci ildə “Davud” adlı 2 (iki) uşağı anadan olmuş, Cavabdeh 16 iyul 2013-cü ildə İddiaçı doğulmuş “X2” və 11 aprel 2015-ci ildə anadan olmuş “Qulizadə Davud Tural oğlunun” atasıdır. Bundan başqa, tərəflərin qeyri-rəsmi nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları X3 və Qulizadə Davud Tural oğlu iddiaçı (ana) İddiaçı himayəsindədirlər. Bundan başqa, İddiaçı deməsinə görə o, heç bir yerdə işləmir, rəsmi iş yeri və qazancı (gəliri) yoxdur, Cavabdeh fərdi əmək ilə məşğul olur, müəyyən məbləğ qazancı vardır, lakin rəsmi iş yeri yoxdur və müntəzəm əmək haqqı almır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarının 8.1-ci bəndində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). Həmin Qərarın 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair 27 yanvar 2015-cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qərarda qeyd edilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq, o cümlədən, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları X2 və Qulizadə Davud Tural oğlunun fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, Cavabdeh uşağın saxlanması üçün aliment ödəmək öhdəliyini, uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, aliment verməyə borclu olan cavabdehin (ata) aliment verməsinə dair maddi imkanlarını, eləcə də, iddiaçının (ana) uşaqların gündəlik tələbatını qarşılamaqda maddi imkansızlığını (...ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla...) nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından 16 iyul 2013-cü ildə anadan olmuş X2 və 11 aprel 2015-ci ildə anadan olmuş Qulizadə Davud Tural oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 10 sentyabr 2021-ci il tarixdən etibarən hər bir uşağa görə 125 (yüz iyirmi beş) AZN sabit pul məbləğində, ümumilikdə 250 (iki yüz əlli) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından 16 iyul 2013-cü ildə anadan olmuş X2 və 11 aprel 2015-ci ildə anadan olmuş Qulizadə Davud Tural oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 10 sentyabr 2021-ci il tarixdən etibarən hər bir uşağa görə 125 (yüz iyirmi beş) AZN sabit pul məbləğində, ümumilikdə 250 (iki yüz əlli) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamə qəbul edildikdən sonra dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-2304/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2304/2021
15.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver