Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2317/2021 01.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı nümayəndəsi X11 və Cavabdehn nümayəndəsi X17 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən vurulmuş maddi zərərin əvəzi olaraq 20000 manat, mənəvi zərərə görə 100000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 120030 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İmişli rayon X12 21 may 2019-cu il tarixli qərarına əsasən X8 ehtiyatsızlıqdan öldürülməsi faktına görə Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Belə ki, verilmiş ittihama görə X4 21 may 2019-cu il tarixdə saat 14:30 radələrində Azərbaycan Respublikasınm Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) olmadan fəhlə kimi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi İmişli şəhəri Xiyabani küçəsi 1 ünvanda yerləşən Cavabdeh MMC-nin Araq istehsalı sexində Azərbaycan Respublikasmın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentlivinin Daşınar əmlakm rəsmi reyestrinin avtomatlaşdırılmış informasiva sistemində dövlət qeydiyyatmdan keçirilməyən “GOODSENSE FB 25” markalı ********* seriya nömrəli mexaniki nəqliyyat vasitəsi olan yükləyicini idarəetmə hüququ olmadan idarə edərək, adamların işlədiyi sahəyə daxil olub, yaxınlığında adamların olmamasına əmin olmadan yükləyicinin idarə etməsini itirib arxaya doğru hərəkət etdirməklə “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydalarının 7.28-ci bəndinin, “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29-cu bəndinin tələblərini pozaraq, yükləyicinin arxası ilə həmin yerdə hərəkətdə olan və "Azər Alko” MMC-yə Azərbaycan Respublikasınm Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) olmadan işlərin (xidmətlərin) yerinə vetirilməsinə cəlb edilmiş X9 yükləyicinin arxası ilə sexin divarına sıxaraq sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə X9 ehtiyatsızlıqdan öldürmüşdür. İmişli rayon Prokurorluğunun miistəntiqi Ləman Səmədzadənin 06 iyun 2019-cu il tarixli qərarına əsasən X5 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Biləsuvar rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli hökmünə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarına əsasən Biləsuvar rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa İmişli rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli, 1(036)- 5/2021 saylı hökmünə əsasən X3 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə toqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan məhkəmə hökmlərindən göründüyü kimi mərhum X8 ölməsində günahkar “Azər Alko" MMC-nin işçisi X6 günahkar bilinmiş, eyni zamanda Cavabdeh MMC- nin direktoru X7 tərəfindən MMC-də texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilmədiyinə görə CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinmiş və onun barəsində olan məhkəmə hökmü qüvvəyə minmişdir. X1 Cavabdeh MMC-nin işçisi olması onun təqsiri üzündən X8 ölməsi, Z.Abdullayevin CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsini işin mübahisə edilməyən halıdır və Biləsuvar rayon Məhkəməsinin hökmü ilə təsdiq edilir. Zərərin Cavabdeh MMC-nin işçisi olmuş Z.Abdullayevin təqsiri üzündən baş verməsi iş materiallarında olan hökmlə təsdiq edilir. Buna görə də cavabdeh “Azər Alko" MMC-nin öz işçisinin vurduğu zərərə görə deliktdən irəli gələn öhdəliyi vardır. Beləliklə məlum hadisə ilə əlaqədar mərhum üçün dəfn və yas mərasimləri təşkil edilmiş, bunun üçün ümumilikdə 20000 manat pul sərf edilmişdir. Belə ki, təkcə qəbirüstü abidənin qoyulmasına 5000 manat pul sərf edilmiş, qalan 15000 manat isə yas mərasimi üçün xərclənmişdir. Bundan əlavə mərhum X8 ölməsi nəticəsində üç qız uşağı anasız, o isə bir ana olaraq övladsız qalmışdır. Bu isə bütöv ailənin hədsiz mənəvi iztirab, sarsıntı keçirməsinə səbəb olmuşdur. Ona görə də hesab edir ki, mənəvi zərərə görə cavabdehdən 100000 manat məbləğində pul alınıb ona verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X18 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və əlavə olaraq izahatında göstərdi ki, cavabdeh tərəfindən onlara dəymiş ziyanın qarşılığı kimi 1500 manat pul verilmiş, yas mərasimində də eşitdiyimə görə su veriblər. Bu isə maddi ziyanın qarşılığını ödəmir, başqa heç bir köməklik olunmamışdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdehn nümayəndəsi X19 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, X8 ölməsinə səbəb olan şəxslər hazırda həbsdədir və cəza çəkirlər. Həmin şəxslər Cavabdeh işçiləri olduğundan Cəmiyyət olaraq zərər çəkmiş şəxsin ailəsinə dəfn və yas mərasimləri üçün bütün lazımı xərclər ödənilmişdir. Belə ki, Cəmiyyətin nümayəndəsi olaraq onun özü şəxsən yas mərasimi üçün lazımi miqdarda qənd, çay, düyü, un, yağ və.s ərzaq məhsullarını aparıb iddiaçının ailəsinə vermişdir. Hazırda Cavabdeh fəaliyyət göstərmir və iddiaçıya əlavə maddi yardım göstərilməsi Cəmiyyətin imkanları xaricindədir. Ona görə də iddia tələbini qəbul etmir və iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 1(022)-55/2020 saylı hökmü ilə X6 CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ona görə ki, o, 21 may 2019-cu il tarixdə saat 14:30 radələrində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) olmadan fəhlə kimi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi İmişli şəhəri, Xiyabani küçəsi 1 ünvanında yerləşən Cavabdehn “Araq istehsalı” sexində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində dövlət qeydiyyatından keçirilməyən “GOODSENSE FB 25” markalı 214 013917 seriya nömrəli mexaniki nəqliyyat vasitəsi olan yükləyicini idarə etmə hüququ olmadan idarə edərək, adamların işlədiyi sahəyə daxil olub yaxınlığında adamların olmamasına əmin olmadan yükləyicinin idarə etməsini itirib arxaya doğru hərəkət etdirməklə “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın 7.28-ci bəndinin, “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qayadaları”nın 17.29-cu bəndinin tələblərini pozaraq, yükləyicinin arxası ilə həmin yerdə hərəkətdə olan Cavabdehndə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş X9 yükləyicinin arxası ilə sexin divarına sıxaraq, ona ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə sonuncunu ehtiyatsızlıqdan öldürmüşdür. İşdə olan İmişli Rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli, 1(036)-5/2021 saylı hökmünün surətindən görünür ki, X7 17 sentyabr 2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış “X2 və Konyak Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqi varisi olan 30 avqust 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh təsisçisi olaraq, 16 aprel 2019-cu il tarixdən Cavabdeh direktoru vəzifəsində işləyərkən, müəssisənin müdiriyyəti və mülkiyyətçisi, həmçinin texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə üzərinə qoyulan əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsi, binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyi, rəhbər işçilərin və vəzifəli şəxslərin əməyin mühafizəsi məsələlərində vəzifə və məsuliyyətinin müəyyən edilməsi, hər bir iş yerində əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərin əməyin mühafizəsi normaları və qaydaları ilə bağlı təhsili, təlimatlandırılması, biliklərinin yoxlanılması, əməyin mühafizəsinin təbliği üzrə vəzifələrini, habelə “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın (NPAOP 63.12-1.05-79) 5.3.7, 5.5.1, 5.5.6, 5.6, 5.8, 5.9, 7.2 bəndlərinin tələblərini pozaraq, müəssisə ərazisində olan avtoyükləyicilərin idarəetməsinə nəqliyyat vasitəsini idarəetmə hüququ qeyd edilmiş vəsiqəsi olan, təlim, attestasiya, təhlükəsizlik texnikası üzrə bilikləri yoxlanılmış və təlimatları keçmiş şəxslərin buraxılmasını və müəssisə daxilində nəqliyyat vasitələrinin sürücülərdən başqa kənar şəxslərin idarəetməsinin qarşısının alınması üçün nəqliyyat vasitəsinin blok açarlarının işin sonunda təhvil verilməsini təmin etməmişdir. Qeyd olunan əməli törətdiyinə görə X7 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Məhkəmə iclasında iş materialları və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, X8 ölümündə təqsirli bilinən şəxslər məhkəmə hökmlərinə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər, o cümlədən zərər çəkmiş şəxsin ölümü ilə əlaqədar Cavabdeh tərəfindən onun ailə üzvlərinə maddi yardım göstərilmiş, zərər çəkmiş şəxsin dəfn və yas mərasiminə çəkilən xərclər Cavabdeh tərəfindən qarşılanmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində əsassızdır. İddiaçının digər tələbi isə mənəvi zərərin ödənilməsindən ibarətdir və məhkəmə iddiaçının bu tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” İddiaçı cavabdehdən 100000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi zərərə görə maddi təzminatın 100000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də məhkəmə tədqiqatı müddətində təqdim etməmişdir. Аzərbaycan Respublikası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının 100000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbi də təmin edilməməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə” iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə” iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2317/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2317/2021
01.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver