Məhkəmə qərarları › İş №2(036)-2392/2020

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2392/2020

13.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2392/2020 13.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçı cavabdeh Qafarov İzzət Möhlət qızına qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qafarov İzzət Möhlət qızına qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflərdən biri olan şəxs-İddiaçı xx xxxx 2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iş üzrə tərəflərdən biri olan şəxs-İddiaçı öldüyü üçün barəsində mübahisə edilən hüquq münasibəti, yəni iddiaçının şəxsiyyəti ilə qırılmaz bağlı olan tələb (aliment məbləğinin azaldılmasına dair) hüquq varisliyinə yol vermədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Qafarov İzzət Möhlət qızına qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi əsasında 2(036)-2392/2020 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar