Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2579/2021 12.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Mən, İmişli rayon məhkəməsinin hakimi Hacıyev Qurban Hamid oğlu "xxxx" MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəməyə daxil olmuş ərizəsini və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq Müəyyən etdim: İddiaçı "xxxx" MMC cavabdeh Borclu 364 manat pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini tədqiq edərək belə hesab edirəm ki, iddiaçı "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.2-ci maddələrinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və qərardadın təsviri hissəsində göstərilən nöqsanın aradan qaldırılması üçün iddia ərizəsi iddiaçı "xxxx" MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 266 və 268-ci maddələri rəhbər tutaraq Qərar verdim: İddiaçı "xxxx" MMC-nin cavabdeh Borclu qarşı pul tələbinə dair iddia ərizəsi yuxarıda göstərilən nöqsanların aradan qaldırılması üçün iddiaçı "xxxx" MMC-yə qaytarılsın. İddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərərdaddan təqdim edildiyi və ya alındıqdan sonra 10 gün müddətində İmişli rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2579/2021
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2579/2021
12.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver