Məhkəmə qərarları › İş №2(036)-2750/2021

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2750/2021

08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2750/2021 08.12.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X1 Hacıyevin sədrliyi Məhkəmə iclasının katibi Əsədli Xuraman Emin qızının katibliyi İddiaçı iştirakları ilə İddiaçının Cavabdeh qarşı cavabdehin arpa əkinini məhv etməsi ilə bağlı vurduğu maddi zərərin əvəzinin alınıb verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2,27 hektar arpa əkininə vurduğu maddi zərərin əvəzi 3000 (üç min) manat məbləğində pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh qarşı cavabdehin arpa əkinini məhv etməsi ilə bağlı vurduğu maddi zərərin əvəzinin alınıb verilməsi tələbinə dair iddia qaldırmışdır. Hal-hazırda cavabdehlə barışmış, ondan heç bir tələbi yoxdur. Ona görə də iddiasından imtina edir və iddia tələbinin həmin hissədə icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdehin arpa əkinini məhv etməsi ilə bağlı vurduğu maddi zərərin əvəzinin alınıb verilməsi tələbinə dair iddiadan imtina etdiyinə görə iddia tələbinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı cavabdehin arpa əkinini məhv etməsi ilə bağlı vurduğu maddi zərərin əvəzinin alınıb verilməsi tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar