Məhkəmə qərarları › İş №2(036)-2965/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2965/2023

05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2965/2023 05.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən olunması və aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı atalığın müəyyən olunması və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib hər birindən törəyən xx.xx.2016-cı il təvəllüdlü X5 münasibətdə Cavabdeh atalığının müəyyən olunması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 2014-cü ildə faktiki surətdə evlənərək Saatlı rayonu, Qırağlı kəndində onunla iki il müddətində ər-arvad kimi birlikdə yaşamışdır.Onların xx.xx.2016-cı il təvəllüdlü X6 adında uşaqları dünyaya gəlmiş və münasibətləri pozulduğundan ayrılmışlar.Cavabdeh uşağın saxlanılması üçün aliment ödəməkdən yayınmaq məqsədilə uşağın atalığının müəyyən edilməsini istəmir.Ona görə də, Cavabdeh törəmiş xx.xx.2016-cı il təvəllüdlü X2 ata tərəfdən mənşəyinin müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanmasından ötrü onun xeyrinə ayda 220 manat sabit pul məbləğində aliment tutulması barədə iddia qaldırmışdır. İş üzrə şahid X7 (İddiaçı nənəsi) izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 2014-cü ildə faktiki surətdə evlənərək Saatlı rayonu, Qırağlı kəndində onunla iki il müddətində ər-arvad kimi birlikdə yaşamışdır.Onların xx.xx.2016-cı il təvəllüdlü X6 adında uşaqları olmuş və münasibətləri pozulduqundan birdəfəlik ayrılmışlar. İş üzrə şahid X9 (İddiaçı dayısı oğlu) izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 2014-cü ildə faktiki surətdə evlənərək Saatlı rayonu, Qırağlı kəndində onunla iki il müddətində ər-arvad kimi birlikdə yaşamışdır.Onların xx.xx.2016-cı il təvəllüdlü X6 adında uşaqları olmuş və münasibətləri pozulduqundan birdəfəlik ayrılmışlar. İş üzrə şahid X10 (İddiaçı qonşusu) izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 2014-cü ildə faktiki surətdə evlənərək Saatlı rayonu, Qırağlı kəndində onunla iki il müddətində ər-arvad kimi birlikdə yaşamışdır.Onların xx.xx.2016-cı il təvəllüdlü X6 adında uşaqları olmuş və münasibətləri pozulduqundan birdəfəlik ayrılmışlar. Məhkəmə İddiaçı izahatını və şahidlərin ifadələrini dinləyib işdə olan materialları tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan AZ–İV №410190 saylı “doğum şəhadətnaməsinin” surətinə əsasən X6 xx.xx.2016-cı ildə doğulmuşdur.Atası kimi X8, anası kimi İddiaçı qeyd olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur.Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliliyini nəzərə ala bilər. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 Elsevər Füzuli oğlundan törəmişdir.Ona görə də, Cavabdeh İddiaçı doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5 münasibətdə atalığı müəyyən olunmalı və uşağın doğulması haqqında akt qeydlərində ata qrafasında Cavabdeh yazılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar.Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndində izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş minimum dolancaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh sabit pul məbləğində aliment tutulmalı, alimentin miqdarı müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün yaşayış minimumu nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X5 münasibətdə atalığı müəyyən olunsun və uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli 05 dekabr 2023-cü il tarixdən hesablansın. Qətnamədən 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar