Məhkəmə qərarları › İş №2(036)-3234/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3234/2022

07.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3234/2022 07.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ mənzilə yaşayış hüququnu tanımaqla mənzilə köçürülməsi və onun həmin mənzildən istifadə etməyinə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə İmişli rayon icra hakimiyyəti tərəfindən 15 oktyabr 2019-cu il tarixli sosial kirayə müqaviləsi ilə ailələrinə birgə yaşamaq üçün verilmiş İmişli şəhəri, A.Şadlinski küçəsi 41 nömrəli 2 otaqlı mənzilə yaşayış hüququnu tanınmaqla köçürülməsi və onun həmin mənzildən istifadə etməyinə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ailə münasibətləri pozulduğundan İmişli rayon məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(036)-528/2022 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Cavabdehlə birgə nikahları dövrdə, yəni 15 oktyabr 2019-cu il tarixdə İmişli rayon İcra Hakimiyyəti tərəfindən sosial kirayə müqaviləsi ilə onlara birgə yaşamaları üçün İmişli şəhəri, A.Şadlinski küçəsi 41 nömrəli mənzilə aid dövlət mənzil fonduna aid 2 otaqlı mənzi verilmişdir. Cavabdeh hazırda onu və uşaqlarını mənzildən çıxarmış və evə buraxmır. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, iddia tələbini tam şəkildə qəbul edir və təmin olunmasına etiraz etmir. Məhkəmə iddaçını və cavabdehi dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə İmişli rayon İcra hakimiyyəti tərəfindən 15 oktyabr 2019-cu il tarixli sosial kirayə müqaviləsi ilə ailələrinə birgə yaşamaq üçün verilmiş İmişli şəhəri, A.Şadlinski küçəsi 41 nömrəli 2 otaqlı mənzilə yaşayış hüququnu tanınmaqla köçürülməsini və onun həmin mənzildən istifadə etməyinə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasını tələb etmiş, cavabdeh isə iddianı yazılı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddaçı İddiaçı İmişli şəhəri, A.Şadlinski küçəsi 41 nömrəli ünvanda yerləşən yaşayış evinə yaşayış hüququ tanımaqla həmin fərdi yaşayış evinə köçürülməli və onun həmin mənzildən istifadə etməyinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddaçı İddiaçı İmişli şəhəri, A.Şadlinski küçəsi 41 nömrəli ünvanda yerləşən yaşayış evinə yaşayış hüququ tanınmaqla köçürülsün və onun həmin mənzildən istifadə etməyinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar