Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3265/2022 29.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və ya 500.0 manat sapit pul məbləğində aliment tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 14 fevral 2016-cı ildə rəsmi nikaha daxil olaraq evlənmiş, onların həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 adında uşaqları olmuş və sonradan münasibətləri pozulduqundan ayrılmışlar.Uşağın onun yanında qalmasına baxmayaraq Cavabdeh onun saxlanılmasında iştirak etmir.Cavabdeh “Papri” zibil zavodunda işləyir və yüksək əmək haqqı alır.Ona görə də, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və ya 500.0 manat sapit pul məbləğində aliment tutulması barədə iddia qaldırmşdır. Cavabdeh izahatında göstərmişdir ki, o, İddiaçı ilə 14 fevral 2016-cı ildə rəsmi nikaha daxil olaraq evlənmiş, onların faktiki nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 adında uşaqları olmuş və bir neçə ay bundan qabaq ayrılmışlar.O, uşağın saxlanmasında iştirak etməkdən yayınmamış və uşağın bütün tələbatlarını imkanı daxilində ödəmişdir.xx.xx.2020-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə aliment ödəməyə razıdır və alimentin əmək haqqından tutulmasına etirazı yoxdur. İşdə olan AZ-İV №411991 saylı «doğum haqqında şəhadətnamənin» surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 Elçin Tahir oğlundan törəmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflər faktiki olaraq ayrılmış, xx.xx.2020-ci il təvəllüdlü X4 İddiaçı ilə qalmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancınığn və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında məbləğdə aliment tutulub İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulmasının əvvəli 04 oktyabr 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-3265/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3265/2022
29.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver