Məhkəmə qərarları › İş №2(036)-3386/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-3386/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-3386/2023 28.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi X1, İddiaçının Cavabdeh qarşı pul və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, 240 manat əsas borcun, 500 manat çəkilmiş xərclərə görə və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş dövlət rüsumunun ödənilməsi barədə 26 dekabr 2023-cü il tarixli mədaxil qəbzinin surətindən müəyyən edilir ki, İddiaçı tərəfindən "xxxx" ASC vasitəsi ilə 30 manat dövlət rüsumu ödənilmiş, ödənişin təyinatı və xidmətin istifadəçisi kimi İmişli Rayon Məhkəməsi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməsi dedikdə, həmin rüsumun ödənilməsi haqqında qəbzin əslinin müəyyən olunmuş qaydada məhkəməyə təqdim edilməsi nəzərdə tutulur. Göründüyü kimi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qəbzinin əsli İmişli Rayon Məhkəməsinə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 30 manat dövlət rüsumu hazırki iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 150.1.2 İddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Maddə 152.1.5 İddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə qeyd olunan prosessual qanunvericiliyin tələblərinə riayət edilməməklə verildiyinə görə, onun məhkəmə icraatı mümkün deyildir və geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də, iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçının Cavabdeh qarşı pul və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar