Məhkəmə qərarları › İş №2(036)-342/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-342/2022

09.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-342/2022 09.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçı İddiaçı və Cavabdeh1 oğlunun iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər, Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər, Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq icarəsində olan İmişli rayonunun Məzrəli kəndində yerləşən 6,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2021-ci ilin mövsüm dövründə becərilən pambıq məhsulunun heyvanların otarılması ilə məhv edilməsi nəticəsində ona 2000,0 manat miqdarında maddi zərər dəydiyini göstərib həmin məbləğin və 140 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Məzrəli kəndində yaşayır və 2003-cü ildən icarəyə götürdüyü 28,0 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları yetişdirərək fərdi təsərrüfatla məşğul olur. 2021-ci ilin mövsüm dövründə 6,5 ha torpaq sahəsində pambıq toxumu əkmiş, lakin hazır məhsul toplanmadan əkin sahəsi Cavabdeh1 oğlu tərəfindən fermer Cavabdeh2 təsərrüfatındakı xırdabuynuzlu və iribuynuzlu heyvanlara otarılmış və ayaqlanaraq məhv edilmişdir. Ona görə də, təsərrüfatına vurulan maddi zərərə görə Cavabdeh1 oğlu və Cavabdeh2 cəmi 2000,0 manat tutulub ona verilməsi barədə iddia qaldırmışdır. Cavabdeh1 oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Qızılkənd kəndində yaşayır və şəxsi təsərrüfatında mal qara saxlamır. Fermer Cavabdeh2 tanıyır, lakin ona məxsus olan ferma ilə heç bir əlaqəsi yoxdur. Əliyev X1 rayonu Məzrəli kəndi yaxınlığında icarəyə götürdüyü torpaq sahəsində 2021-ci ilin mövsüm dövründə becərdiyi pambıq əkini sahəsini məhsul yetişmədiyinə görə 500,0 manat pul və 2 ədəd qoyun alıb heyvanlarını otarmaqdan ötrü Cavabdeh2 vermişdir. Cavabdeh2 verilən sahədə pambıq məhsulu olmamışdır. İşdə olan İmişli DAİM tərəfindən tərtib edilmiş 15.11.2021-ci il tarixli Aktda göstərilmişdir ki, İmişli rayonu Məzrəli kənd sakini İddiaçı "xxxx" MMC ilə birlikdə becərdiyi 6,5 ha pambıq əkini sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həqiqətən pambıq məhsulunun ikinci yığımına mal-qara tərəfindən ziyan vurulmuşdur. . AR Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən 6,5 ha torpaq sahəsində 2021-ci ilin mövsüm dövründə becərilən pambıq məhsulunun Cavabdeh1 oğlu və Cavabdeh2 məxsus olan heyvanlar tərəfindən otarılaraq məhv edidiyi təsdiq olunmadığından və maddi zərərin məbləği müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357 və 360-cı maddələrini rəhbər тутараг QƏT E TDİ: İddia tələbi təmin olunmasın. Qətnamədən 1(bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. İmişli rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar